"Bir sevdadır Azərbaycan"
Professor Sədat Adıgözəllə Ərzurum
Kitab Fuarında tanış olduq. Ərzurum Atatürk Universiteti
çağdaş türk
ləhcələri və
ədəbiyyatı fakültəsinin
tələbələri Azərbaycan
dilində kitab üçün gəlirdilər.
İlk dəfə bu istəklə qarşılaşdığımdan
heyrət edirdim.
Bir neçə nümunəmiz vardı və o az
sayda kitabımız bir neçə günə satıldı.
Tələbələr "hocamız, filan
kitabı oxuyun, filan yazarla tanış
olun" - deyirdilər.
Sonra bir gün fuarımızın
üfüqündə göründü.
Təvazökar görkəmli
bu adam
bizi fakültəyə
mühazirə oxumaq üçün dəvət
etdi. Bu, hər tələbəyə nəsib
olmaz, - dedi, Azərbaycan ədəbiyyatını
yazarın öz dilində, öz ləhcəsində dinləmək.
Nəhayət, bizim də
hocamızı dinləmək
saatımız gəldi.
Qeyd edim ki, professor Sədat Adıgözəl beynəlxalq
elmi jurnallarda Elçin, Anar, Mövlud Süleymanlı,
İsmayıl Şıxlı
və bir çox Azərbaycan yazıçısının əsərlərini
müxtəlif aspektdən
təhlil edən onlarla məqalə ilə çıxış
edib. Folklorumuzu və adətlərimizi
araşdırıb, tarixi
şəxsiyyətlərimiz haqqında geniş rezonans doğuran yazıların müəllifidir.
Onun "Elçin. Ədəbiyyat sosiologiyası açısından
romanları" kitabı
Türkiyə Universitetlərinin
çağdaş türk
ləhcələri və
ədəbiyyatı fakültələrində
dərslik kimi istifadə olunur.
-Sədat
bəy, öncə, Azərbaycandan başlasaq?
Nədir
Azərbaycan sizin üçün?
-Bir sevdadır Azərbaycan. Cavablardan ilki və ən
önəmlisi; Azərbaycan
mənim üçün
bir ülkü oluşudur. Atamın
atası Osmanlı-rus
savaşında ruslara
əsir düşür, qaçarkən
Bakıda öldürülür
və orada dəfn edilir. Mənim çocuqluğum bu hekayəni dinləyərək
keçdi və mən sanki Azərbaycana gedərsəm,
babamı tapacam hissini bugün də yaşayıram.
İkinci səbəb 1990-cı illər - mənim lisə son və universitetdəki ilk illərimdir.
Qanlı
yanvar olayları olduğunda lisə son sinifdəydik. Dərslərimiz, özəlliklə də ədəbiyyat dərslərimizdə
Azərbaycan və Türk dünyası bizim ən çox
maraqlandığımız məsələlər idi.
Hətta
dəfələrlə baş
verən haqsızlığa
göz yaşları tökmüşdük. Mənim üçün
Türk dünyası
həyatımın üfüq
xətti idi. Getməli, görməli və oranın bir parçası olmalıyam.
Universitetdən məzun olduğumuzda
Atatürk Universitetində
çağdaş türk
ləhçələri və
ədəbiyyatları bölümü
yeni qurulmuşdu.
Mən akademik çalışma istəyimi
rəhmətlik hocam
Professor Bilgə Seyidoğluna
söylədikdə o da
mənə bu
bölümü təklif
etdi. Bu, əslində
mənim xəyallarımı
gerçəkləşdirəcəyim bir sahə idi
və mən Azərbaycanı seçdim.
Budur mənim Azərbaycan sevdamın hekayəsi...
-Azərbaycan
ədəbiyyatında daha
çox 60-cılar deyə
bilinən bir kəsimin əsərlərini
araşdırmısınız.
-Azərbaycan ədəbiyyatının oxumadığım
dönəmi, araşdırmadığım
dövrü yoxdur. Çalışmalarım bəlkə 1960-cılar ağırlıqlı görünə
bilər. Amma özəlliklə Azərbaycan
ədəbiyyatında adlar
sözlüyü adlı
internet səhifəsi çalışmamla
bütün dönəmləri
araşdırmağa başladıq.
