"Gizlincə
atılmış məktublar
və yaxud
arvadı evdə saxlamağın yeni üsulu"
İkinci pərdədən ikinci
şəkil
Kommons, şortu qadınlar, skripkaçılar, Risk.
KOMMONS (hər iki tərəfində
oturmuş şortu qadınları qucaqlayaraq oxuyur):
Dəm-də-də-dəm!
Başqası yox,
İsgəndərəm!
Zülqərneyn
İsgəndər!
Dəm-də-də-dəm!
İsgəndərəm
mən!
(Şortu qadınlardan
birini özünə
sıxır).
Statira -
sən,
(Şortu qadınlardan
o birini də özünə sıxır.)
Roksana* da
Ay totuş, sən!
Dəm-də-də-dəm!..
(Çalğıçılara.) Ey, çalğıçılar, İsgəndərin marşını
çalın! Zülqərneyn
İsgəndərin!
BİRİNCİ
SKRİPKAÇI: Üzr istəyirik,
cənab! Ancaq biz o havanı bilmirik.
KOMMONS: Bilmirsiz? Onda "Qara Cok"u çalın!
İKİNCİ
ŞORTU QADIN: "Ağ Cok"
daha yaxşıdı.
Ancaq mən "Ağ Cok"u çox sevirəm.
KOMMONS: Yaxşı! Ağ olsun, qara olsun - mənim üçün fərqi yoxdur.
Skripkaçılar çalır.
İKİNCİ
ŞORTU QADIN: Yaxşı olar
ki, meyxanəyə gedək, qəşəng
oğlan! Bizim o balaca hakimlər ki, var e, adama
elə çəp-çəp
baxırlar… Bir də gördün ki, bizi tutub,
Brayduellə göndərdilər!
KOMMONS: O hakimciklər kimdi ki!?. Mənim
kimi mühüm bir adamın yanında onlar heç cıqqırıq
da çəkə bilməzlər! Elə ki, bildilər mən lordam, qurtardı getdi, bizə toxuna bilməzlər!
BİRİNCİ
ŞORTU QADIN: Oy, bağışla,
mənim mehribanım,
mən heç bilmirdim ki, sən
lordsan!
KOMMONS: Bəli, gözəlim, İrlandiya krallığında*
mən - zat-aliləri
lord Kilfobam!
Risk onlara yaxınlaşır.
RİSK:
Milord Kilfob sizi Londonda görməyimə
çox şadam!
KOMMONS:
A-a-a, Nad Risk, əlini
ver görüm, dostum! Bura bax,
vicdanı təmiz
Risk, mənimlə meyxanəyə
gedək! Orda sənin sərəncamında
bir şüşə
əla şərab, bir nəfər də gözəlçə
olacaq! Bilirsən…
Kommons Riskin qulağına nəsə
pıçıldayır.
BİRİNCİ ŞORTU QADIN (rəfiqəsinə). Lord olasan,
özün də (Riskə işarə edərək) fırıldaqçıya
oxşayan belə biriylə cici-bacı olasan? Yox, burda nəsə
var! (Kommonsa
işarə edərək).
Kim bilir, bəlkə bu, hansı bir zadəganınsa şpaqasını belinə
taxıb, küçədə
veyillənən, usta şəyirdidi, kimdi?
İKİNCİ
ŞORTU QADIN: Mənə elə
gəlir ki, Saki, bu fırıldaqçının
biridir, bizim haqqımızı verməyib,
aradan çıxacaq.
BİRİNCİ
ŞORTU QADIN: Beləsi adamın
axırına çıxar!
Az qalacaq
ki, lap alt paltarımızı
da çıxarıb,
onun əvəzinə
meyxanədə hesab ödəyək! Bununla bizimki tutmaz!
KOMMONS (yavaşdan Riskə): Mənə yarım kron borc verməzsən?
Tanrıya and olsun ki, sabah
qaytaracağam!
RİSK: Məmnuniyyətlə verərdim,
amma cibimdə bir qara qəpik
də yoxdu. Ağa məni iş dalınca göndərib, tələsirəm.
KOMMONS: Onda xoş gəldin,
xeyrə-şərə yaramazın
biri! (Şortu qadınlara) Gedək, gedək meyxanəyə! Özü də musiqi ilə!
İKİNCİ
ŞORTU QADIN: Siz nə
deyirsiz, cənab? Axı biz sizə layiq deyilik!
KOMMONS: Əlbəttə, siz lorda layiq deyilsiz,
ancaq cəhənnəmə
ki!.. Lordların çoxu
belə tanışlıqdan
iyrənmir. Bir halda ki, mən
sizin səviyyənizə
enirəm…
BİRİNCİ
ŞORTU QADIN (onun sözünü
yarımçıq kəsərək):
Bizim səviyyəmizə
enirsən, ay bambılı?!
İKİNCİ
ŞORTU QADIN: Lorda bir
bax! Kim bilir, hansı bir mirzəninsə yanında
şəyirddi, ya da hansı köşkdəsə
əsgi-üsgü satır!..
