Tikanlar
Bir vaxt ayaqyalın gəzərdim elə,
Yer məni
özünə çəkər,
əyərdi.
Tikanlar dizimə batmağı ilə
Mənə yurd sevgisi peyvəndləyərdi.
Telimi darayan yaz nəsimiydi,
Unuda bilmərəm o çağlarımı,
Yurdun tikanı da ipək kimiydi,
Deşsə, ağrıtmazdı ayaqlarımı.
İnsanlar məhv olar söz zəhərindən,
"İlanlar" özünə
yığılmaz yenə,
Kirpisayaqların iynələrindən
Qorunmaq öyrədər
tikanlar mənə.
Vətəni sevən də,
sevməyən də var,
Bu torpaq yadları köksündən silə,
Mənim
ayağıma batan tikanlar
Düşmənin gözünə sancıla
bilə.
Ay nadan, özünü bəxtiyar sanma,
Mənim
öz sevincim, öz fərəhim var,
Dünən ayağıma batırdı,
amma
Bu gün ürəyimdən
çıxır tikanlar.
Getmisən
Ayaq izlərinə dalğa baş çəkir,
Dəniz
yoxluğuna inanmır
amma,
Getdiyin yollara lalə göz dikir,
Nərgiz yoxluğuna inanmır amma.
Ayrılıq günündən ötsə
də ay, il,
Könlüm o sevgini unudan deyil,
Sözünlə bəzənib cilvələnir
dil,
Ağız yoxluğuna inanmır amma.
Getmisən, büsbütün dəyişib
aləm,
Dönüb o çağlara qayıda
biləm,
Sənin
həsrətindən hey yazır
qələm,
Kağız yoxluğuna inanmır amma.
Elə
Tanrım,
sənə qurban olum,
Dərdi
məndən uzaq elə,
Kaş ürəyim soyumasın,
Mənzilimi sazaq elə.
Dünya
möhtəkir dünyası,
Görünmür zülmün miqyası,
Dostumu ağıl dəryası,
Düşmənimi sarsaq elə.
Yad gülü üzə bilmirəm,
Yol üstə düzə bilmirəm,
Sürüdə dözə bilmirəm,
Sən məni
yalquzaq elə.
Mirdamət ƏZİZ
Ədəbiyyat qəzeti.- 2018.-
15 dekabr.- S.11.