Viktoriya Fonar - tanınmış
şair və ədəbi tənqidçidir.
Moldova Dövlət
Universitetinin dosentidir.
Moldova Yazıçılar
Birliyinin üzvüdür.
Bakı silsiləsi və
"öpüşlər"
Bakı
Parıltılı məftilləri ilə
Şəhəri öz toruna salan şüalar
Suların səthinə toxunur,
Günəş göydələnlərdə əks olunur,
Külək isə əski şəhərin
bütün labirintlərinə
yaxşı bələddir.
Bakı 2018
Alov cəlb
edir.
Formula 1 alovlandırır.
Sürəti artırın!
Turnul Fecioarei ya
Qız qalası
Dəniz
təbəssümlə
Günəşə yaxınlaşır
Və qalanın təpəlik vadisini qucub
Bizə bağışlayır onu.
Üfüqdəki tamaşanı görüb
də
Çərxi-fələyin sonsuz oyununu duyursan.
Bu eşq çarxının
içindəki
Günəş və dəniz
Şirə zillənib,
Bir də üfüqün qiymətli
dərinliyinə.
Xəzər dənizi
Xəzər dənizi - azman
zərrəbindir,
Amma uzun metal borusu görünmür.
O, təkcə günəşi
əks etdirir.
İlkin
od mədəniyyəti
Daşla
birləşib -
Gerb.
Odlar yurdu Bakı
Od yandırmır,
Qəlbi
isidir,
Ordakı qayğıları əridir.
Odun özülündən
Yuxarı
can atan alov dilimi -
Fikrən
qat-qat ucalan atəş binası tikilir,
Ucalmış alov
- Prometeyə
həsr olunmuş məşəldir!
Neft
alovu yox etmir.
Xəzərin sahilindəki
binalarda yandırılan
məşəllər
insanlara əbədi olacağından danışır,
tarixi yaşadacağından,
İçərişəhərin binalarının
başı üstündən
görünən
növbəti əsri
ucaldacağından.
Bakıda yağış
Şəhər səkilərin mərcan
güzgüsündə
Balıq pulcuğu kimidir.
Balıqlar alova müqavimət göstərmirlər.
Bahar adıyla,
baharda üzürlər
elə hey.
Sanki Bakı nəhəng balıq üzərində
yaradılıb,
Və bu yalnız yağış yağanda bilinir.
O, gah küçələrin
parıltısıyla,
Gah alov qüllələriylə,
Gah da nəhəng dalğalarla
Dəli
küləklərə məhəl
qoymadan
Günəşin aydınlatdığı
günboyu elə hey oynayır.
Bakıda yazılanlar...
Bakıda
yazılanlar
Günəş şüasında sapa
düzülür,
Bu o deməkdir ki,
Sözlərdən oğurlanmamış arzular
Hələ də dipdiridirlər,
Mənaya
uyarlıdırlar,
Və bərkimiş
duz kimidirlər.
Uyğun
gəlməyən sözlər
qorxudur,
Sonra da zamanın axınında
Bölünür, itib batırlar.
Və sonra yenidən,
Ölümün cırmaqladığı varlıqlara bənzər
Başqa
sözlərdə peyda
olurlar,
Qan axır
sözlərdən tər
yaralar kimi.
Öpüşlər
Öpüşlərin məni təqib edir...
Şüşəyə yapışır,
pəncərəyə çırpılır...
Öpüşlərin yarıda dayanmır,
Tüstü-duman kimi dağılmır.
Öpüşlərin daha çox
bərq vurur
Şüalarında günəşin, soyuğunda
küçələrin.
Ovuclarında ulduzların bərqini
sözbəsöz
Oxumaq istərdim...eh öpüşlərin...
Öpüşlərin süst edir, məst edir:
Yağışda...hər çağırışda...
Öpüşlərin - cəzamdır,
qəsd edir...
Bil ki, həmişə azdır o...bağışla...
Viktoriya Fonar
Tərcümə etdi: Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 8
dekabr.- S.5.