BİRİNCİ
ŞORTU QADIN: Boynuna al, hansıyla
məşqulsan? Hə?
İKİNCİ
ŞORTU QADIN: Biz sən deyən
axmaqlardan deyilik, oğlan!.. Gərək
bunu başa düşəydin! Dərrakən var, sənin?
KOMMONS: İndi görərsiz, mən başa düşənəm, ya yox! Bu saat sizə
göstərərəm, küçə
şortuları!..
Şortu qadınlar qışqırmağa
başlayırlar.
- Ay aman!
- Öldürürlər!
- Bizi soyurlar!
- Bizi döyürlər!
KOMMONS: Bu
saat sizin axırınıza çıxacağam!
Kommons şortu
qadınları döyür,
onlar güclə qaçıb, canlarını
qurtarırlar.
Kommons da onların ardınca qaçır.
İKİNCİ
SKRİPKAÇI: Bunun əlindən
salamat qurtara bilsək böyük işdi! Başqa heç nə lazım deyil!
BİRİNCİ
SKRİPKAÇI: Bizim dərimizi
soymasa, skripkamızı
sındırmasa - elə
buna görə sağ olsun!
Kommons qayıdıb
gəlir.
KOMMONS: Onlarla haqq-hesabı çürütdüm!
İRİNCİ
SKRİPKAÇI: Yaxşı olardı ki, bizim də haqqımızı
verəydiz, cənab. Gedib kontrdans* çalmaq vaxtımızdır.
KOMMONS: Siz nə həyasız
adamlarsız! O cür
çaldığınız musiqidən ötrü hələ cürət edib pul da
istəyirsiz?! Bir qara qəpik də almayacaqsız! Siz Milad axşamı şagirdlərin çaldığından
da on dəfə pis çalırsız.
Əməyinizin haqqı
kimi, o skripkaları sizin başınıza çırpıb, cilik-cilik
eləmək yaxşı
olardı!
BİRİNCİ
SKRİPKAÇI: Belə sözlər
centlmenə layiq deyil, cənab…
KOMMONS: Hə?! Onda mən sizinlə centlmenə layiq şəkildə danışaram!
Kommons şpaqasını
sıyırır.
İndi
baxın, it uşağı,
görün ağalar
sizin kimilərin haqqını necə ödəyir! Bu saat
sizin bağırsaqlarınızı
yerə tökəcəyəm,
qoy, skripka düzəldənlər onlardan
istifadə etsinlər.
Skripkaçılar qaçır.
Qorxaq küçüklər - mənim
kimi bircə adam bəsdi
ki, onlar qaçıb, canlarını
qurtarsın! Sısqa şeytan balaları! Mən bir ordunu məhv
etmişəm. Mənim qabağımda
Hannibal* kimdir? Heyif
ki, mənim kimi cəsur bir cavan keşiş
cübbəsi geyməyə
məcbur olacaq!
Küçə fənərlərini yandıran
məşəlçi gəlir.
Ey, küçüyün biri,
bura gəl! Sən kimsən, Günəşsən,
Aysan, bəlkə, yeddi səma ulduzundan birisən, hə?
MƏŞƏLÇİ:
Bəlkə, cənabınız
istəyir ki, mən işığı
yandırım, ser?
KOMMONS (istehza ilə): Bəli, ser! Bəlkə, sən, dələduzun
biri, məni dissenter* hasab edirsən? Lənət şeytana, elə bilirsən ki, mənim ruhumun işığı bütün
ətrafın zülmətinə
aydınlıq gətirəcək?!
Xeyir, məncə, hamısından yaxşısı
sənin məşəlindir!
Apar, apar məni, alçağın
biri, qoy, gecənin qaranlığı
aralanıb, mənə
yol versin!
Sərxoş şəyird,
çürüməyəcək heç
vaxt -
gücü, zoru
qalacaq dostlar üçün.
Bax, bir nəfər
salırsa aləmi
lərzəyə -
necə çürüyüb
heç ola bilər?!
Qeyd. * Statira və Roksana - Soqdian knyazı Oksiartanın qızı Roksana makedoniyalılara əsir düşmüşdü
və çox gözəl olduğu üçün Makedoniyalı
İskəndər onunla
evlənmişdi. Onların oğlu
vəliəhd olmalı
idi, ancaq bizim eradan əvvəl
311-ci ildə Roksana İskəndərin digər
dul arvadı Statiranın təhriki ilə öldürülmüşdü.
* İrlandiya krallığı
- İrlandiya, əslində,
İngiltərənin müstəmləkəsi
idi, ancaq formal olaraq Birləşmiş Krallığın eynihüquqlu
hissəsi hesab olunurdu.
* Kontrdans - ingilis xalq oyun havası.
* Hannibal
- bizim eradan əvvəl təxminən
247-183-cü illər arası
yaşamış Karfagen
sərkərdəsi.
* Dissenter
- puritan sektalarından (təriqətlərindən)
birinin üzvü.
Henri Fildinq
Təqdim etdi:
ELÇİN
Ədəbiyyat qəzeti.- 2018.- 1
dekabr.- S.9.