Gəl
Gözlərim yolundadır,
Geyin,
al-yaşıl da gəl,
Tək gəlmək çətindirsə,
Küləyə qoşul da, gəl!
Eşqim
başımdan aşır,
Sənsiz
ağlım da çaşır,
Gecikmə, şər qarışır,
Gün kimi işılda, gəl!
Sən,
ey mehriban yarım,
Çox
uzaqdır, yolların,
Sənə gəlir qollarım,
Yat, mışıl-mışıl da, gəl!
Xallanıb gedər
Mənim
də könlümün
yağışları var,
Yağar, çaylar kimi sellənib gedər.
Eşqimin min rəngdə naxışları
var,
Sənin saçlarında güllənib
gedər.
Açılar səhərin nur
dolu gözü,
Gizlətmə Günəşə bənzəyən üzü,
Bir kəlmə can alan
"sevirəm" sözü,
Sənin dodağında ballanıb
gedər.
Çağlayar gözündə büllur
bulaqlar,
Busəyə təşnədir, nəmli
dodaqlar,
Bircə
baxışımdan göyçək
yanaqlar,
Bir anda qızarar, allanıb gedər.
Sən mənim könlümün
şirin nəğməsi,
Sən həyat
sevinci, həyat nəşəsi.
Yayılar, aləmə car olar
səsi,
Eşqin ürəyimdə xallanıb
gedər.
Dönsün
Mənə gülüşündən bir çiçək göndər,
Qoxlayım, könlümdə nəğməyə
dönsün.
Elə alışım ki, elə yanım ki,
Ürəyim yanıqlı bir neyə dönsün.
Mənim
məhəbbətim bəlli
yaşdadır,
Qara gözlərdədir, qara qaşdadır,
Şehli
öpüşlərin dadı
başqadır,..
Yanağın allanıb, laləyə dönsün.
Ağlım, huşum gedib, sənə uyunca,
Yürüdüm yollarda, bir eşq boyunca,
İçim gülüşünü, içim doyunca,
Badəmdə eşq adlı bir meyə dönsün.
Bu eşqin yükünü birgə daşıyaq,
Ətirli
gülünü sevək,
oxşayaq,
Qıyma,
ayrı düşək,
ayrı yaşayaq,
Qoyma, xoş
avazım naləyə
dönsün.
Kitabın olsun
Həyat
çox gözəldir,
yaşaya bilsən,
Hərdən gərək dərdə
də tabın olsun,
Yar bilib, yar deyib
seçdiyin canan,
Yarın
- yaraşığın, öz
babın olsun!
Sevinc naxışına düşsə
də ilmə,
Taleyin ağrısı-acısı bilmə,
Zülmkara baş endirib, əyilmə,
İstəyir, nə qədər əzabın olsun.
Ürəyini yaxşılığa yuva et,
Nə kimləsə savaş, nə də qovğa et,
Baş alıb şərqilər
dünyasına get,
Çalıb-oxumağa rübabın olsun!
Sevgidən yaranıb dünya,
bilirsən,
Olur, ağlayırsan, olur, gülürsən,
Eşq ilə can verib, eşqlə diril sən,
Həsrətlə, nisgillə hesabın olsun.
İçimdə
Ara-sıra çay kimi,
Soğuluram içimdə,
Duyulmaz haray kimi,
Boğuluram içimdə.
Ruhum didərgin olur,
Zülmətə sürgün olur,
Olur ki, hər gün
olur,
Qovuluram içimdə.
Nə əl oldum, nə ətək,
Nə bal oldum, nə
pətək,
Qurumuş bir yarpaq tək,
Ovuluram içimdə.
Ömür şirin pay kimi,
Bir eşq ürək hakimi,
Mən təzədən Ay kimi,
Doğuluram içimdə.
İnam verdi
Nə qədər ki, məsum idim, günahsızdım,
Tanrı
mənə "Həyat"
adlı ənam verdi!
Nə qədər ki, körpə idim, qanadsızdım,
Uçmaq üçün qanadımı
anam verdi!
Tanıdıqca bu dünyanın
doğma-yadını,
Bildikcə mən həyatın
hər cür dadını,
Qəlbimdəki yanğını, eşqin
odunu,
Qaragözlü, gül çöhrəli
sonam verdi!
Sıxıldıqca hərdən kədərin əlində,
Boğulduqca acıların gur
selində,
Onun adı bir nəğmə
oldu dilimdə,
Tanrı
mənə heç ölməyən inam verdi!
Zəka Vilayətoğlu
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.15.