"Əhdi-ətiq"dən "Əhdi-cədid"ə

 

hditiq" qədim yəhudi təfəkkürünün dünya düşüncə mədəniyyətinə bəxş etdiyi,  müasir dünya xalqlarının bir çoxunun tarixi yaddaşında  kifayət qədər geniş yer tutaraq onların  dünyagörüşünə zaman- zaman əhəmiyyətli təsir göstərmiş elə bir mötəbər (və məhsuldar) mənbədir ki, ona ilk baxışda müəyyən dini təəssübkeşlik mövqeyindən münaqişə mövzusuna çevrilə biləcək interpretasiyaların gözü  ilə baxmaq nəinki doğru olmazdı, həm də (və daha çox!) bu mənbənin tarixi dəyərini istər yəhudilərin, istərsə də  ümumən insanlığın özünüdərk (və özünüifadə) texnologiyalarını anlamaq baxımından elə ciddi ümumbəşəri idrak problemləri yaradırdı ki, "tarixi yenidən yaşamaq" kimi absurd (və sadəlövh) bir "məntiq"lə üzzə dayanmaqdan başqa çarə qalmazdı. Lakinhditiq" özünün bütün fundamental metafizikası ilə yanaşı, "Əhdi-cədid"i də doğurmağa  məcbur olmuşdurVə dünyada, insan idrakının təbiətində belə "paradokslar" nəinki təsadüfi deyil, həm də artıq o qədər tez-tez təkrarlanır ki, heç bir etiraz doğurmur

hditiq" nədən danışır?..

İlk növbədə, dünyanın yaranışından… İlahi və ya Müqəddəs Ruh birinci gün işığı; ikinci gün sularla əhatə  olunmuş torpağı, üçüncü gün onun üzərində bitən yaşıllığı - otu,  ağacları; dördüncü gün göy qübbəsini, günəşi, Ayı, ulduzları; beşinci gün şüuru olmayan canlıları; altıncı gün yer üzünün əşrəfi  insanı yaratdı. Və yeddinci gün "dincəlməyqərar verdi

Yaranış və ya yaradılış barədəki miflər ən qədim dövrlərdən bəri bütün dünyanı dolaşmaqdadır

İlk insanın - Adəmin, onun qabırğasından  isə Həvvanın yaradılması, ilk insanların şeytan tərəfindən aldadılaraq "günah"a  batmaları, Allah dərgahından - "cənnət"dən  qovulmaları, ilk ailənin (və nəticə etibarilə, cəmiyyətin) təşəkkülü "Əhditiq" ehkamlarının (və mifologiyasının) "proloq"unu təşkil edir. Və görünür, "vəhy"lərin əsas ideyasını, ümumiyyətlə, "Bibliya"nın ideoloji  məntiqini kifayət qədər "neytral" məzmunlu "proloq"da yox, bundan sonrakı təfərrüatlarda axtarmaq lazım gəlir ki, həmin təfərrüatların mahiyyəti ən ümumi şəkildə desək, insanın (cəmiyyətin) onun üçün müəyyən edilmiş Haqq yolundan azıb, hər cür "anomoliya"lara meyillənmələrindən (və bu azğınlığın "ilahi həyat prinsipləri" mövqeyindən qarşısının alınması ehtiyacından)  ibarətdir.

Və "Əhdidiq" belə bir cəzanı "Nuhun tufanı" tərzində təsəvvür (və təsvir) edirTufandan sonra yeni yaranan cəmiyyət Nuhun - onun oğullları Sam, Ham və Yasəfin törəmələri kimi təqdim olunur ki, bu təsəvvür dünyanın çox yerində olduğu kimi, Azərbaycanda da özünün əks-sədasını tapmışdır

Düşünülə bilərdi ki, Nuhun tufanından  sonra cəmiyyətdə müəyyən "həyat harmoniyası" qərarlaşacaqdır, ancaq "Əhdi-ətiq"in idyeası (və metafizikası!)  elədir  ki, "həyat harmoniyası" ideallarını daha dərin (və daha miqyaslı!) dramatik kolliziyaların həllində "görür".

İnsanların birinci qüsuru (və günahı!) özündən razılıqda təzahür etməyə başladı ki, bunun əlaməti Babil qülləsinin tikintisi, əslində isə, insanın "allahlıq iddiası"nın həddini aşması idi. İddianın qarşısı indiyə qədər eyni bir dildə ünsiyyət saxlayan insanların  müxtəlif dillərdə danışmağa məhkum olunmaları ilə alınır…   bu, "bəşəriyyət nə üçün müxtəlif dillərdə danışır?" sualına verilən ilk cavab olaraq, təbii ki, filoloji baxımdan elə bir maraq doğurmasa da, bu günə qədər problem (və mübahisəli) olan  dillərin geneoloji təsnifinə dini- mifoloji və ya metafizik münasibət nöqteyi- nəzərindən öz aktuallığnı mühafizə edir.

