Yazıçı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və ya “Təhminə və Zaur
” romanı əsasında serial çəkilişinə
start verilib
Yazıçı Anarın
“Beşmərtəbəli evin
altıncı mərtəbəsi”
və ya “Təhminə və Zaur ” romanı əsasında
serial çəkilişinə start verilib.
Ekran işində Təhminə
obrazını Natavan Ələkbərova, Zaur obrazını Cövdət
Şükürov, Spartak
obrazını isə
Cavidan Novruz canlandıracaq. Serialda həmçinin əməkdar
artist Firdovsi Atakişiyev,
aktyor Kazım Abdullayev, aktrisa Nərgiz Əliyeva və başqaları da yer alacaq.
Qeyd edək ki, Media Master şirkəti 2001-ci ildən
fəaliyyət göstərir. Şirkət
bu illər ərzində “Sənə
inanıram”, “İkinci
bahar”, “Məryəm”,
“Tufanlı səma”, “Sarı gəlin”, “Ögey ana, “Sənin deyil” kimi serialları, “Sadəcə sev” filmini ekranlaşdırıb.
Şirkət tərəfindən
hal-hazırda ARB telekanalında “Könül
yarası” serialı və ATV telekanalında yayımlanacaq “Təhminə
və Zaur” serialları çəkilir.
“Təhminə və Zaur” serialı
sentyabr ayından ATV kanalında izləyicilərin
görüşünə gələcək.
Edebiyyatqazeti.az xəbər
verir ki, Media Master şirkəti tərəfindən
çəkilən serialın
rejissoru Sain Qəhrəman, ssenari müəllifləri
Reyhan İsayeva, Günel Eyvazlı, Nicat Dadaşov və Elçin Muradovdur.
Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.27.