Yazıçımızı dünya
şöhrətliləri ilə bir arada
Azərbaycan yazıçısı Varisin
adı Beynəlxalq
London Mükafatının ötən
gün açıqlanan
yekun siyahısında
yer alıb.
Həmyerlimizin Dumanlı Albionda diqqəti çəkən
əsəri “Səmadan
yıxılan mələk”
dramı olub. Xatırladaq
ki, bu əsərlə
yazıçımız ötən
il “The Hollywood Reporter” nəşrinin dram və kinossenari müsabiqəsində
də iştirak etmişdir.
Böyük Britaniyanın Yazıçılar
Birliyinin (APİA) iki qurumla - Ədəbiyyat və Kino Xadimləri İttifaqı, eləcə
də Beynəlmiləl
Yazıçılar İttifaqının
Rusiya bölməsi ilə birgə təsis etdiyi, poeziya, kiçik nəsr, böyük nəsr, estetika, ədəbi tənqid, bədii tərcümə
və jurnalistika kimi yeddi nominasiyadan
ibarət bu nüfuzlu mükafatı
2015-2019-cu illərin yekunlarına
görə ən yaxşı yazarlara təqdim olunacaq.
İlkin siyahıda son 4 ildə fərqlənmiş 6 min namizəd yer almışdısa (hər ilin yekununa görə 1500 yazar), yekun siyahıda cəmi 600 (hər ilin yekununa görə 150 yazar) nəfər yer alıb. Mükafat marafonunun sonuncu mərhələsi isə qısa siyahının açıqlanması olacaq.
Yekun uzun siyahıda həmyerlimiz “Çarlz Dikkens adına böyük nəsr” nominasiyasında olduqca məşhur dünya yazarları ilə bir sırada qərarlaşıb. Onların arasında 2001-ci ildə Nobel mükafatına layiq görülmüş Hind əsilli Britaniya yazıçısı Vidiadxar Naypol, dördqat Oskar laureatı, zəmanəmizin ən nəhəng ssenaristi və kinorejissoru Vudi Allen, dünyada milyon tirajlarla satılan “Mələklər və şeytanlar”, “Da Vinçi şifrəsi” kimi superbestsellerlərin müəllifi Den Braun və digər yazıçılar yer alır.
Beynəlxalq London mükafatının yekun uzun siyahısına düşmək böyük uğur hesab olunur. Siyahıya düşmüş hər bir yazıçı artıq nominant döş nişanını, müvafiq fərqlənmə sertifikatını, “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adını və plaketini təmin etmiş olur.
Beynəlxalq London
Mükafatının qalibi isə gələn
il müəyyənləşəcək
və Londonda keçiriləcək mərasimdə
üzərində Böyük
Britaniyanın bayrağı və qalibin
adı həkk edilmiş qiymətli metaldan olan mükafata
layiq görüləcək.
Ədəbiyyat qəzeti.- 2018.- 1
dekabr.- S.5.