Ala səni
bu şəhərdən
bir külək
Ala səni bu şəhərdən bir külək
Suya həsrət
dodaq kimi istəyə.
Hamı
səni böyük kimi düşünə,
Hamı səni uşaq kimi istəyə.
Bir qız ola
kədərinə ağlayan,
Səni
sevən, ürəyində
saxlayan,
Ümidini son yağışa bağlayan
Səhra kimi, quraq kimi
istəyə.
Namə
yaza aradabir Əzrail:
Nə var, nə yox,
gəlim, yoxsa?.. və
sair.
Ürəyini açmaq üçün
bir şair,
Gəzə səni, varaq kimi istəyə.
Ümidləri qırmayan bir gələcək,
İnsanlığın yaşadığı
bir ürək,
Sinən
üstə bitmək üçün bir çiçək
Səni
sulu torpaq
kimi istəyə.
Bir ana ki, qəmdən
qaşı çatılan,
Sənin
üçün oda, suya atılan,
Nura həsrət iki gözü tutulan -
Oğlum deyə, çıraq kimi istəyə.
Nə suç ola,
nə cəhənnəm,
nə cənnət,
Nə
din ola, nə
bölgü, nə təriqət.
Bircə
ola Allah adlı həqiqət,
Ölüm səni qonaq kimi istəyə.
Hamı
səni böyük kimi düşünə,
Hamı səni uşaq kimi istəyə.
Əliqulu Bədirli
Ədəbiyyat qəzeti.- 2018.-
29 dekabr.- S.26.