"Dünya ədəbiyyatı” dərgisinin

"Serbiya poeziyası” xüsusi sayı işıq üzü görüb

 

  Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir  ilkə imza atdı. Mərkəzinin nəşri olan "Dünya ədəbiyyatıdərgisinin  "Serbiya poeziyasıxüsusi sayı işıq üzü görüb.  "Serbiya poeziyasıxüsusi sayının Serbiya poeziyasının klasssiki Stefan Lazareviçdən tutmuş  Laza Kostiç, Voislav İliç, Aleksa Şantiç,  İvo Andriç kimi digər klassiklərlə daxil olmaqla uzun yol keçmiş Momçilo Nastasiyev,Desanka Maksimoviç,Duşan Matiç, Rastko Petroviç, Duşan Radoviç, Vasko Popa, Branko B. Radiçeviç, Miodraq Pavloviç, Slobodan Markoviç,  Stevan Raiçkoviç, Milorad Paviç, Dara Sekuliç, İvan Laliç ,Tomislav Miyoviç, Duşko Trifunoviç, Yovan Xristiç, Branko Milkoviç, Borislav Radoviç, Milovan Danoyliç, Branislav Petroviç, Lazar Vuçkoviç,Lune Levayats, Matiya Beçkoviç, Petar Svetkoviç, Qoyko Coqo, Zoran Miliç,Draqan Draqoyloviç, Milutin Petroviç, Adam Puslyoviç, Radomir Andriç, Rayko Petrov Noqo, Miço Svietiç,Miroslav Maksimoviç, Milan Nenadiç,Milosav Teşiç, Ratko Deletiç, Branislav Velkoviç, Duşko M.Petroviç, Duşka Vrxovas, Tomislav Marinkoviç, Bratislav Milanoviç, Tiodor Rosiç, Zlata Koçiç, Andrey Eliç-Mariokov ,Simon Simonoviç, Ranko R.Radoviç, Selimir Raduloviç, Vekoslav Vukadin, Yovanka Stoyçinoviç-Nikoliç, Milisa Yeftimiyeviç-Liliç, Corce Neşiç, Novitsya Telebak, Draqan Yovanoviç-Danilov, Milan Orliç, Miodraq Yakşiç, Qoyko Bojoviç   İskra Peneva kimi müxtəlif dövrə aid 62 serb şairinin şeirləri yer alıb.

  "Xüsusi sayın” "Ədəbi söhbətlər "Bakı-Belqrad: ədəbi yazılarbölümlərində Səlim Babullaoğlunun serb ədəbiyyatçıları Selimir Raduloviç Yasmina Mixayloviç ilə müsahibələri, Nobel mükafatı laureatı, görkəmli serb yazıçısı İvo Andriçin " Bir dəfə Azərbaycandaməqaləsi "Nobel nitqi”, Serbiya Yazıçılar Assosiasiyasının sədri Radomir Andriçin səfir  Eldar Həsənovun "Balkanların dostluq körpüsü boyunca  kitabı haqqında  "Müstəqil tarixi topluadlı məqaləsi, Səlim Babullaoğlu Fərid Hüseynin "Dünya Yazıçılarının Beynəlxalq Belqrad Görüşləri”ndən "səfər yazıları”, eləcə Yasmina Mixayloviçin "Xəzərin sahilindəkitabından fraqmentləri yer alıb.

Dərginin bu sayına daxil olan mətnləri dilimizə Səlim Babullaoğlu, Günel Şamilqızı, Xatirə Nurgül, Cavanşir Yusifli, Elxan Zal, Rəbiqə Nazimqızı Aynur Qarayeva (sətri tərcümələr: Katerina Paniç, Aleksandr Bozoviç) tərcümə ediblər.

  "Serbiya poeziyasıxüsusi sayı   www. artkaspi.az saytının iştirakı   Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya Herseqovinadakı Səfirliyinin dəstəyi ilə hazırlanıb.

