Ulu öndərin anım günü

 

Dekabrın 12-də, Azərbaycan Yazıçılar Birliyində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci il dönümü münasibətilə anım tədbiri keçirilib. Tədbiri giriş sözüylə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq, ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini paylaşıb, Heydər Əliyevin Azərbaycan ədəbiyyatına diqqət və qayğısından söz açıb: Ulu öndər Heydər Əliyev olmasaydı, əminliklə deyə bilərəm ki, Yazıçılar Birliyi fəaliyyətini çoxdan dayandırmağa məcbur qalmışdı. Biz onun Yazıçılar Birliyinə, ədəbiyyat adamlarına, sənət adamlarına hər zaman diqqət və qayğısını görmüşük. Mənim ulu öndərlə bağlı çox xatirələrim var. Möhtərəm Heydər Əliyevə qəzet və jurnallarımızla bağlı müraciətimi də müsbət qarşılamışdı və bunun nəticəsidir ki, o vaxtlar az qala fəaliyyətini dayandırmaqda olan jurnal və qəzetlərimiz bugünədək yaşayır. Ulu öndərin siyasəti bu gündavam edir. Biz yazıçılar, qələm admalarına dövlətin qayğısı bu günmövcuddur. Bunun üçün də Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezidentə minnətdarıq. Heydər Əliyevin xatirəsi qəlbimizdə hər zaman yaşayacaq. Allah Heydər Əliyevin ruhunu şad eləsin, Allah qəni-qəni rəhmət eləsin”. Sonra çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Qobustan” sənət toplusunun baş redaktoru Vaqif Əlixanlı və başqa qələm adamları dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin istər Sovetlər dövründə, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərliyi zamanı yorulmaz fəaliyyətini, müstəqil Azərbaycanı stabil, təhlükəsiz, inkişaf etmiş ölkələrlə müqayisə oluna biləcək bir ölkəyə çevirdiyini vurğulayıb, onun Azərbyacan ədəbiyyatına, qələm adamlarına diqqət və qayğısından danışıb, Allahdan ulu öndərə rəhmət diləyiblər.

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.2.