Todur Zanet
Tanınmış qaqauz şairi, nasir, dramaturq, alim, ictimai xadim.
Qaqauz Milli Himninin müəllifi,
"Ana sözü" qəzetinin
yaradıcısı və
baş redaktorudur. Təqdim edilən şeirlər
"Korlaşmış atəş"
kitabındandır.
Məndə bir Vətən
var
Məndə bir Vətən
var,
Anamla atam var,
Bir millətəm:
Həm evəm,
Həm çox
dəyərli ərəm.
Dua
Allahım,
İstəyirəm dövlətim olsun,
İllərlə yaşasın, millətim
olsun!
Var olsun Ana Dilim - bir dilim deyil,
Bir bütün kimi olsun -
Dünən, bu gün və hər gün,
Həm indi, həm də sonra,
Əsrlərin sonrasında,
Əbədi!
Amin!
***
Sənə "Gəl, qal!"
demək
Düşünürsən asandır?
Amma
"Çıx, get!" demək
Bundan daha çətindi, eləmi?
***
Sevmənin də, sevilmənin
də bir dəyəri var,
Amma bu biləninmi qisməti, biməyəninmi?!
***
Səni heç belə sevdilərmi?
Yanında diz çöküb durdularmı?
Sevdadan, duyğudan
əlini öpdülərmi?
İllər keçəndən sonra aradılarmı?
"Səni sevirəm!"
dedilərmi, söylədilərmi?
Ba-ğırr-dı-larr-mı???
Bir mahnı
Çöldə gördüm maralı
Yamaclardan
aralı,
Bir yar seçdi özünə
Bəbəkləri qaralı.
***
İpsiz
bağladın məni
özünə,
Necə dönüm bundan sonra evimə?
Məlum,
şübhəsiz ki,
burda qalaram
Bircə dəfə baxsan mavi gözümə.
Təqdim etdi: Səlim Babullaoğlu
Ədəbiyyatı qəzeti.- 2018.-
15 dekabr.- S.5.