Elçinin “Baş”
romanı İtaliyada nəşr olunub
Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən “Baş” romanı xarici ölkələrdə geniş yayılmaqdadır. Əsər Türkiyənin, Almaniyanın, Rusiyanın, Misirin, Moldovanın və digər ölkələrin nəşriyyatları tərəfindən çap edilib, bir sıra xarici mətbuat orqanlarında dərc olunub.
Bu nəşrlər ədəbi tənqidin diqqət mərkəzində olub, mətbuat “Baş” romanını təkcə milli ədəbiyyatın deyil, ümumiyyətlə, müasir dünya nəsrinin hadisəsi kimi işıqlandırıb.
Bu günlərdə İtaliyanın “Roma - Sandro Teti Editore” nəşriyyatı “Baş” romanını italyan dilində nəfis tərtibatla çap edib. Əsəri Olqa Mazzina tərcümə edib. Kitabın tərtibatı Laura Perettiyə məxsusdur.
Məlumat üçün
bildirək ki, “Baş”
romanı ABŞ, İngiltərə və Çexiyada
da nəşrə hazırlanır.
Ədəbiyyat
qəzeti.- 2018.- 22 dekabr.- S.7.