Keçən ilin son gecəsi”inin premyerası keçirildi

 

Dekabrın 27-də Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin Xalq yazıçısı Anarın “Keçən ilin son gecəsi” əsəri əsasında hazırladıqları eyniadlı tamaşanın premyerası keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, prodüseri Pərvin Nurəliyevadır. Səhnə əsərində universitetin tələbələri rol alıblar. Həmidə xala rolunu Pərvin Nurəliyeva canlandırıb.

Tamaşanın nümayişindən sonra çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, səhnə əsəri Anarın 80 illik yubileyinə hədiyyədir. Xalq yazıçısı Anar tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. Rejissor Ramiz Həsənoğlu tələbələrin onlara bəslənilən inamı layiqincə doğrultduqlarını vurğulayıb.

 

Ədəbiyyat qəzeti.- 2018.- 29 dekabr.- S.3.