«Söz
yaşıllığı» təqdim
olundu
Tanınmış şair Barat Vüsal Qazaxda yaşayıb-yaratsa da
şeirlərinin sədası neçə-neçə
ölkədən gəlir. Onun Tehranda Mişov Kultur Dərnəyi tərəfindən nəşr
olunan «Söz
yaşıllığı» kitabı da bu silsilədəndir. Bu
günlərdə şairin müxtəlif
illərdə yazdığı şeirlərini özündə
ehva edən həmin əsərin Yasamal rayonundakı Natəvan adına kitabxanada təqdimat mərasimi keçirilmişdir.
Abşeron
rayonunda məskunlaşan Laçın rayon
Çıraqlı kənd məktəbinin müəllim və
şagirdlərinin də qatıldığı tədbirdə
kitabxananın direktoru Turanə Əmirova, İranda nəşr
olunan «Mişov dağı» jurnalının redaktoru Aqşin
Ağkəmərli, şairə Zərəngiz Dəmirçi,
yazıçı-publisist Atababa İsmayıloğlu,
şairin oğlu Cavid Aliyev Barat Vüsalın
yaradıcılığından, onun şeirlərindəki
milli köklərə bağlılıqdan söhbət
açmışlar.
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti.- 2018.- 29
dekabr.- S.32.