Bu dağa bələdəm...
Nənnidən, beşikdən bələdəm ona,
O, mənə məhrəmdir, aşiyan dağdır.
Tutub, iməkləyib qalxmışam ona,
O, məni çiynində daşıyan dağdır.
Ana laylalarım, bayatılarım
Bu dağda qaynayan bulaqdan gəlir.
Bu dağın taleyi, həyatı - varım,
Mənə nə gəlirsə, bu dağdan gəlir.
Bu dağ qocaldıqca hörməti artır,
Başını ağardıb haçandı bu dağ.
Yada arxasını çeirib yatır,
Mənə yuxusunu açandı bu dağ.
Baxın, bu dağ hara,
o dağlar hara?
Yolağı, bulağı, çeşməsi
ayrı.
Bu dağ bənzəmir ki qonşu dağlara,
Naxışı, ilməsi, çeşnisi ayrı.
O duman deyil ki, burulur,
axır,
Başında bilinməz fikri var dağın.
Dağın çəkdiyi
də dağ kimi ağır,
Mənim də dərdimi dağ çəkir, baxın...
Bu dağın köksündə ürək
döyünür,
Bu dağın sinəsi qalxıb-enir ki...
Bu dağa sığınan quş da öyünür,
Adamın ürəyi
dağa dönür ki...
Yerində qurcanır
dağ elə bil
ki...
Bu dağ öz içində yaşayan dağdır,
Bu dağa bələdəm, bu dağ deyil ki...
Əlini çiynimə
qoyub, ay Allah,
Bu mənim dədəmə oxşayan
dağdır...
Qalx ayağa...
İldırımlar başım
üstdə çaxmada,
Hasil nədir bu vurmada,
çıxmada?
Şirin gəlir
sığındığın daxmada
Dağ nəfəsi, dağ havası, dağ yeri.
Ömür yolu - gözlə qaşın arası,
Ara - ümman, ara - dərya,
ara - su.
Sağalmadı əlli
ilin yarası,
Hələ göynər sinəmdəki
ox yeri.
Külə döndü
ocaqların, közlərin,
Yerin qaldı sırasında düzlərin,
Ağasəfa, titrəməsin
dizlərin,
Haq çağırır,
qalx ayağa, şax yeri!
Ölüm qoxusu
Gül qoxuluydu
dünya...
İndi hər bucağından
Ölüm qoxusu gəlir.
Tərs fələyin
oxundan,
Çaxçaxından, çarxından
Ölüm qoxusu gəlir.
Şairlər can üstündə,
Oxuduğum
Şeirlərin çoxundan
Ölüm qoxusu gəlir.
Yaxından...
Lap yaxından
Ölüm qoxusu gəlir...
Pilləkənlər
İnsanlar olan yerdə,
Bütün zəmanələrdə
Yuxarı pilləkən
var,
Aşağı pilləkən var.
Əgər əlindən
tutub,
Yuxarıya çəkən
var,
Onda keyfin kök olur.
Aşağıda qalanda
Yuxarı pilləkənlər
Çiynin üstə
yük olur...
Yazağzı... Doqqaz
ağzı...
Günəş boylandı
bu gün,
Bizim kəndə də baxdı.
Təkəmseyrək buludlar
İşıq selində axdı.
Üzüm Günə
tərəfdir,
Günəbaxan günümdür.
Doqqazdan, qocalıqdan
Əlimi günlük
edib
Günə baxan günümdür.
Getdi duman, itdi çən...
Şəfəq yolu uzanır
Günəşdən eviməcən,
Evimdən Günəşədək...
Daha qışdan çıxmışam,
Qarımı çırpsam, yəqin.
Ürəyim köynək
altdan
Boylanar bənövşətək...
Yazağzı...
Doqqaz ağzı...
Ürəyim bənövşətək...
Həmişə... həmişə
tək...
Köhnə havalar üstündə
Ürəyim kövrəlir
hərdən,
Ayağım üzülür
yerdən,
Qalxıram... Uçuram
birdən
Köhnə havalar üstündə.
Budaq qalxır... budaq enir...
Musiqidir bu səs, hənir...
Budaqda quşlar
yellənir
Köhnə havalar üstündə.
Dərədə duman yeriyir,
Sanasan daşlar əriyir.
Dağları həsrət
bürüyür
Köhnə havalar üstündə.
Nənnidən dil açdım, gəldim,
Dünyanı dolaşdım,
gəldim,
Fələklə dalaşdım,
gəldim
Köhnə havalar üstündə...
Qəm çəkməyə...
Bir daxma misallıdır bu dünya,
Girdin içəri:
Salam-əleyküm!
Əhvallıdır, hallıdır
bu dünya,
Kim quldur ona, kim
isə hakim.
Hər kimsəni
aldadır bu dünya,
Hamı sevinir, gülür...
Və lakin
"Qəm
çəkməyə bir
hərif yoxdur."
Göydən baxan Allahınkı Sözdür,
Söz aləm üçün yazıldı başda.
Yanmış qurular ocaqda közdür,
Yandıqca salır fısıltı
yaş da.
Bu qəm ki var a...
O üz-bu üzdür,
Ah sinədədir,
sızıltı başda,
"Qəm
çəkməyə bir
hərif yoxdur."
Qəmsiz bir ömür ömür sayılmaz,
Qəm rişəsidir cahanda canın.
Bir yanda həyat şirin, doyulmaz,
Bir yanda məzar açır dəhanın.
Nadanları topla da ayılmaz,
Arifləri hardadır cahanın?
"Qəm
çəkməyə bir
hərif yoxdur."
Əvvəlki tamı qaçıb
meyin də,
Gündür uzanır
saat-saat hey...
Şeytan torunu əyirməyində,
Hər yerdə
yalan açır qanad hey...
Hər kəs baş alıb yüyürməyində,
Ulduz sanıdır bu məxluqat...
Heyf,
"Qəm
çəkməyə bir
hərif yoxdur."
Kimlər ki salır bu qeylü-qalı,
Bil, Ağasəfa, kamalı yoxdu.
Yəqin Yaradan görür bu halı,
Söylənmə, otur, işin tarazdı.
Qəm pəncərəmə
düşüb xəyalı,
Qəm dəftərimə
Füzuli yazdı:
"Qəm çəkməyə bir
hərif yoxdur..."
***
Yer yük olur, göy yük olur,
Xəyalları yüyrük
olur,
Ürəkləri böyük
olur
Balaca adamların.
Gecə alnı
düyünlü,
Qulağı səsli-ünlü...
Günəş doğur
ki, könlü
Gül aça adamların.
Böyüklərdə şəst-qürur...
Kiçiklər tikir, qurur...
Dünya çiynində
durur
Beləcə...
adamların...
Ağasəfa
Ədəbiyyat
qəzeti. - 2018.- 18 avqust.- S.22.