Əvvəl-axır çağlayanlar
"Ədəbiyyat qəzeti"nin son nömrələri
görkəmli yazıçımız
Kamal Abdulla ilə oxucuların demək olar ki, görüş
yerinə çevrilib.
Müəllifin ədəbi esseləri
davam etdiyi bir zamanda onlar
haqqında mülahizələr
söyləmək, bəlkə
də, tələskənlik
kimi görünəcək.
Amma müəllifin son ədəbi
məhsulunu kitab halında buraxmamış,
onunla bəzi mülahizələrimi bölüşmək
istəyirəm.
Qəzetin son illər oxucuları,
bəlkə də, həmin ədəbi esse axarının hardan baş götürdüyündən xəbərsizdi:
Kamal Abdulla "300 azərbaycanlı",
Bakı, - Mütərcim,
- 2007".
Bu addakı nəfis kitabın annotasiyasından:
"Kitab müəllifin
sənətkarlıq, ədəbiyyat,
həyat barədə
1980-ci illərdən üzü
bəri yazdığı
"əvvəl-axır yazılanlar"
və "Yolun əvvəli və axırı" adlı əsərlərində topladığı
və dövri mətbuatda dərc etdirdiyi ədəbi-bədii
esselərdən ibarətdi".
Həmin kitablarla tanışlıq
sonrası Kamal Abdullanın essenin ədəbiyyatımıza mütəşəkkil
şəkildə ayaq
açdıranlarından hesab
etmək olar.
K.Abdullanın əsərlərinə olduqca
bənzərsiz, cəlbedici
ad qoymaq, rəngarəng
mövzular tapmaq qabiliyyətini də xüsusi qeyd etmək lazımdı. "300 azərbaycanlı" esselər
toplusu da həmin qəbildəndi (Kitabın adı və içindəkilər
ilk baxışda novella təsiri
bağışlayır. Oxuduqca, müəllifin esselərini
milliləşdirmək, Azərbaycan
vətəndaşı etmək
qayəsi üzə çıxır).
Kitabdakı və qəzetdə nəşr olunanların hamısını esse hesab etmək olarmı (onlar esse tələbinə cavab verirmi), elə mülahizələrimiz
bu barədə olacaqdı. Həmin kitaba istedadlı
şairimiz Ramiz Rövşən ön söz yazmışdır
ki, fikirlərimin çoxunu onunkularıyla əsaslandıracağam. "Nur dağına gedən yol" və həmin yol müəllifin esse adlandırdığı
qısa (nur qığılcımları da
adlandırmaq olar) başlayır.
Son zamanlar təcrübəli
və istedadlı yazıçılarımızın roman və hekayələrdən
sonra esselərə meyli yenidən xeyli artıb. Bunlar da
həmin ədəbi formanın ədəbiyyatımızda
doğmalaşmasına, milli
"əlbisələrimizdə görünməyinə gətirib
çıxarır. Hələlik esse kimi təqdim
olunan yazıların çoxu (Cəlaləddin
Rumi Mövlanəninkinə
bənzər) müdrik
kəlamlara, mənsur
şeirlərə, bəziləri
də qısa, ibrətamiz hekayətlərə
bənzəyir (onların
əksəriyyət təşkil
eləyən həmin
qəbildən olanlarına
məncə, hekayələr
də demək olar ki, bir
növ adı da doğmalaşar). Onların yığcam yazılıb
da bədiilik və məzmunca daha parlaqları, yəqin ki, özünə dilimizdən
doğma bir ad qazanacaqdır (Bu yerdə vaxtilə Elçinin həmin qəbildən olan yazılarına meteor adı verdiyini xatırlatmaq istəyirəm).
Həmin
mülahizələrimi söyləməyim
son zamanlar istedadlı
qələm dostum Kamal Abdullanın "Ədəbiyyat qəzeti"ndə
"Əvvəl-axır yazılanlar"
başlığı altındakı
irili-xırdalı esseləriylə
tanışlıq sonrası
yaranmışdır (Onu
deyim ki, K.Abdulla esse sahəsində mütəşəkkil
qələm çalan
ədiblərimizdəndi. Olduqca maraqlı
esselər silsiləsi
xeyli əvvəl kitab üzü görüb, oxucu rəğbəti qazanmışdır).
Kamal Abdullanın
yeni esse silsiləsi nəyə görəsə mənə
yurdumuzun hər tərəfində gördüyüm,
saf sularına çəkilmək istədiyim
çeşmələri xatırlatdı. Həmin çeşmələrin
el yolu üzərinə
çıxana kimi torpaq altında xeyli yol gedib.
Nəhayət, özlərinə yol açmaları bəllidi (Həmin çeşmələrin içindəki
xırda daşlarda çeşmə saflığında
ləllər, cəvahiratlar
kimi görünür).
Və mənə elə gəlirdi ki, birinci esse kitabındakından
fərqli, həmin silsilənin irili-xırdalı
nümunələri də
Kamal Abdulla daxilində
bir xeyli çeşmə yolu qət etdikdən sonra əvvəl-axır üzə çıxa biliblər.
K.Abdullanın çağlamağı davam
edən çeşmələrə
bənzəyən "Əvvəl-axır
yazılanlar" silsiləsini
nəyə görəsə
iki hissəyə bölməli oldum. Çünki
onların yığcam
yazılanları və
hekayətə çevrilənlərinin
ayrı-ayrı təmini
və bəhrəsini
hiss eləyə bildim.
(Yığcam yazılanlar mənə Cəlaləddin Rumi yaradıcılığını xatırlatdı. Onların mənsur
şəkli kimi gördüm).
