Xalq
yazıçısı Anar Daşkənddə
beynəlxalq konfransda iştirak edib
Daşkənddə “Klassik və müasir özbək ədəbiyyatının xarici
ölkələrdə təbliği
və populyarlaşdırılmasının
aktual məsələləri”
mövzusunda beynəlxalq
konfrans keçirilib.
Özbək Dili və Ədəbiyyatı
Universitetində keçirilən
tədbirə dünyanın
40-dan artıq ölkəsindən
gələn yazıçılar,
şairlər, ədəbiyyatşünas
və tənqidçilər
qatılıblar.
Konfransda ölkəmizi Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq Yazıçısı Anar
və həmin qurumun dramaturgiya bölməsinin rəhbəri,
yazıçı Firuz
Mustafa təmsil edib.
Toplantının iştirakçıları əvvəlcə
böyük özbək
şairi Əlişir
Nəvainin abidəsi önünə əklil qoyub, sonra Ədiblər
Xiyabanına gedib, Özbəkistan Yazıçılar
Birliyinin (ÖYB) yeni istifadəyə verilmiş
binasında olublar.
Konfrans işinə
Özbəkistan prezidentinin
tədbir iştirakçılarına
ünvanladığı təbrik
məktubunun oxunması
ilə başlayıb.
ÖYB-in sədri Siracəddin
Səyyid konfransın
məramı və məqsədi haqqında məlumat verib, klassik və müasir özbək ədəbiyyatının aktual
problemləri və onun beynəlxalq aləmdə təbliği
ilə bağlı ətraflı söhbət
açıb.
AYB-in sədri Xalq
yazıçısı Anarın
Azərbaycan və özbək xalqlarının
çoxəsrlik ədəbi-mədəni
əlaqələrinə həsr
olunmuş çıxışı
iştirakçılar tərəfindən
alqışlarla qarşılanıb.
Sonra konfrans öz işini bölmələr üzrə
davam etdirib.
Yazıçı-filosof Firuz Mustafanın “Müstəqillik mərhələsində
özbək-Azərbaycan ədəbi
əlaqələrinin mühüm
aspektləri” mövzusunda
etdiyi çıxış
da maraqla dinlənilib, çıxışçı
ÖYB-in xüsusi diplomu
ilə mükafatlandırılıb.
Konfrans çərçivəsində AYB-in sədri Anarla ÖYB-in rəhbəri Siraciddin Səyyid arasında gələcək ədəbi
əlaqələrin daha
da inkişaf etdirilməsinə dair
memorandum imzalanıb.
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.2.