Vaqif Sultanlı Özbəkistanda  beynəlxalq forumda iştirak edib

 

Dekabr ayının 10-11-də Daşkənd şəhərindəÖzbəkistanın mədəni irsi dünya kolleksiyalarındamövzusunda beynəlxalq forum keçirilmişdir. Özbəkistan Elmlər Akademiyası, İctimai Birliklərin müdafiəsi üzrə Parlament Komissiyası Mədəni Dəyərlərin Tədqiqi Mərkəzinin YUNESKO ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən forumda dünyanın 40-yaxın ölkəsindən 350-dən artıq nümayəndə iştirak etmişdir. Belnəlxalq forumda Azərbaycanı Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı təmsil etmişdir.

Forumun əsas məqsədi Özbəkistanın müxtəlif dünya ölkələrinin əlyazmaları fondu, kitabxana, arxiv muzeylərində qorunan ədəbi-mədəni irsinə diqqətin yönəldilməsidir. Tədbirin təşkilatçıları layihə əsasında sistemli şəkildə özbək ədəbiyyatı mədəniyyətinin bir çox dəyərli incilərini aşkarlayaraq üzə çıxarmış, indiyədək iyirmi adda kitab nəşr etdirmişlər. Forumun keçirildiyi salonda nəşr olunan kitablar hazırlanmış videoçarxlar nümayiş olunmuşdur.

Amerika, Almaniya, İngiltərə, Polşa, Çexiya, Rusiya, Hindistan, Yaponiya başqa ölkə alimlərinin qatıldığı tədbirdə görülən işlərin yekunları müzakirə olunmuş 2019-cu il üçün yol xəritəsi müəyyənləşdirilmişdir. Gələn il forumun daha geniş tərkibdə Daşkənd, Səmərqənd, Buxara Xivədə keçirilməsi nəzərdə tutulmuşdur.

Vaqif Sultanlı həmçinin “Özbəkistanın mədəni irsi” təşkilatına üzv seçilmişdir.

 

Ədəbiyyat qəzeti.- 2018.-22 dekabr.- S.27.