Sevginin dilini
duyandan bəri
Elə həsrətin də bəs eylər mənə,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.
Nə vüsal görmüşük,
nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi
sənə.
Ölüb getməyimmi ovudar
səni,
Qalıb
yanmağımmı xeyirdi
sənə...
Bu zülmət ömürə
nə lazım axşam,
Toranı qovuşur hayandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.
Nə olur, olsun
Alın
yazısıdır, tale qisməti,
Axarı-baxarı nə olur, olsun.
Ölümnən olumun mənzilindəyik,
Əvvəli, axırı nə olur, olsun.
Eh, nəyim gedibdi, eh, nəyim qalıb,
Bircə yol Allahı grməyim qalıb.
Yarısı dağılmış ürəyim qalıb,
Bu ömrün çıxarı
nə olur, olsun.
Üzündə zülmət var,
əlində çıraq,
Bir ömür
verilib, qismətinə
bax.
Üstü başdaşıdır, ayağı torpaq,
Ta ondan yuxarı nə olur, olsun.
Olursan
Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın
çəkiləndə dönərgəm
dönür,
Adım çəkiləndə viran
olursan.
Tanrı
yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın
divanəsiyəm.
Mən bu məhəbbətin azan
səsiyəm,
And içmək istəsəm,
Quran olursan.
Haqqın
dərgahından keçdi,
ələndi,
Canım bu sevdaya çoxdan
bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan...
Bu körpə
İllər öncə qatarda yol yoldaşım
olan cavan bir ata körpə
uşağı sakitləşdirmək
üçün tez-tez
- Anan indi gələcək
- deyirdi.
Sonralar mənə məlum
oldu ki, doğulan gündən anasını itirən körpəyə atası
il yarımdır
ki, bu nimdaş
təsəllini verir.
Laylasını ata çaldı,
göynədi,
Nə dedisə, ona dedi bu körpə.
Göz açanda anasını görmədi,
Dil açanda "ana" dedi bu körpə.
Hələ nə var, yığa bilmir huşuna,
Belə ağrı çətin ötə, daşına.
Elə çəkir göy nimçəni başına,
Haçan görüb ana
südü bu körpə...
Gəlib
düşdü aralığa
nəhs hardan,
Qulağını dəlib keçir
səs hardan...
Hər dinəndə ana deyir, bəs hardan,
Hardan bilir, ana nədi
bu körpə...
Böyüməyi dərd olacaq, ona dərd,
Dərdinmi var, Allah bundan yana dərd.
İndi
girib qiyafəyə, dona dərd,
Sonra necə çəkər dərdi, bu körpə...
Solandı yanağın
yaş olan yeri
Ömrümdən ehtiyac keçdi,
səngidi,
Qapandı dərdimin boşalan yeri.
Göz dağı dağların
ən nəhəngidi,
Bir də talelərin qış olan yeri.
Gördüm ağlamamış ürək
kiridi,
Onda yerin-göyün
dərdi biriydi.
İlahi, dünyanın xoş bəxt yeridi.
İlk eşqin
ürəyə tuş
olan yeri.
Həsrəti özümə gərək
bilmişəm,
Onu duz bilmişəm, çörək
bilmişəm.
Yanmaya-yanmaya ürək bilmişəm,
Sinənin altında daş olan yeri.
Sevincdən daşındım, qəmdən
daşındım,
Göz yumub-açınca
yandım, yaşandım.
Torpağa su düşsə,
yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri.
Bir azca
Göyçək tellərini oxşamaq
hədər,
Yel olub üstündən əsəm
bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də
Allah bilir nəsən,
bir azca.
Bizə
qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necədi, səndən də küsəm bir azca.
Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən...
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə
desən, bir azca.
Daha məndən səni
unudan olmaz
Axma göy üzünə, ay
tifil bulud,
Səndən yağış yağmaz,
özünü şax
tut.
Nə xeyri, yüz denən unutma, unut,
Daha məndən
səni unudan olmaz.
Hamı
qərib olur dünyada, axır,
Qəriblər hərəsi bir qərib nağıl.
Ay zalım, başına özgə çarə qıl,
Daha məndən
səni unudan olmaz.
Payıma
nə düşər,
umuddan özgə,
Nə gördük,
küsüdən-umudan özgə?!
Sevənin mən olum, unudan özgə,
Daha məndən
səni unudan olmaz.
