İsrail və Özbəkistan ədibləri Azərbaycan Yazıçılar Birliyini
ziyarət ediblər
Dekabrın 20-də Özbəkistandan və İsraildən ölkəmizə
qonaq gələn bir sıra sənət
adamları, şair və yazıçılar
Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarla görüşüblər.
Sədr israilli siyasi ekspert Arye Gutun
müşayiəti ilə
yazıçı İddo
Netanyahu, rejissor İlqar
Safatı qəbul edib. Görüşdə həmçinin, Millət
vəkili, Xalq yazıçısı Elmira Axundova,
Millət vəkili,
AYB-nin katibi Nazim İbrahimov, Xalq yazıçısı
Çingiz Abdullayev, Xalq artisti Oqtay
Mirqasımov, AYB-nin mətbuat katibi Xəyal Rza və başqaları da iştirak ediblər.
Xalq yazıçısı Anar
AYB-nin tarixi, onun nəzdində fəaliyyət göstərən
mətbu orqanlar haqqında məlumat verib.
Görüş əsnasında Azərbaycan-İsrail
ədəbi əlaqələrinin
genişləndirilməsi, qarşılıqlı
münasibətlərin inkişafı
yönündə bəzi
təkliflər də
səsləndirilib.
AYB sədri
deyib ki, ayrı-ayrı yazıçıların
İsraildə kitablarının
nəşrindən əlavə,
çox yaxşı olardı ki, orada Qarabağ problemini özündə əks etdirən kitablar da işıq
üzü görsün
və yayılsın.
Xalq yazıçısı Elmira Axundova
çıxışında Arye Gutun Azərbaycan-İsrail
siyasi, ədəbi əlaqələrinin inkişafındakı
rolundan söz açıb. Deyib ki, ekspert Qarabağ probleminə qarşı hər zaman həqiqətin yanında olub, sərt şəkildə tənqidi çıxışlar
edib, Azərbaycanın
haqq səsini həm öz ölkəsində, həm
də dünyada ucaldıb.
Həmçinin, qonaqlara repressiya qurbanı, Qarabağ müharibəsi şəhidi
olan yazıçılarımız
haqqında da məlumat verilib.
İsrailli qonaqlar ölkəmizdə
olmaqdan məmnunluğunu
ifadə edib, Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
zənginliyindən söz
açıblar.
Həmin gün AYB sədri özbəkistanlı qonaqlarla
da görüşüb. Ədəbiyyatşünas,
tərcüməçi Babaxan
Məhəmməd Şərifin
müşayiəti ilə
"Kitab dünyası"
qəzetinin baş redaktoru Xasiyət Rüstəmova, şair, tərcüməçilər Şəhla
Qasımova, Ətxambəy
Alimbekov ədəbiyyat
ocağının qonağı
olublar. Qonaqlar bu yaxınlarda
Anarın Özbəkistanda
özbək dilində
çap olunan "Gözmuncuğu" kitabını
müəllifə təqdim
ediblər. Ona göstərilən
diqqətdən məmnunluğunu
ifadə edən Xalq yazıçısı
deyib ki, bu, onun Özbəkistanda
çap olunan 5-ci kitabıdır.
Görüş çərçivəsində Azərbaycan-Özbəkistan ədəbi
əlaqələrinin inkişafı
haqqında geniş fikir mübadiləsi aparılıb.
Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.7.