Əyyub Qiyasın yubiley günündə

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə - 15 dekabr tarixində ədəbiyyat nümayəndələri  Əli Kərim adına Sumqayıt Poeziya Evinə yazıçı-tərcüməçi Əyyub Qiyasın 50 illik yubiley tədbiri yeni çapdan çıxmışHavay tətilləri, yaxud, Brejnev sağdırkitabının təqdimatına toplaşdılar.

Böyük izdihamla baş tutan tədbirdə yazıçının qələm dostları, tanınmış ziyalılar Əyyub Qiyas nəsrinin işığına toplaşan oxucular iştirak edirdilər. Tədbiri Ə.Kərim adına Poeziya klubunun rəhbəri, şair İbrahim İlyasılı açaraq yubilyarı və qonaqları salamladı, Əyyub Qiyas haqqında ürək sözlərini dilə gətirdi.

Daha sonra tədbiri aparmaq üçün söz şair Ehtiram İlhama verildi. Tədbirdə ilk çıxışçı əməkdar müəllim və tanınmış şairə Ofelya Babayeva oldu. O, Əyyub Qiyasın orta məktəb illəri ilə bağlı xatirələrini danışaraq keçmiş şagirdinə uğurlar arzuladı. Daha sonra AYB katibi İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçilər Vaqif Yusifli və Rüstəm Kamal, sevilən şairə və bəsətəkar Xanım İsmayılqızı, AYB Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçılar Seyran Səxavət və Kamran Nəzirli, şairlər Əşrəf Vesyəlli və Ayaz Arabaçı, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, Dünya Gənc Türk Yazarlar birliyi məsləhət şurasının başqanı, şair Əkbər Qoşalı, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AJB Sumqayıt təşkilatının sədri, əməkdar jurnalist Rafiq Oday və başqaları çıxış edərək Əyyub Qiyası 50 illik yubileyi münasibətilə təbrik etdilər, yazıçının bədii yaradıcılığın özəllikləri, onu oxuculara sevdirən məziyyətləri və peşəkarlığından söz açdılar.

Tədbir yazçının tələbə dostları, sevilən aktyor Şirzad Pirallahı ilə aşıq İlham Əsgəroğlunun hazırladığı və Əyyub Qiyasın qələmə aldığı “Sarı gəlin” şerinə hazırılanmış kompozisiya, müğənni Hüsniyyə İsmayıllının çıxışı ilə başa çatdı.     

Sonda müəllif yeni kitabını imzalayaraq oxuculara təqdim etdi.

 

Ədəbiyyat qəzeti.- 2018.-22 dekabr.- S.29.