Olmaz məndən başqa heç kim
qurbanın,
Mənəm bu sevdanın düşkün qurbanı.
Ay yetim sevginin, eşqin qurbanı,
Daha məndən
səni unudan olmaz.
Bəlkə tanımadın məni
də gendən,
Alnımda qırışdan, saçımda
dəndən.
Bu boyda igidlik gözləmə
məndən,
Daha məndən
səni unudan olmaz.
Məni
Səni
danammaram, üstümdə
haqq var,
Bəlkə bu sevdanın sonuna çox var.
Mənim
ürəyimdə sən
boyda dağ var,
Bilmə ürəyinin dağı
sən məni.
Uzanıb-kəsilmək tellərə düşdü,
Vədəmiz aylara-illərə düşdü.
Bu nədi, nəğməmiz
dillərə düşdü,
Təkcə oxuyurdun axı, sən məni.
Sən məni mənim tək duyan deyilsən,
Sən mənim
dərimi soyan deyilsən.
Sən məni özgəyə qıyan deyilsən,
Özümə bağışla paxıl,
sən məni.
Qəlbimdə qar yoxdu bu qışa məndə,
Bu qış üzü
yaza yığışa
mənnən.
Əcəlin nə həddi yarışa mənnən,
Öldürə bilərsən axır sən məni.
Hələ yazmamışam səni
bir sətir
Səni köçürəcəm sevgi şerinə,
Bəxtəvər olacaq sevgi də, sən də.
Musa Ələkbərli
Nə nalə çəkəmməz,
nə ah götürməz,
Bu canım üstünə
günah götürməz.
Bir belə günahı Allah götürməz,
Hələ yazmamışam səni bir sətir.
Hissin dumanında azır, deyirsən,
Həsrətdən, hicrandan yazır, deyirsən.
Vallah düz deyirsən, hazır şeirsən,
Hələ yazmamışam səni bir sətir.
Bütövsən, sözünü dəyişmək
haram.
Səni
vərəqlərə inan
qıymaram,
Qorxuram yazaram, qaralayaram,
Hələ yazmamışam səni bir sətir.
Mən eşqin yolunda dilsiz balayam,
Gərək ürəyimi oda qalayam.
Yazandan sonra da oxumalıyam,
Hələ yazmamışam səni bir sətir.
Daha şaxtalıdır ömrün
baharı,
Gəzirəm Tanrıya gedən yolları.
Ötüşən günlərim gözləyə barı,
Hələ yazmamışam səni bir sətir.
Vallah
(Təcnis)
O, mənə atmışdı
qar topasını,
Mən atdım,
dəymədi qar qıza, vallah.
Əlimin
içində qar od kimiydi,
Hələ görməmişdim qar qıza, vallah.
Kimində göz olur, məndə dil acdı,
Bu da bir oyunmuş, adı - dilaçdı.
Ürəyim birinci sənə
dil açdı,
Açmadı baxışı qar qıza, vallah.
Kimmiş,
buza oğlan, qara qız deyib,
Qar buxaq, qar sinə, qar ağız deyib.
Bilmirəm kim sənə qara qız deyib,
Vasif bənzədirdi
qarqıza, vallah.
Axtarıram
Çən tutub ömrümün
üstünü, ya da,
Dağların döşündə çən
axtarıram.
Bütöv tapammıram səni
dünyada,
Hərədə bir azca "sən" axtarıram.
Nə vardı canımda eşqin adına,
Nə var, halalındır, sənindir,
apar.
Bəsimdir, arada düşüm
yadına,
Axı kim deyibdir,
- axtaran tapar.
Tanrı
yaratmışdı yaratdığını,
Bir də yaratmağa bəhanə ola.
Yüz yol səcdəsinə dayanmağım var,
Kimdəsə balaca nişanən
ola.
Hər yanı zülmətdir, irəli, geri,
Axı nə gəzirəm, qaranlıq boyu...
Ağrıma-acıma yaşanan ömrü,
Çəkib aparıram viranlıq boyu.
Onda nə göydəydim, nə də ki yerdə,
Səni itirəndə sənə
yetirdim.
Elə bilirdim ki, tapacam
bir də,
Səni axtarırdım, ömrü
itirdim.
Çən tutub ömrümün
üstünü, ya da,
Dağların döşündə çən
axtarıram.
Bütöv tapammıram səni
dünyada,
Hərədə bir azca "sən" axtarıram.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2018.- 11
avqust.- S.3.