Sona Vəliyevanın poeziya nümunələri

"Sozvuçie" Beynəlxalq Ədəbiyyat Portalında

 

Sona Vəliyeva: poetik düşüncəli poeziya bütövlükdə İnsanla dialoq deməkdir.

Edebiyyatqazeti.az xəbər verir ki, MDB ölkələri üzrə Beynəlxalq Ədəbiyyat Portalı ("Sozvuçie") Azərbaycan şairi Sona Vəliyevaya həsr etdiyi səhifəsini məhz bu sözlərlə açmışdır. Portal Azərbaycan şairinin 6 şeirini filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlinin ön sözü ilə birlikdə oxuculara təqdim edib.

Ön sözdə deyilir: "Bu gün oxucuda düzgün yaşamaq yanğısı oyatmaq çox çətin məsələdir. Gərək sənin xüsusi istedadın olsun, ağlın, düşüncən, ədalətin əlbəttə ki, şəxsi nümunən olsun. Bütün bunları harmonik şəkildə inkişaf etdirmək uğur qazanmaq hər yaradıcı insana nəsib olmur. Sona Vəliyeva o xoşbəxt müəlliflərdən biridir ki, belə bir uğur ona nəsib olur - həm poeziyada, həm nəsrdə, əlbəttə, həm ictimai şəxsi həyatda..."

Daha sonra Azərbaycan şairinin yaradıcılığındakı əsas cəhətləri vurğulayan K. Nəzirli qeyd edir ki, bu gün Azərbaycan ədəbiyyatında yeni sosial poeziya müşahidə olunur, bu da oxucunu ruhlandırır, ona yeni ovqat bəxş edir. Lakin bu o demək deyil ki, Sona Vəliyevanın poeziyasında rəngarənglik yoxdur - onun yaradıcılığında radikal avanqardizm, modernist çalarlar,  zamanın ruhuyla yanaşı, klassik ənənə ovqatı da tapmaq olar. Onun şeir yaradıcılığının əsas xüsusiyyəti gücü canlı obrazlı, sentimental, ehtiraslı, ədəbli, ölçülü-biçili misraların yaratdığı ovqatdadır. Məhz bu keyfiyyətlər Azərbaycanın istedadlı qadın şairinə parlaq yaradıcılıq uğurları sevincləri gətirib.

Ön sözdə daha sonra Sona Vəliyevadan sitatlar gətirilir. "Poetik, düşüncəli, lakin  sadə poeziya bütövlükdə İnsanla dialoq deməkdir. Axı biz yalnız onun üçün yazırıq, elə ifadə etməliyik ki, onun yaddaşında möhkəm qalsın, ona təsir edə bilsin...Sənətkar insan qəlbini alovlandırır, onun yaratdıqları İnsana bütün ağır qəlb sarsıntılarını yüngül ağrısız yaşamağa imkan yaradır. Ədəbiyyatın gücü elə bundadır..."

Qeyd edək  ki, mərkəzi ofisi Minsk şəhərində yerləşən MDB üzrə Ədəbiyyat Publisistika Portalı təkcə keçmiş SSRİ respublikaları ərazisində yayaımlanmır, həm Qərbi Şərqi Avropanın bir sıra ölkələrində oxunur.

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.17.