C.Cabbarlının hekayələri Türkiyədə nəşr
olunub
Mədəniyyət Nazirliyinin 2016-cı ildən reallaşdırdığı “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”, “Gülər” və “Firuzə” hekayələrindən ibarət kitab nəşr olunub.
Şair-tərcüməçi
Yurtseven Şen tərəfindən
türkcəyə çevrilən və “Sevinç
Fırat Zengin Yayıncılık” nəşriyyatında
çap edilən kitab
türkiyəli oxucuların marağına səbəb olub.
Ədəbiyyat
qəzeti.- 2018.- 18 avqust.- S.11.