Ölçü və görüntü
Kimlik olmanın iki vacib düsturu var:
Yaddaş və yazı ortaqlığından kimlik
inşa olunar.
Yaddaş ortaqlığına yazı
ortaqlığını gətirən
dindir.
Coğrafiya isə yaddaş ortaqlığının təməl
nəticəsidir. Din yazını
bu yaddaşı ya islah etməyə,
ya da dəyişməyə
göndərilən səbəbdir.
Türk olaraq birləşdirilən
tayfaların ortaq bir yaddaşı formalaşmışdı. Bu yaddaş çöl və su ilə
göyün rabitəsindən
ortaqlaşan ana təməllər üzərindən
özünə yaşam
təsəvvürü inşa
etmişdi. Bu yaşamın geyimindən
sözünə qədər,
insanı münasibətindən
təbiətlə davranışına
qədər hər nə varsa, həndəsi bir təsəvvürlə hesablanmış
və bu hesablamalara görə doğum və ölüm arasındakı
şəkli var idi.
Təsəvvür dediyimiz bir nəzərə
bağlıdır. Bu nəzər ya həndəsi, ya da nəbati olur. Həndəsi nəzər hər
var olanda ölçünün olduğunu
mərkəzə qoyduğundan
hər şeyi ölçüb-biçər, nəbati nəzər isə ölçünü
deyil, gözəl görünəni mərkəzə
qoyar. Görüntü və ölçü
arasında tarix İran və Turan qarşıdurmasını
yaşayıb.
Görüntü təsəvvürü ilə
ölçü təsəvvürünün
təməlləri aləm
və onun ölçüləri arasında
olan bağlantıdan doğar. Aləmi tanıma ilə
ölçünü tanıma
isə coğrafiyadan istiqamət alar. Günəş,
Ay, ulduzlar göyün,
hava, od,
su, torpaq isə yerin tanınmağa çalışıldığı
ana təsəvvürlərdir.
Göydə 3, yerdə
isə 4 ünsür var ki, bunlar
hər bir yaddaşın özünü
inşasında silinməz
izlər buraxar. Kimliklər də yaşadıqları
coğrafiyadan yol başlayaraq bir yaşam tərzini dəyişməzlik düsturu
olaraq seçərlər.
Dəyişməni təklif edən təməl səbəb isə din olur. Din yazını
insana verməklə sözü mənalandıran
və olumla ölümə başqa bir dünyanı dəyər olaraq verən mizandır. Ölçülər bu mizana görə müəyyən
olunar ki, mənalar aləmində səbəb və nəticələr kainatın
yaradıcısı olanın
qarşısında hesab
gününə hesablansın.
Nizami Gəncəvidə
bir türk tanıması var ki, araşdırmaçıları
daima çətin sual qarşısında qoyur. Bu tanıma türkdür. Nizami gözəl
olanı, sadiq olanı, dürüst olanı türk olaraq görər. Türk Nizami zamanında ölçüsü olan
bir kimliyin təsviridir. Kürdü
çörəyə möhtaclığı,
xəzərlini xəbis,
mazandaranlını divsifət,
rusu heyvan, çinlini darürək,
hindlini yolkəsən
kimi tanıtmasının
hikməti yaddaşı
ilə yaşayan kimliklərin hər birinə xarakteri Nizami yazar, ancaq
bu onun gəldiyi
qənaət deyil, sadalanan kimliklərin coğrafiyaları ilə qazandıqları təməl
xüsusiyyətlərdir.
Yazı dinin dilidir, sonra bu dil
sarayın coğrafiyaları
nəzarətdə saxlama
dilinə dönür. Saraya iki
yazı lazımdır.
Əmrlər və hesablar.
Əmrlər yazıya dönməlidir
ki, hesablar idarə oluna bilsin. Yazı məbəddə müqəddəs bir ünsiyyət vasitəsi olduğundan sarayla məbəd arasında razılaşma əsasında
bir əlifba icad olunur. Mixi yazıları kimi hecalanan, finikiya əlifbası kimi kəlmə yaradan əlifbalar bu təsəvvürlə özündən
əlifba törədər.
İlahi
mətnlə yer mətni bir olmaz deyə daima saray özünə
əlifba hazırlar.
Yunan əlifbası finikiya əlifbasından törəyib, latın
isə yunan əlifbasının dinə
- xristianlığa keçid
dövrünün din dilidir.
Bu dil yaddaşla
dinin birləşməsindən
icad edilir. Aramicəni din dili istəməyən yaddaş
öz din dilini inşa edir. Yunan və latın dilinin kilsələrin din dili olma ziddiyyəti sonradan bu kilsələrin
tərəfində olan
və olmayanların da din əlifbasının
yaranmasına səbəb
olur. Gürcü, erməni, efiop,
süryani əlifbalarının
yaranması dilin dilinin hansı hərflə yazılması
və oxunması savaşından yaranıb.
Müqəddəs yazını yerlə ünsiyyətdən qoruyan
Məbədlə parçalanma
yunan yazısını
və fikrini yaratdı, yunan ağlını isə yerdən ayırıb yenidən göyə aparan İsa möcücəsi isə müqəddəs yazı
ilə yer yazısına döndərdi. Bütövləşmə
isə islamla bitdi. Yazı bir xarakterə
çevrildi. Həm müqəddəs
kitab, həm də yer işləri
bir yazı oldu. Düz, əyri və
nöqtələrdən ibarət
olan əlifbaların yazı və şəkil xarakterındə
gizlənən mənalara
baxsaq onların içində saxladıqları
mənaları daha aydın görə bilərik.
Ədəbiyyat qəzeti.- 2018.-3 fevral.-
S.5.