İnsanlar arasında mənəvi körpü
Son illərdə
həmyerlimiz Məmməd
İsmayılın şeir
kitabları bir-birinin ardınca dünyanın müxtəlif ölkələrində
çap olunmaqdadır. Bu barədə qəzetimizdə vaxtaşırı
xəbərlər dərc
etmişik. Sevindirici
hal odur ki, bu kitablar
tərcümə kitabları
dənizində itib-batmır,
haqqında dalbadal təqdir məqalələri
də çap olunur. Xüsusilə Fransa, Yaponiya, Kosovo və Moldovada çap olunan kitablar ədəbi tənqidin də diqqətini çəkməkdədir.
Bu da o deməkdir
ki, həmin kitablar tərcümə xatirinə tərcümə
olunmamış, orijinalın
dəyəri oxucularına
layiqli bir şəkildə çatdırılmışdır.
Ədəbiyyatımızın uğuru kimi
dəyərləndirilən bu kitablar haqqında
xarici mətbuatda çap olunan məqalələri oxucularımıza
çatdırmağı özümüzə
borc bilirik. Moldovanın "Literatura Şi Arta" (Ədəbiyyat ve İncəsənət") qəzeti
Məmməd İsmayılın
Kişinyovda "Literatura
Şi Arta" nəşriyyatında keçən
il çap
olunan "Sporırea Tacerıı" kitabı
haqqında ard-arda iki məqalə çap etmişdir. Oxucularımız üçün maraqlı olacağını
nəzərə alıb
o məqalələrdən birinin tərcüməsini
oxucularımıza təqdim
edirik.
Əlbəttə ki, şeiri orijinalından oxumaq lazımdır. Amma tərcüməsiz dünya poeziyasının
böyük mədəniyyət
və üslub çoxçeşidliliyini öyrənmək
və dəyərləndirmək
elə də asan deyil. Müəllif kifayət qədər
tanınmaq üçün
öz dil sərhədlərini aşmağı
bacarmalıdır, çünki
onun nə zamansa tərcümə olunmuş əsəri artıq yeni bir görüntü qazanmışdır. Bəlkə, mətnə xəyanət
etmədən bir şey tərcümə edə bilərsiniz, amma melanxolini, yuxulu, sehrli sevgi haləsini necə tərcümə edəcəksən? Qrammatik qaydaları,
tərcümə yöntəmlərini
yaxşı bilə bilərsiniz, amma daxili tərcümə canatımı, səyi olmadan, tərcümədə
heç bir sənət sehri ortaya çıxarıla bilməz. Ədəbiyyat nəzəriyyəsinin, ya da qrammatik
qaydaların həll edə bilməyəcəyi
kontekstlər, məğzlər
hər zaman ortaya çıxa bilər. Amma o zaman təcrübə
də öz sözünü deyir.
Əllərindən ünlü
yazarların və hələ şeirin atişləməz yollarının
sirrini çözməyə
çalışan gənclərin
yazmış olduğu
yüzlərlə əlyazması,
xronika bolluğu keçən Nikolae Dabija, ilk növbədə,
duyarlılığın şairidir
və o, elə bir yetkinlik mərhələsinə
ucalmış ki, daha çox şeyi görə bilir və hər
şeyi daha dərindən hiss etməyi
bacarır. Buna görədir
ki, onun tərcümələrində şeirə
böyük sevginin möcüzəsi baş verir... Eyni zamanda, rumın
və dünya mədəniyyət və
ədəbiyyatının daxili
inkişaf ritmi, izahı, tanıdılması
təşəbbüsləri də onu yaxından
maraqlandırır. Buna görə də əsərlərini tərcümə
etdiyi böyük şair Məmməd İsmayılın (Əsrik,
Tovuz, Azərbaycan) möhtəşəm bir metafora ustası olduğu və bu metaforaların tərcümə dilində
vicdanlı bir şəkildə ortaya çıxmasının elə
də asan bir iş olmadığını
yaxşı bilsə də, Dabija bu şairin şeirlərinin tərcümə
həzzindən vaz keçə bilməmişdir...
