Ağappaq işıqla

 

Deyirlər, bütün dövrlər tarix olmur, rus-sovet imperiyasının çöküşü ilə Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqillik əldə etməsi kimi böyük hadisələrin fonunda son 30 il Azərbaycan üçün büsbütün tarix olan bir dövr, Azərbaycan ədəbiyyatı üçün kəskin dəyişmələr dövrü kimi yadda qaldı. Qadağaların aradan qalxması açıq dünyanın bərabərhüquqlu üzvü olan Azərbaycan cəmiyyətində həm sənəti baxımdan, xüsusən  , yeni nəsillər arasında "hər şeyi - xüsusən ədəbi-bədii irsi inkar meyilləri" kimi müxtəlif reaksiyalar doğururdu. Amma daha əvvəl eyni tarixi dövrü yaşamış digər xalqların ədəbiyyat tarixlərindən bunun qaçılmaz olduğunu da bilir bilirik ki, bu meyillərin təsiri ilə həm formal, həm məzmun baxımından yeni maraqlı  milli ədəbi nümunələr yaranır yaranmaqdadır.

Böyük polyak şairi Çeslav Miloşun  "poeziya - həm tərəddüd etmək sənətidir"  kimi deyiminin yeridir.  Müasir Azərbaycan ədəbiyyatında elə imzalar da oldu ki, onlar inkara yox, araşdırmaya, təqdirə, sərf-nəzər etməyə meyilləndilər. Çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış istedadlı nümayəndəsi, şair, yazıçı Sona xanım Vəliyeva məhz üstünü "laqeydlik"   "dəb tozu" örtmüş dəyərlərin, ədəbi-fəlsəfi platforma üslubların tozunu almaq, onları yeni poetik nəfəslə aktuallaşdırmaq yolunu tutdu.

Azərbaycan klassiklərinin ideya forma baxımında əldə etdiyi poetik irsi öz təcrübəsində təzələdi ki, bu gün onun şeirlərinin polyak oxucusuna təqdim olunması, əlbəttə, təsadüf deyil.

Bu şeirlər həm şəxsi, həm milli ictimai məsələlərə onları bir-birindən ayırmayaraq (!) öz orijinal münasibətini sərgiləyən şairin eyni zamanda bəzən tarix ilə, bəzən Yaradan təbiət ilə dialoqu, mükaliməsidir.

Müsahibələrinin birində Sona xanım deyir: "Ən böyük sevgi, vətənə, torpağa olan sevgidir. Bütün sevgilər ötür. Anaya, torpağa olan məhəbbət ötüb keçmir. Torpaq əldən gedəndə insan dünyasını itirir...".

Bu gün çox az şair vardır ki, Vətən sevgisini şəxsləşdirə bilir bu hisslərin ifadəsində səmimi ola bilir - Sona xanım müasir Azərbaycan şairləri arasında bu yaradıcı keyfiyyəti ilə xüsusi yeri olan ədibdir.

İstedadlı tərcüməçi, son on ildə Azərbaycan ədəbiyyatının polyak dilinə tərcüməsi təbliği işində ardıcıl fəaliyyət göstərən İlahə Kərimovanın tərcümələrindəki bu şeirlər vasitəsilə hörmətli oxucular eyni vaxtda həm müasir Azərbaycan şairəsinin, həm ənənəyə bağlı  Azərbaycan türk qadını   bir şərqli xanımın düşüncələri, poetik hiss-həyəcanı ilə tanış olacaqlar. İşdir, öz-özlərinə sual etsələr ki, niyə bu fikirlər, bu düşüncələr şeirlə ifadə olunmalıdı, suallarının cavabını onlar yenə Sona xanımın misralarında gözləyəcəklər:

 

"...qürbətlər, ayrılıqlar,

sevib unudulanlar,

kədərdən ağlayanlar

ağappaq işıqla

boylandılar şeirdən...".

 

Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 1 dekabr.- S.19.