Qəşəm Nəcəfzadənin “O qara əyri bulud

hekayələr kitabı çap olunub.

 

Edebiyyatqazeti.az xəbər verir ki, “Elm Təhsilnəşriyyatında şair Qəşəm Nəcəfzadənin “O qara əyri buludhekayələr kitabı çap olunub.

Kitabın redaktoru ön söz müəllifi yazıçı Kəramət Böyükçöldür. Kitaba  toplanmış hekayələrin əsas qismi tərəkəmə həyatından bəhs edir. Tərəkəmə camaatının xarekteri, düşüncə təfəkkürü, yurd yerləri, comərdliyi, folkloru, adət-ənənəsi hekayələrin baş mövzusudur.

Hekayələrdə yaşadığımız həyatın ürək çırpıntıları, müharibənin insan təfəkküründə açdığı yaralar təsvir olunur. Əsərlərin əsas ideyası dinindən, dilindən, irqindən asılı olmayaraq əzab içində çırpınan insana yardım etmək, onun düşüncəsindəki insanlıq duyğularını ayağa qaldırmaq hətta qəddar olanları da öz qəddarlığından xilas etməkdir.

 

Ədəbiyyat qəzeti.- 2018.- 15 dekabr.- S.32.