Beşcildliyin ilk cildi işıq üzü gördü
Xalq yazıçısı
Anarın yeni kitabı işıq üzü görüb. “Söz dünyası” adlı kitab nəşrə hazırlanmış
beşcildliyin ilk cildidir.
Beşcildliyə müəllifin müxtəlif
illərdə yazdığı
icmal məqalələr,
portret-oçerklər, esselər,
xatirələr daxildir. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri
qədimlərdən bu
günə qədər
ədəbiyyat tariximizə,
klassiklərə və
çağdaşlara həsr
olunmuş yazıları
əhatə edir.
IV və V cildlər “Musiqi dünyası”, “Rənglər dünyası”,
“Daşlar dünyası”,
“Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən
ibarətdir.
Cildlərdə ədəbiyyatımızın və incəsənətimizin
zənginliyindən, ayrı-ayrı
görkəmli şəxsiyyətlərindən
bəhs olunur. Beşcildliyə
daxil edilən yazıların əksəriyyəti
bir neçə il öncə
rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş
“Ëèòåðàòóðà. Èñêóññòâî. Êóëüòóðà Àçåðáàéäæàíà” üçcildliyinə
daxil idi. “ËÈÊ Àçåðáàéäæàíà”
üçcildliyi də,
Azərbaycan dilində
çıxan bu beşcildlik də ədəbiyyatımızın və incəsənətimizin
böyük hamisi və qayğıkeşi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə
ithaf olunur.
Ədəbiyyat və incəsənətin
müxtəlif sahələrini
və şəxsiyyətlərinin
fəaliyyətini əks
etdirən beşcildlik
zəngin mədəni
irsimizlə maraqlanan oxucular üçün, eləcə də gələcək nəsillər
üçün faydalı
məxəz olacaq.
Ədəbiyyat qəzeti.- 2019.-
12 yanvar.- S.2.