ADU-da Hüseyn Cavidin əsərlərinin özbəkcə nəşrinin təqdimatı olub

 

Dekabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) böyük şairdramaturq Hüseyn Cavidin əsərlərinin özbəkcə nəşrinin təqdimatı olub.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla Hüseyn Cavidin məşəqqətli ömür yolundanbütün zamanlar üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də ona göstərilən dövlət qayğısından və xalq sevgisindən söhbət açıb.

Ulu öndər Heydər Əliyevin Cavid sənətini yüksək qiymətləndirdiyini deyən rektor diqqətə çatdırıb ki, dahi sənətkara siyasi bəraəti Ümummilli Lider qazandırıb. Cavidin həyatında, yaradıcılığında, daha doğrusu, onun xalqımıza qaytarılmasında önəmli yeri ümummilli lider Heydər Əliyev tutur. Məhz bu böyük insanın qayğısı və diqqəti nəticəsində Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənə ilə keçirilib. Ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvanda torpağa tapşırılıb. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə Hüseyn Cavid məqbərəsi tikilib, Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.

Hüseyn Cavidin bütün türk dünyasının şairi olduğunu deyən rektor onun əsərlərinin özbək oxucuları tərəfindən maraqla qarşılanacağını bildirib.

Sonra AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev, ədəbiyyatşünas alim Sona Vəliyeva, Özbəkistan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Babaxan Şərifov və digər edənlər Hüseyn Cavidin həyat və yaradıçılığından danışıblar.

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.11.