Bu misralar niyə əzilmir?!
İnternet və sosial şəbəkələrdə vaxt
öldürməyin ləzzəti o qədər
böyükdür ki, artıq iri kitablar oxumağı yadırğayırıq. Dövrün tələbinə
görə romanların həcmi kiçilir və biz balaca
kitablar oxumaq istəyirik - təbii ki, oxumaq istəyiriksə...
Sözüm bunda deyil. Mən kiçik romanlardan
yox, bir roman yükü daşıyan kiçik şeirlər
haqqında danışmaq istəyirəm.
***
Özdemir
Asafın "Jüri" adlı şeiridi bu:
tüm renkler aynı hızla kirleniyordu
-
birinciliği beyaza verdiler...
Yığcam
və mənalı...
Həyatı, yaşamı iki
misrada çox gözəl ifadə edir...
Bu iki misranı oxuduqca, nədənsə, uşaqlar gəlir
gözlərimin önünə.
Uşaqlar bəyazdırlar.
Amma ən tez çirklənən rəng
də bəyazdır.
Bəyaz
rəngləri kirlənməkdən
qorumaq lazımdır!
Birinciliyi
bəyaza verməyək!
***
sen bir
teneffüssün, sevgilim,
Yurt bilgisiyle Kimya arasında...
Başqa bir türk şair
Can Yücelin "İlanı harp değil, ilanı
aşk" şeiri.
Bu iki misranı oxuyan hər kəs özünü məktəbdə
sandı, elə deyilmi?
Sevgili hər kim
olur-olsun - Vətənmi, valideynmi, sevdiyin
qadınmı, dostmu? - önəmli deyil, mütləq və
mütləq bir tənəffüsdür...
İstər yurd bilgisi ilə kimya arasında, istər həyatında
qərar tutmuş sevmədiklərin arasında...
(Bu arada onu da deyim ki, kimya müəllimi olduğum
üçün bu şeir məni daha çox özünə
çəkdi).
***
Bir də
Sunay Akından bir şeir oxuyacam sizə.
Boyuna fikir verməyin, özündə
sığışdırdığı mənaya fikir verin:
İkimiz
də aynı şeyi düşünüyoruz:
ben seni,
sen kendini...
İlahi, üç misraya bu qədər yük yükləmək insafdandımı?!
Bəs niyə
əzilmir bu misralar?!
Düşünə-düşünə qalmışam...
Furqan
Ədəbiyyat qəzeti.- 2018.-
29 dekabr.- S.20.