Beləliklə, deyə bilərik
ki, xüsusi olaraq fəlsəfi ton və fon
üzərində cəmləşdirilmiş
olan çox sakit, hüznlü və meditativ bir vəziyyəti yalnız tərcüməçi-şair
metafizik şeirsəl
düşüncənin həqiqi
bir duyğu axını yarada biləcəyini və xəyali görüntülərin
kəlmələrlə necə
söylənə biləcəyini
gün işığına
çıxara bilər.
Tərcüməçi Dabija şair
Dabijadan uzaq deyil. Bu səbəbdən
də bir nöqtədə o, Azərbaycan
şairi ilə əkiz ruhlarının olduğunu təsdiqləmiş
olur. Məmməd İsmayıl böyük
(maqnetik gücə
sahib) şairdir, metaforalar
ustası bir filosof və metafizik əsərlər müəllifidir. Onun şeirlərini
oxuyarkən adamda belə bir düşüncə
yaranır ki, bu böyük Azərbaycan şairi şeirlərini rumın dilinə mükəmməl
bir şəkildə tərcümə etmiş
Nikolae Dabijanın mənəvi əkiz qardaşıdır.
Şair şeirin fotosunu çəkmir, onu dəyişdirməyi bacarır,
beləliklə də
şeirin bir dekorativ duyğu meydanı olduğuna inanmaq istəyən oxucuları da bu ustalıqla "aldada" bilir. Tərcümə
mətnlərindən göründüyü
kimi, N.Dabija, orijinalın havasıyla sinxron ola
biləcək həqiqi
bir görüntü çayında ilham axışlarını toplaya
bilir, bu səbəbdən də
biz özümüz üçün
yeni, orijinal bir şairi kəşf edir və onun əsərlərinin
son misrasına qədər
oxunmasını tövsiyə
edirik...
Böyükmiqyaslı şairlər yaradıcılıq
sistemində metaforalar
kəşf etmək intuisiyasına sahibdirlər,
onlar həryönlü
dərin məna və gözəgörünməz
poetik nüanslar ilə düşüncə
sistemini bir araya gətirə bilirlər. Yalnız dərin düşüncə
tərzinə sahib olan
tərcüməçi tərcümə
etdiyi şairin bütün fəlsəfi
və lirik intim düşüncə
dərinliyi kilidinə
açar tapa bilir, bu açarla
da arzu oyunlarını,
ideyalarını və
sözlərini gələcək
oxucusuna ötürə
bilir. İnadlı
çalışma özəlliklə
forma, qafiyə və ritmə istinad edən Məmməd İsmayıl poeziyasını
yalnız onun yaradıcılığının böyük heyranı olan N.Dabija kimi
tərcümə zərgərliyinə
sahib olan bir istedad çevirə bilərdi...
Bu tərcümələrdən aldığımız ilk təəssürat
onların özəl
olduğu, önəmli
bir şair tərəfindən çevrildiyi
və çevirinin əsas qaynağı olan orijinaldakı sirli, əsrarəngiz atəşin olduğu kimi tərcümə mətninə ötürülməsi
və oxucularımıza
çatdırılmasıdır.
Tərcümə etdiyi mətnin bütün aspektlərini
sevərək mənimsəyən
və onu zəngin rumın dilinə çevirərək
tələbkar oxucularımıza
çatdıran tərcüməçi-şairin
inadkar zəhməti hər cür təqdirə layiqdir. Və bu
tərcümə hər
yönüylə ədəbiyyatımıza
və oxucularımıza
möhtəşəm bir
ərməğandır. Təəssüflə boynuma alıram
ki, günümüzün
bu önəmli şairinin (M.İsmayılın)
indiyə qədər
yazmış olduqlarından
xəbərsizdim.
Mənim üçün həqiqətən
də böyük bir şansdır ki, hər şeiri
ölümsüzlük sınağından
çıxan və həyatın uca dəyərlərinə köklənən
Məmməd İsmayıl
poeziyasını nəhayət
ki, geniş həcmdə oxuya bildim. Kitab, Peqas kolleksiyasından
Ədəbiyyat və
İncəsənət nəşrlər
evi tərəfindən
çap edilmiş və mükəmməl şeir arayışında
olan oxucularını gözləyir.
Mariana Jıoara
Ədəbiyyat qəzeti.- 2018.-
22 dekabr.- S.11.