Tənha ulduz

 

günlərim qaldı səndə,

Necə günlərim...

İlişib qalmışam həmin günlərdə.

Yeri yox idi yanımızda qəmin, kədərin,

Səndən sonra yoldaşımdır

Qəm , kədər ...

Necə günlər idi sənli günlərim!

O günlərdə özüm qalmışam.

Səndən sonra yanımda

Bir xatirələrin qalıb,

Bir özüm qalmışam...

 

Təkliyi sevərdim, bəzən

Öz-özümlə tək olardım.

Özümü aparmısan indi -

Tək qalmağa "mən" yox,

Təklikdən tənhalığa necə gəldiyimi

Görən yox, bilən yox...

Duman bürüyüb ətrafı,

Görünmür heç .

Dumanlaşmış yaddaşımdan

 

olar, keçmə, keçmə...

Unudum səni,

Gülüşünü, qoxunu da.

Yatanda görməyim

Sən olan yuxunu da!..

 

Daha qorxmuram sənsizlikdən -

Çünki artıq sənsizləşmişəm.

İçimdə çağlayır fırtınalar, tufanlar -

Mən isə sakit-sakit səssizləmişəm...

 

Bir-bir düşür ulduzlar

Yerdən göyə,

Yumulur gözlərim ağır-ağır.

Ehh, demək, belə ölürmüş yalqızlar,

Belə aciz, belə fağır...

 

Aqil Bəkirli

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.26.