Azərbaycan Universitetində Hüseyn

Cavidin yubileyi qeyd olunub

 

Azərbaycan Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması, şair, yazıçı dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan dili ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilənHüsnü-xuda şairiadlı tədbirdə Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi kimi xüsusi yer tutduğu qeyd olunub. Kafedranın müdiri Ülviyyə Rəhimova bildirib ki, tariximizin ən çətin dövründə yaşayıb yaradan, keçən əsrin 30-cu illərinin repressiya burulğanına düşən Hüseyn Cavid XX əsrin nadir sənətkar görkəmli şəxsiyyətlərindəndir.

Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan çıxışında Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı fikir tarixindəki yeri, əsərlərinin strukturu, janr xüsusiyyətləri haqqında məlumat verib.

Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına onu dünya arenasına tanıdan əsərlər bəxş etdiyini diqqətə çatdırıb. Kamran Əliyev deyib: “Şekspir dramaturgiyası kimi Hüseyn Cavidin əsərləri dünyanın bütün teatr səhnələrinə yaraşır”.

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması,  şair, yazıçı dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub. Azəbaycan dili ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilənHüsnü-xuda şairiadlı tədbirdə Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi kimi xüsusi yer tutduğu qeyd olunub, yaradıcılığının müxtəlif mərhələ aspektlərinə toxunulub, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına yaxınlaşmasında xidmətləri irsinin öyrənilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan dili ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova bildirib ki, tariximizin ən çətin dövründə yaşayıb yaradan, keçən əsrin 30-cu illərinin repressiya burulğanına düşən Hüseyn Cavid XX əsrin nadir sənətkar görkəmli şəxsiyyətlərindəndir. Yaradıcılığı ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olmalıdır. Bu gün biz “Mənim tanrım gözəllikdir, sevgidir”, “Yerə enməm səma şairiyəmdeyənHüsni-xuda şairiHüseyn Cavidin yaradıcılığının bəzi maraqlı məqamları ilə  onun tədqiqatçısı Azər Turan vasitəsilə tanış olacağıq.

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxışında Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı fikir tarixindəki yeri, əsərlərinin strukturu, janr xüsusiyyətləri  haqqında məlumat verib. Azər Turan qeyd edib ki, görkəmli sənətkarın irsindəki tədqiq edilməli məqamlar aydınlaşdıqca Azərbaycan fikir tarixi daha da zənginləşmiş olacaq. 

Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına onu dünya arenasına tanıdan əsərlər bəxş etdiyini diqqətə çatdırıb. Kamran Əliyev deyib: “Onun ədəbiyyata gətirdiyi zamanlar tarixin dönəm möhürləridir. Şekspir dramaturgiyası kimi Hüseyn Cavidin əsərləri dünyanın bütün teatr səhnələrinə yaraşır”.

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Hüseyn Cavidin yalnız şair dramaturq kimi deyil, filosof kimi tədqiq edilməsinin əhəmiyyətini vurğulayıb.

Sonda tələbələrin sualları cavablandırılıb, xatirə şəkili şəkdirilib.

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.21.