Dərketmə anı

 

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin məzunu, filologiya üzrə fəlsəfə  doktoru Sona Vəliyeva tanınmış Azərbaycan şairəsi   Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, eyni zamanda, bir çox ədəbi mükafatların - "Qızıl Kəlmə" "Ali Media Mükafatı" kimi ödüllərin sahibidir.  O "İşığa gedən yol" romanı, "Ruhun yaddaşı",  "Azərbaycançılıq ədəbi-estetik təlim kimi" (Bakı-2002), "Hüseyn Cavid sənətinin qüdrəti" kimi nəsr elmi-publisistik kitabların müəllifidir. Sona xanımın "Çəhrayı rəngli dünyam", "Arazbarı", "Zaman xəbərsiz ötdü", "Türkün gəlişi", "Dualar, sevgilər", "Dünya görüş yerimiz", "Dünya Tanrı biçimdədir" adlı şeir kitabları da işıq üzü görmüşdür.

Tərcüməçi İlahə Kərimovanın çevirməsində adıçəkilən sonuncu şeir kitabı ilə bu gün Sona Vəliyevanın şeirləri ilk dəfə polyak oxucusuna təqdim edilir.

Sona Vəliyeva bu kitabdakı  şeirlərində nədən bəhs edir? Əsasən insanın özünün özü ilə dayanmadan apardığı mübarizəsindən danışır hər bir azərbaycanlı üçün indiki zamanda aktual olan tarixi sərf-nəzər edir, bunun vacibliyini diqqətə çatdırır. Çünki həm əski tarixi obrazlar, həm dahi şəxsiyyətlər, eləcə bizim hər birimizin "sıravi insan olan"  ulu babalarımız - onları yalnız indi həssaslıqla hiss etdiyimiz zaman müasir kimliyə malik olurlar.

Şairənin fikrincə, həmin şəxslərə keçmişdən "qoparıb" nəzər salmaq, onların dövlətçi sədaqətindən nümunə götürərək əməllərinin eynisini etmək lazımdır. Yəni ideyalar, istedadlar ideallar bütövlükdə xalqın işlərinə çağdaş ehtiyaclarına tabe edilməlidir. Ona görə ki, xalqın, onun zəngin mədəniyyəti dilinin eyni ruhda qorunub saxlanılması, islam mənəviyyatının mənsubiyyəti, bu ətrafdakı  mövzularla bağlı yeni  müzakirələr açılmalıdır, çünki həll olunmalı məsələlər vardır.

Sona Vəliyeva şeirlərində Allahla özü arasında dolaşır, dialoqlar aparır,  hikmətin yeni təriflərini axtarır, bizim üçün yeni  imkanlar yaradacaq bu günümüzdə çox ehtiyac duyduğumuz  əxlaq məsələləri üzərində düşünür, fikir dairələri cızır. Onun fikrincə,  çağdaş   yazıq bir  adam kimliyindən asılı olmayaraq, danışmağı bacararsa, ilahi bir qüvvə ilə, Tanrının özü ilə belə dialoq qurma, söhbət etmək səviyyəsinə yüksələrsə, o zaman o, bütün çoxmənalı, qəliz suallara müasir dilemmalara cavab tapma şansı əldə etmiş olur.

"Dünya Tanrı biçimdədir" şeir kitabında bəzən o qədər  riqqətli, kədərli təsirli kəlmələrə rast gəlirik ki, elə bil bu kəlmələri adi insan yazmayıb, sanki Tanrı özü diktə edib buna görə bəzən həmin kəlmələr, sanki ilahi bir missiya təsiri bağışlayır. Lakin müəllif qəhrəmanını gah qadın, gah kişi kimi təsvir edərək oxucuları, əslində, heç bir cinsiyyətə mənsub olmayan insanı çarəsizliyinin perspektivləri ilə qarşılaşdıraraq,  ilahi sublimasiyanı bir növ aradan qaldırır. Sonda isə bütün metafiziki, fiziki məsələlər çulğaşır, sonda ən əvvəl insan olmağımız, daha sonra isə  ilahi milli kimliyə malik olmağımızın dərk etmə anı yaranır.

 

Anna Augustınyak

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.19.