"... Və
bütün qaranlı otaqlar"a təqdimat keçirildi
Dekabrın 15-də Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan
Yazıçılar Birliyi və Azərbaycan Milli
Kitabxanasının birgə təşkilatçılığı
ilə AYB-nin üzvü, gənc şair Tural Turanın "...
Və bütün qaranlı otaqlar" adlı şeirlər
kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açıb və Azərbaycan müasir ədəbi mühitindən bəhs edən nitq söyləyib. Eyni zamanda Milli Kitabxananın artıq iki ildir gənc yazarlara tədbirlərin keçirilməsində dəstək olmasını xüsusi vurğulayıb.
Sonra tədbiri
idarə etmək üçün sözü yazıçı Kənan
Hacıya verib.
Kənan Hacı
çıxışında Tural Turanın ədəbi gənclik
camiasında özünəməxsus yeri olduğunu qeyd edərək
onun şeirlərinin bədii məziyyəti haqqında ətraflı
fikir sərgiləyib.
Tədbirdə
tanınmış qələm adamları, ictimaiyyət
nümayəndələri və KİV təmsilçiləri
iştirak edib.
Mərasim zamanı ədəbiyyat
və ictimaiyyət nümayəndələrindən Azər
Qismət, Azərbaycan Dillər Universitetinin dekanı, filoloq Bənövşə
Məmmədova, DANİB sədri Elməddin Behbud, Seyran
İsmayıl, Ulucay Akif, Fuad Cəfərli, Şahanə
Müşfiq, Emil Rasimoğlu və digərləri
çıxış edərək Tural Turanın şeirlərindən
danışıb və uğurlar arzulayıblar.
Sonda kitablar imzalanıb və
müəlliflə xatirə şəkilləri çəkdirilib.
Ədəbiyyat
qəzeti.- 2018.-22 dekabr.- S.32.