“...Və bütün qaranlıq otaqlar” işıq üzü gördü

 

 Azərbaycan Yazıçılar BirliyininDünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın sayca beşinci - “...VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Sözügedən kitabın ön sözünü Azərbaycan ədəbiyyatının ünlü ismlərindən olan Rüstəm Behrudi yazıb. “...və bütün qaranlıq otaqlar”ın redaktoru Emil Rasimoğlu, məsləhətçisi Mətləb Mustafayev, korrektorları Türkanə Mustafazadə, Aysel Aslan, dizayneri Rafiq Ömərov, fotoqrafı isə Şahin Sərdarovdur.

Qeyd edək ki, kitabMono Group” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilib.

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.9.