"Əhdi-ətiq"də insanların ikinci (və birincidən daha ağır!) günahı olaraq, Allaha (Yaradana!) şərik axtarmaları, yer üzərinə yayılaraq özlərinin yaratdıqları bütlərə, yaxud Tanrının yaratdıqları müxtəlif cismlərə sitayiş etmələri göstərilir ki, bu yanılmanın  qarşısının alınması cəhdləri "Əhdi-ətiq"in, əgər belə demək mümkünsə, ideya əsasında  dayanır. Və dönə-dönə nəzərə çarpdırılır ki, Allahın öz bəndələrinə qəzəbinin  əsas səbəbi odur ki, onlar Yaradanlarına inanmaq əvəzinə, "Allah"larını başqa  yerlərdə axtarır, özlərinə gözlə görə,  əlləri ilə toxuna biləcəkləri "Allah"lar yaradırlar…

Və bu azğınlığın qarşısını almaq üçün Avram (İbrahim) "seçilir"… Sonra Moisey (Musa) gəlir. O Musa ki, həyatı  bir  epos  qəhrəmanının taleyi qədər zəngindir.  Ancaq ondan bir neçə eposun hüdudlarını belə aşacaq qədər mükəmməl qanunlar qalıb:

1. Allah birdir. O da Mənəm.

2. Məndən başqa nə yerdə, nə də göydə Allah axtarma.

3. Boş yerə Allahının adını çəkmə, Ona and içmə.

4. Həftənin altı gününü işlə, yeddinci gününü yalnız Allahına, yəni Mənə ibadət et.

5. Atana, anana ehtiram göstər ki, sən də övladlarından həmin  ehtiramı görəcəksən.

6. Heç kimi öldürmə.

7. Zina eləmə.

8. Oğurluq etmə.

9. Yaxınların üçün yalandan şahidlik eləmə.

10. Sənə yaxın olanların heç nəyini arzulama.

Sonra dünyaya çox hakimlər, çox peyğəmbərlər gəldilər… Və getdilər… "Əhdi-ətiq" onların hamısı barədə müfəssəl məlumat verir…

Sonra isə "Əhdi-ətiq" susur… Və "Əhdi-cədid" danışmağa başlayır… Həm yəhudicə, həm də yunanca… Ancaq daha çox yunanca…

"Əhdi-ətiq"dən fərqli olaraq "Əhdi-cədid"in bir qəhrəmanı var. O da İsa Məsihdir…

"Əhdi-cədid"in birinci kitabını Matfey, ikincisini Mark, üçüncüsünü   Luka, dördüncüsünü isə İohan qələmə alıb… Arximandrit Venedikt (Knyazev) "Bibliya tarixi"ndə (tərcümə Mayıl B. Əsgərovundur) yazır:

"Matfey yəhudiləri çağırıb, Mark romalıları, Luka yunanları, İohan isə hamını çağırır. Mark xristianlığın girişini müəyyən edir, Matfey İlahi Səltənət haqqında təlimləri şərh edir, Dağüstü moizələri onun  əsas şərti kimi təqdim edir, İlahi Səltənətlə bağlı pritçalara yer verir, Luka bütün bəşər təbiətinin bərpa olunacağı, İohan isə imanın  kamilləşəcəyi haqda xoş xəbər verir".

Xristian ruhaniləri bu fikirdədirlər ki, ümumən "Bibliya"da - istər "Əhdi-ətiq", istərsə də "Əhdi- cədid" olsun - deyilənlər bütünlüklə İsa Məsihin tərənnümündən ibarətdir; "Əhdi-ətiq"də Onun gəlişinin intizarı çəkilir, "Əhdi-cədid"də isə zühuru, əməlləri, bəşəriyyətin xilası üçün verdiyi ümidlər təqdim olunur…

"Əhdi-cədid"in bəşər mədəniyyəti tarixinə göstərdiyi danılmaz bir xidmət də var: xristianlığı qəbul etmiş xalqlar onu yunancadan öz dillərinə çevirməklə yazı texnologiyalarına (və ədəbi nitq vərdişlərinə) yiyələndilər ki, bu da həmin xalqların yazılı ədəbiyyatının yaranıb inkişaf etməsinə həlledici təsir göstərdi.

"Əhdi-ətiq" ("Tövrat"), göründüyü kimi, mükəmməl (və fundamental) bir mənbə, "Əhdi-cədid" ("İncil") isə onun yeni tarixi şəraitdə heç də az mükəmməl (və fundamental)  olmayan  şərhidir ki, arxasınca nə birincidən ("Tövrat"dan), nə də ikincidən ("İncil"dən) az mükəmməl (və fundamental) olmayan "Qurani-Kərim" gəlir… Və bu gəlişin  üstünlüyü ondadır ki, nə bir millət seçiminə, nə "missioner təbliğatı"na yox, insanın şəxsi iradəsinə əsaslanır…

Dahi F.M.Dostoyevski isə yazırdı: "Allah şeytanla savaşır, savaş meydanı isə insanın ürəyidir"…

Və beləliklə, hər şeyi insanın iradəsi həll edir… Bütün zəifliyi, bütün gücü ilə… "Əhdi-ətiq"dən "Əhdi-cədid"ə qədər…

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2018.-3 fevral.- S.5.