Sözün həqiqi mənasında qəhrəman  

 

Surqut şəhərinin hava limanına Sibir neftinin fatehi Fərman Salmanovun adının verilməsi gündəmdədi

 

Bir neçə rayonda Səhiyyə şöbəsinin müdiri işlədikdən sonra atam Davud Məlikovu eyni vəzifəylə Şamxor (indiki Şəmkir) rayonuna göndərdilər. Tibb İnstitutunu bitirən anam da təyinatla Şamxora gəldi. Eləcə böyük qardaşım Faiq... Bizim ailəyə almanların tikdirdiyi geniş həyətli bir binada mənzil vermişdilər. O evdə bir başqa ailə - Fərman Salmanovun ailəsi yaşayırdı.

Mən 1942-ci ildə Şamxorda anadan olmuşam, 3 yaşımda isə Gəncəyə, nənəmim yanına göndərilmişəm. Qardaşım Faiqdən fərqli olaraq, anadan olduğum Şamxoru heç xatırlamıram. Sadəcə, anam Yamən xanımın, bizim Bakıdakı evimizə tez-tez qonaq gələn Şamxordakı qonşumuz, gözəl müğənni Mais Salmanovun söhbətlərindən o şəhərlə bağlı eşitdiyim bəzi maraqlı, məzəli hadisələr, Sovet İttifaqının tanınmış geoloqu, Sibir neftini kəşf edən, Maisin böyük qardaşı Fərman Salmanov haqqında söhbətlər yadımda qalıb.

Keçən əsrin 90-cı illərinin axırları idi. Bir gün Moskvadakı səfirliyimizin keçirdiyi bir tədbirə getmişdim. Fərman Salmanov da ora gəlmişdi. Tədbirdən sonra Fərman müəllimə yaxınlaşdım soruşdum.

- Fərman müəllim, siz məni tanıyırsınız?

O, təəccüblə üzümə baxıb:

- , tanıyıram, Tofiqsən, - dedi.

- Yox, e, kimin oğlu olduğumu bilirsiniz?

Fərman müəllim diqqətlə üzümə baxıb:

- Yox, - dedi.

- Mən doktor Davudun, Yamən xanımın oğluyam.

Fərman müəllim bir anlığına duruxdu gözlənilmədən:

- Üstümü batıran o uşaq sənsən? Yamən xala bəzən səni anamın yanında qoyub işə gedərdi, biz uşaqlar da səninlə oynayardıq. Bir dəfə üstümü yaman batırmışdın, - qəhqəhəylə gülməyə başladı. Sonra əlini çiynimə qoyub, itirmədiyi o gözəl kəndli ləhcəsiylə sordu:

- Davud dayının rəhmətə getdiyini Mais yazmışdı, bilirəm. De görüm, Yamən xala sağdımı?

- Keçən il rəhmətə gedib, - dedim.

- Əgər başqa yerə tələsmirsənsə, mənim maşınımda bir yerdə evə gedək, söhbətləşək.

Bütün yol boyu Fərman müəllim, atamgillə bir həyətdə yaşamaqlarından, o çətin müharibə illərində anamın onlara necə yardım etməyindən, qardaşım Faiqlə dalaşmaqlarından danışır, mən xatirəmdə qalmayan o həyəti, o insanları canlandırmağa çalışırdım.

O gündən sonra biz Fərman müəllımlə imkan olanda görüşür, tez-tez telefonda danışırdıq. İkimiz Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti seçilmişdik konqresin iclaslarından, tədbirlərindən sonra bir yerdə oturub dərdləşirdik. Böyük cəsarət səmimiyyət sahibi olan bu nəhəng insan, Tümendə neft yataqlarını kəşf etdiyi zaman başına gələnlərin, bir çox həqiqətlərin, qarşılaşdığı dövlət xadimləri haqqında obyektiv, dəqiq qiymətləndirmələrinin yer aldığı  xatirələr kitabını mənə göndərmiş oxuduqdan sonra fikrimi bildirməyimi istəmişdi. Fərman müəllimi - həqiqi qəhrəmanı, böyük insanı son mənzilinə yola salanların arasında mən vardım.

Fərman müəllim sözün həqiqi mənasında qəhrəman idi. Sovet hökumətinin qadağan etməsinə baxmayaraq, soyuq qışda, 6 ay müddətində hər tərəflə radio əlaqələrini kəsərək öz briqadasıyla Tümen tayqasında neft yatağının axtarışına başlayır ancaq qazdıqları quyudan neft fontanını görəndən sonra Moskva ilə əlaqə saxlayır neft yatağını kəşf etdiyini bildirir. Bundan sonra cəzaladırmaq yerinə, ona Sosialist Əməyi Qəhrəmanı adını verirlər. Bu hadisədən sonra baş geoloq təyin olunan Fərman Salmanov Sibirdə neft yataqlarının tapılmasında müstəsna rol oynayır. Bu gün Rusiyanın dünyada neft qaz mərkəzlərindən biri olmasında Fərman müəllim başqa həmyerlimizin inkaredilməz əməkləri vaedır.

Sibirdə Surqut, Nijnevartovsk kimi neftçi şəhərlərinin yaranmasında Baş geoloq Fərman Salmanov müstəsna rol oynayıb. Qədirbilən sibirlilər bu şəhərlərdə, ilk neftin tapıldığı məkanda onun heykəllərini qoymuş, ev muzeyini yaratmışlar. İndi onlar Surqut hava meydanına həqiqi qəhrəman gözəl insan Fərman Salmanovun adının verilməsini istəmişlər. Bu, əsl qədirbilənlik faktıdır bütün sibirlilərə bütün azərbaycanlılar adından təşəkkürümü bildirirəm...

 

Tofiq Məlikli

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.14.