Cəlaləddin Rumi deyimlərindən:
Çox
insanlar gördüm
əynində libası
yox,
Çox
libaslar gördüm,
içində insanı
yox...
və ya:
Bu dünya aldıqca nəfəsindir,
qaldıqca qəfəsindir...
Kamal
Abdulla:
Sər verərəm, sirr vermərəm...
Və ya:
Adam var dünyasını dəyişir,
Adam var ki, ölür.
adam var ki, gorbagor olur.
(Bu kəlamlar, əlbəttə,
hərəni öz dünyagörüşüylə düşündürə, səyahətlərə
apara bilər. Birincidə Səhl
Sunbatların sirr, Babəklərin sər verdiyini xatırladım.
İkincidə, sələflərimiz Nizami,
Füzuli, Xətai, Sabirin ancaq dünyalarını
dəyişdiyini, həmişə
sıralarımızın önündə
olduğunu düşündüm. Həyat möhlətində
iz qoya bilməyənlərə
yanıb-yaxıldım. Qacar, Sisyanov kimi gorbagorlara
acıdım).
K.Abdullanın həmin qəbildən olan yazılarını çesməsinin içməli
suyu hesab edirəm. Və belə tamlı
suyun bütün oxucular tərəfindən
məmnuniyyətlə içiləcəyini
hesab edirəm.
Çeşməsinin axarısa hekayələrə
çevrilir. Bu gün
esse kimi təqdim olunan həmin hekayətlərdən
(dupduru lətafətlərdən)
gələcək hekayə,
povestlərə doğru
dirilik suyu axır. Necə ki, həyatdakı
çeşmələrin suyunun
içiləni içilir,
ondan üzülənləri
çaylara doğru süzülənləri boyunca
da lilparlar, yarpızlar bitir.
"Əvvəl-axır yazılanlar"ın bir hissəsini mənsur şeir adlandırmaq olar (Həm də mənsur şeirlərin ən uğurlularından).
"Yenə o bağ olaydı...". Bu nisgilin ölçüsü
yox, boyu yox, buxunu yox.
Çəkisi yox.
Yenə o bağ olaydı, - nə üçün o bağ, başqası deyil?
Yenə
o bağ olaydı... Bəlkə də...
Arzunun dərəcəsi
ağlasığmazdı. Zamanı geri
qaytarmaq qədər.
Yenə o bağ olaydı. Mümkün deyil.
Yenə
o bağ olaydı...
Yenə o bağ olacaq.
Sözümə müəllifin ilk esselər
kitabına ön söz yazmış Ramiz Rövşənin fikirləriylə qüvvə
vermək istəyirəm:
"Kamalın da, mənim də əziz müəllimimiz Bəxtiyar Vahabzadə yazdığı şeirləri
özünün özünə
məktubu adlandırırdı.
Mən eyni sözü Kamalın bu kitabındakı bir çox esselər haqqında da deyərdim. Doğrudan da, burdakı
mətnlərin çoxu
şeir gücündədir
və təkcə ədəbi-fəlsəfi yox,
həm də poetik enerji daşıyır.
Kamalın bu kitabı
yəqin ki, "özünün özünə
məktubların başqa
ünvanlara da çatmasına, başqa
gözlərlə də
oxunmasına duyduğu
ehtiyacdan yaranıb.
Ön söz müəllifinin belə bir mülahizəsi
də məndə sualdan-sual doğurdu: Ramiz Rövşən: Oxucu olmaq nə
deməkdi, oxucu olmağın bir tərifi, düsturu varmı?
Vaqif Nəsib: Esse nədir, onun özünün başqa janrlar kimi bir
tərifi, düsturu varmı?
Ramiz Rövşənin ön sözündəki bir mülahizə də bənzərsizliyi ilə diqqəti cəlb edir: "Kitablar iki cür olur;
oxucuların seçdiyi
və oxucunu seçənlər. Bu kitab ikincilərdəndi".
"300 azərbaycanlı"
və "Ədəbiyyat
qəzeti"ndəki silsiləsiylə
Kamal Abdulla oxucularını
seçməyə çalışmışdır.
Onların biri K.Abdullanın yaradıcılığının mütəşəkkil izləyicisi
kimi mən də həmin yazılarıma müəllifin
özünün də
oxucu kimi kənardan baxmasını
arzulayıram. Şəxsən mən qısa,
müdrik kəlamların
əksəriyyətini onun
nur yolunun qığılcımları, xeylisini
mənsur şeir, yerdə qalanını esse hesab edirəm.
İnanıram ki, həmin qığılcımların çoxu
müəllifin sonrakı
əsərlərini nurlandıracaq.
Kamal Abdulla yaradıcılığının
vəhdətini ilahidən
verilmiş bir yanacaq təşkil edir. Və həmin vəhdətdən
yaradıcılığının çoxçeşidli sahələri
təbii irmaqlar kimi baş götürüb
ellərə, obalara axmağında davam edir. Onlardan biri də yəqin ki, esse çayıdır.
Çeşməyə bənzətdiyimiz "Əvvəl-axır
yazılanlar"ın gözü
hesab olunan yığcam, müdrik sözdən sədəfə
çevrilənlərini oxucuların
şərbət payı
hesab etmək olar. Çeşmə axarı
boyu lilpara, yarpıza çevrilənlərin
öz ətri, tamı olan
mənsur şeirlərə.
Axıb irmağa calananlarını
gələcək hekayə,
povest, romanlara mövzu aparan masmavi ləpələrə
(esselərə).
Yəqin
ki, kitab halında nəşr etdirərkən qorqudşünas
alimimiz bunları ayrı-ayrı boylara böləcək və adlarını paylayacaq...
Vaqif Nəsib Sarıhüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 15
dekabr.- S.23.