Saday Budaqlının hekayələr kitabı Türkiyədə
çap edilib
Mədəniyyət Nazirliyi tərəfindən
Azərbaycan kitabının
tanıdılması və
dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən
həyata keçirilən
“Azərbaycan kitabının
dünyaya tanıdılması”
layihəsi ilə əlaqədar seçmə
Azərbaycan ədəbiyyatı
nümunələrinin tərcüməsi,
çapı və Türkiyədə yayılması
işi davam etdirilir.
Nazirlikdən bildirilib
ki, layihə üzrə tanınmış
yazıçı-tərcüməçi,
“Qızıl kəlmə”
mükafatı laureatı
Saday Budaqlının sevilən hekayələrindən
ibarət “Yolüstü
söhbət” kitabı
nəşr olunub.
Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə
çevrilən və
“Sevinç Fırat Zengin Yayıncılık”
nəşriyyatında çap
olunan kitab Türkiyəli oxuculara təqdim olunub.
Qeyd edək ki, kitabda ədibin
müxtəlif illərdə
qələmə aldığı
“Yağmursuz havalar”, “Yolüstü söhbət”,
“Qırxıncı otaq”,
“Yaxşı oğlan”,
“Bir yay günü”, “Qoca”, “Şübhə” və digər hekayələri toplanıb.
Ədəbiyyat qəzeti.- 2018.- 18 avqust.- S.32.