  "Dünya ədəbiyyatıdərgisinin "Serbiya poeziyasıxüsusi sayı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya Herseqovinadakı Fövqəladə Səlahiyyətli səfiri Eldar Həsənovun  oxuculara xitab etdiyi "girişyazısı ilə açılır: "Ölkələr, xalqlar arasındakı diplomatik münasibətlərin uğuru, əlbəttə ki, həm mədəni əlaqələrdən keçib möhkəmlənir. "Dünya ədəbiyyatıdərgisinin "Serbiya poeziyasıxüsusi sayının nəşri həm Azərbaycan, həm Serbiya  ədəbi-mədəni mühiti üçün olduqca ciddi parlaq hadisədir. Bu nəşr vasitəsilə Azərbaycanın poeziyasevər auditoriyası 60-dan artıq serb şairinin (onların arasında XIV-XV əsr serb tarixinin ədəbiyyatının görkəmli nümayəndəsikral şair Stefan Lazareviçin "Eşq məktubu  da var, serb ədəbiyyatının ötən əsrin 90-cı illər ədəbi nəslinin nümayəndəsi Qoyko Bojoviçin şeirlərini  müxtəlif həcmli poetik mətnlərilə eyni vaxtda, küll halında tanış olmaq imkanı qazanırlar.  Digər tərəfdən, bu xüsusi say,  təkcə oxucular üçün deyil, eyni zamanda peşəkarlar, ən çox da slavyan xalqları ədəbiyyatının, serb poeziyasının tədqiqatçıları üçün əvəzsiz mənbə rolunu oynayacaq...”

  Dərginin baş redaktoru Seyfəddin Hüseynli "Serbiya poeziyasıxüsusi sayına "Baş redakordanbaşlıqlı məqaləsində yazır: "Dünya ədəbiyyatıdərgisinin Serbiya poeziyasına həsr olunmuş xüsusi sayı, sözsüz ki, ilk növbədə ölkələrimiz xalqlarımız arasında ədəbi əlaqələrin güclənməsi, çağdaş bədii tərcümə işinin tərəqqisi yolunda atılan mühüm addım sayıla bilər. Eyni zamanda, bu nəşr Azərbaycan ədiblərinə oxucularına Serbiyanın dəyərli şairlərinin, sayseçmə söz ustalarının yaradıcılıq nümunələrilə geniş tanışlıq imkanı açmaq baxımından önəmlidir. Çünki burada serb xalqının mənəvi aləmini, dini-ruhani duyğularını, fikir dünyasını, həyəcan qayğılarını aydın əks etdirən çox sayda poetik nümunə, onları Azərbaycan insanına dolğun şəkildə çatdıra bilən, kifayət qədər uğurlu tərcümələr yer alıb. Bu saydakı ədəbi söhbətlər, səfər qeydləri digər yazılar da çağdaş Serbiyanın bədii söz mühiti haqqında, onun bir sıra tanınmış simalarının Azərbaycana münasibəti barədə gərəkli təəssürat formalaşdırmağa layiqincə xidmət edir.”

Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu dərgi ilə bağlı eksklüziv açıqlamasında bildirib ki,  mərkəzin nəşri olan "Dünya ədəbiyyatıdərgisinin "Serbiya poeziyasıxüsusi sayı hazırlanması çapı öncədən planlaşdırılmış, gözlənilən idi: "Belə ki, hələ 18 sentyabr 2014-cü il tarixində AYB  Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzi ilə Serbiya Yazıçılar Birliyi arasında əməkdaşlıq Memorandumu imzalanmışdı bu sənəd iki ölkənin ədəbi təmaslarının daha səmərəli şəkil alması baxımından önəmli hadisə  idi. Memorandumu mən və Serbiya Yazıçılar Birliyinin katibi Branislav Velkoviç imzalamışdıq. Yeri gəlmişkən, "xüsusi saydabu haqda informasiya var və sənədin surəti də ön səhifələrdə yer alıb... Serbiya ədəbiyyatı, poeziyası da həm  slavyan xalqları ədəbiyyatı kontekstində, həm Şərqi (Cənub Şərqi) Avropa ədəbiyyatları kontekstində də olduqca özünəməxsus, maraqlı, dərin ədəbiyyatdır... Mən bizimlə Serbiya tərəfdən bizimlə əməkdaşlıq etmış hər kəsə, xüsusən, dostum, tərcüməçi Katerina Paniçə minnətdarlığımı çatdırıram. Eyni zamanda bildirmək isəyirəm ki, bu bizim Serbiya ilə bağlı ilk işimiz  deyil. Daha əvvəl biz "Kitabçı” jurnalı ilə birgə "Serbiya buraxılışı” hazırlamışdıq. Bu proses davam edəcək. Gələn ilin yazı üçün biz görkəmli serb şairi Radomir Andriçin şeirlər kitabını nəşr edəcəyik, kitabın üzərində gedir. Mən ümid edirəm, serblər də bizim ədəbiyyatımızla bağlı imzaladığımız Memorandumdan irəli gələn öhdəlikləri, şifahi söhbətlər zamanı qeyd etdikləri layihələri tezliklə gerçəkləşdirəcəklər...”

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.31.