Bela Keburiya müasir gürcü poeziyasında seçilib sevilən şairələrdəndir. O ədəbiyyata səksəninci illərdə gəlib. 9 kitab yüzdən çox ədəbi məqalə müəllifi, bir çox ədəbi mükafat laureatıdır. Şeirləri dünyanın müxtəlif dillərinə, o cümlədən ingilis, fransız, alman, rus, ukrayna dillərinə tərcümə edilib. Bela xanımın əsərləri azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.

 

Kvazimodo

 

böyük məhəbbətə qadirsənmiş,

(Mən korun-korun yanan odam).

Əlində titrəyən əllərimdi,

Ey topal, donqabel Kvazimodo.

 

Noterdam zənginin səsi gəlir,

Sən eşidirsən? Çalan odu.

böyük məhəbbətə qadirsənmiş,

Ey gözəl, eybəcər Kvazimodo.

 

günüm qaralır, qaraldırlar,

Amma sönən deyil mənim odum,

Dünyada eybəcər gözəllərə

Gəl sevmək öyrət sən, Kvazimodo!

 

Həvvanın portreti

 

Onun qəlbindədi eyni zamanda

Atacağı daşla ən nadir dürrü.

Özünü Tanrının qulu bilsə ,

Hərdən bir şamını nəfsi söndürür.

 

Qadın da səhv edir, yanılır, Allah,

Payına sevinc , kədər düşür.

O öz fikirindən gizlənsin deyə

Hərdən bir oynayır, hərdən döyüşür.

 

Gah alma aldadır, gah buğda onu,

Nəfsinə qoşulub gedir dərinə.

Hərdən qızıl gülə çevrilir yalan,

Sərilir qadının çiyinlərinə...

 

Xəcalət tikanı batır qəlbinə...

Yol daşlı-kəsəkli, yol çala-çuxur...

Qadının qəlbundə Tanrı yaşayır,

Təəssüf, şeytan da orda vurnuxur.

 

Bilmir necə etsin, necə davransın,

Necə, necə boğsun hissi dərində...

...Bir qız tutub gedir ömür yolunu

Həvvanın günahı çiyinlərində...

 

Meh

 

Adama xoş gəlir axşamın mehi,

Xəfəli yerlərdə, isti günlərdə

Sərinlik gətirir,

Amma həmin meh

Əsib son yarpağı qoparır hərdən.

 

Dərdi almır vecinə

 

Möcüzələr axtarma

Gerçəkliyin içində.

Zaman biçir məkanı,

Məkan zaman biçimdə.

 

Vaxt-zamanın tezi ,

Məqamı , geci ...

Buluda bax, rəqs edir,

Dərdi almır vecinə...

 

Zaman əydi qəddini,

Şərti o kəsəcək.

Ruh elə bil nəfəsdi,

Yel olub da əsəcək...

 

Vaxt-zamanın tezi ,

Məqamı , geci ...

Ruh da bulud kimidi,

Dərdi almır vecinə...

 

Tələsirsən, ey zaman,

Ey hər şeyin ağası,

Sən məni qul edib

Yıxasısan, yıxası,

Axırıma axırda

Çıxasısan, çıxası...

 

Vaxt-zamanın tezi ,

Məqamı , geci ...

Vaxt da bulud kimidi,

Dərdi almır vecinə...

 

Ruhum

 

Bilmirəm, ruhumu nəyə bənzədim,

Ruhum qanad açıb

Uçmaq istəyir.

Üstünə gözyaşı yağan sərhədin

İçində cığırlar açmaq istəyir.

 

Görəsən, bahara çoxmu qalıbdır,

Qış yaman uzandı, bezdirdi bizi.

Burda çiçək vardı,

Yel aparıbdı,

Dünən açan gülün qalmayıb izi...

 

Sehrli baca

 

Gözləmədən qanadlarım açılsa,

Mənlik deyil, Allahımın işidir.

Qanadlarım xatırlayır göyləri,

Onları bu xatirələr isidir.

 

Qaçmaq olmur şimşəklərin oxundan,

Girsən belə mələklərin donuna.

Mən yaralı qanadlarla uçmuşam

Bu dünyanın əzəlindən sonuna.

 

Sarı simi qopdu mənim qəlbimin,

Onun səsi qanım kimi laxdadı,

Ruhum çıxıb daha fani dünyadan,

O dünyanın bacasını axtarır...

 

Bela KEBURİA

 

Gürcü dilindən tərcümə etdi: İmir Məmmədli

 

Ədəbiyyat qəzeti.- 2018.- 22 dekabr.- S.21.