Məmməd İsmayıla
Şair qardaşımın yazılarını
izləyir, kitablarını
oxuyr, uğurlarına
sevinirəm; imkan düşəndə Türkiyədə,
Azərbaycanda görüşürük. Bu günlərdə mətbuatda
bir narazılığı
gözümə dəydi.
Şeirinin başqa bir
müəllif tərəfondən
mənimsənilməsinə etirazını bildirmişdi.
Məktub yerinə bu şeiri yazdım...
Bir ovuc dən getmiş söz xırmanından,
Burda haqq aranmaz, haqq gəzən
kişi!
Düzlük də qismətdir, azır çox zaman,
Ay əyri dünyada şax gəzən kişi!
Sənə ümidini
yedirtdi Ana
Savaş aclığında
tox gəzən kişi!
İlhamla gərilmiş
şerin yayına
Hər gün misra-misra ox gəzən kişi!
İlantək ölümün
üstünə uçan,
Əzrayıl ovcunda sağ gəzən kişi!
Tanrıdan nurlanan verməz şərə
can,
Ay qaradan keçib ağ
gəzən kişi!
Çoxdan görüşmürük,
sozalır ocaq,
Yaş artır, qarşıda zaman azalır.
Ürəyə dammaqdan
yazırdın bir vaxt,
Daha qəlbimizə daman azalır...
Dörd fəsil
sıxılıb qış
ilə yaya
Bərəkət gəturən duman azalır.
Sızıltı sırınır
sazlı dünyaya,
Harın haraylarda kaman azalır.
Kənarda başına
dönür sevənlər,
Bizə evimizdə yanan azalır.
Qanını sorsa da qürbətdə kədər,
Nə ürək
yorulur, nə qan azalır!..
Ay söz milyonçusu, söz oliqarxı,
Şerin də öz xumsu, zəkatı varmı?
Nə olsun əl açıb üzünə baxır,
Sədəqə bir fikrin muradı
varmı?
Bərəkət haqdandır
ehsan verənə,
Yük çatıb getməyə
öz atı varmı?
Sərçə yelpiyiylə
qoşulsun sənə,
Qartal uçuşuna qanadı varmı?
Deyək ki, sözünlə açdı
bir qapı,
Min ürək
açmağa inadı
varml?
Hər ağac
gücünü kökündə
tapır,
Kəsilən budağın həyatı
varmı?
Bülbül yuvasıydı
o kirayə ev,
Biz də
pərvazlanan iki nəğməsi.
O cavan Məmməd də ğocaldı, heyif,
Di gəl, cığallığa bəhanə
gəzir..
Qaranlıq dərələr
kəssə yolları,
Onsuz da bəyazdır sözün zirvəsi.
Boğar bazarında
milyonçuları
Bir kasıb şairin haqq deyən səsi.
Yoluna göz dikib yenə də daglar.
Səninçin darıxır Əsrik dərəsi,
Hər evdən
bir sazın sifarişi var,
Deyir Sabiri də götürüb gəlsin!..
05.08.2018
Sabir
RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti.- 2018.-18 avqust.- S.9.