Fakültədəki dərslərimdə də bütün dönəmləri ilə
Azərbaycan ədəbiyyatını
anladıram. 60-cıların çalışmalarımda bir
az daha
ön planda olmasının səbəbi
isə Azərbaycan ədəbiyyatının məncə,
ən böyük yazarlarından biri olan Elçinin "Ölüm hökmü"
romanıdır. Bu roman Türkiyədə nəşr
edildiyində bəlkə
də ilk oxucusu mən olmuşam. Bu roman məni ilk öncə Elçin heyranı, daha sonra da 60-cıların araşdırmaçısı etdi. Elçin, Anar, Mövlud Süleymanlı ilə şəxsi tanışlığım
və görüşlərim
oldu. Onlar Azərbaycanın və Azərbaycan ədəbiyyatının ədəbiyyatdakı
tarixini yazdılar. Azərbaycan ədəbiyyatının bir
çox böyük yazarı var hər birinin yeri və dəyəri
fərqlidir, amma mənim sevdiyim, təsirindən qurtula bilmədiyim forması Sovet dövrü davam edərkən "Ölüm hökmü",
"Beş mərtəbəli
evin altıncı mərtəbəsi" kimi,
"Qətl günü",
xüsusilə "Köç"
kimi romanların
60-cılar tərəfindən ortaya qoyulmasıdır. Mən demirəm Azərbaycan ədəbiyyatı bu yazarlardan ibarətdir.
Mənim çalışmalarım
Mirzə Fətəli Axundovdan, Molla Nəsrəddinə, Əzizə Cəfərzadədən
İsmayıl Şıxlıya,
Məhəmməd Əmin
Rəsulzadədən Əli
bəy Hüseynzadəyə,
Rəsul Rzadan İlyas Əfəndiyevə
və bir çox yeni dövr Azərbaycan yazarına qədər geniş bir sahəni əhatə edir. Azərbaycan ədəbiyyatı dəryadır
və biz ondan bir damla ala bilsək,
nə mutlu bizə. Fakültədəki assistentlərimə da müdafiə mövzularını Azərbaycan
ədəbiyyatının önəmli
simalarından verirəm.
- Türk
xalqları arasında
ədəbiyyatın rolunu
necə dəyərləndirirsiniz?
Əgər düşüncə alış-verişi, mədəniyyət
desəniz, etiraz edəcəm. Hətta yasaq illərdə dəmir pərdə zamanında belə bir-birimizi oxuya bilirdik. Amma hələ bu
köprü qurulmadı;
bir-birimizi tərcümə
ilə oxuyuruq.
- Türk dünyası ilişkiləri
üzərində ədəbiyyat
və ədəbiyyatın
rolu çox danışılan, geniş,
tükənməyən bir
mövzudur. Bütün türk coğrafiyası
olduqca zəngin bir ədəbi gələnəyə sahibik.
Özəlliklə xalq
ədəbiyyatı üzərində
araşdırmalarda görürük
ki, bütün ədəbi materiallarımız
çox kiçik dəyişikliklərlə ortaqdır.
Modern ədəbiyyata gəlincə
eyni zənginlik davam etməklə çox
önəmli yazarlar və şairlər bütün türk coğrafiyasında varlığını
sürdürməkdədirlər. Mən ədəbi ilişkilər
nöqtəsində mənfi
düşüncədə deyiləm. Amma təəssüf ki, modern dünyanın ən böyük problemlərindən biri də mütaliənin azlığıdır ki,
bizim gənclik üçün də xəstəlik halına gəlib. Bu yerdə öz ölkəsindəki
şair və yazarları izləməkdən uzaq
toplumdan Türk dünyası ədəbiyyatına maraq
gözləmək mümkün
deyil. Fəqət,
biz bu durumu aydınlarımız, yəni
araşdırmaçılarımız, yazar və şairlərimiz
nöqteyi-nəzərindən dəyərləndirməliyik. Bu nöqtədə ədəbi
münasibətlərimizin istədiyimiz
səviyyədə olmasa da, keçmişə nisbətən yaxşılığa
doğru olduğunu düşünürəm. Bir-birimizi tərcümə
ilə oxuma nöqtəsinə gəlincə
mən tərcümə
yerinə uyğunlaşdırma
ifadəsinin daha doğru olduğunu düşünürəm.
-Tərcümədən
söz açmışkən,
ortaq dil problemi necə həll olunacaq sizcə (üzülərək
xatırladım ki, 20 il öncə də reportajlarımda yazarlarımıza bu sualı verirdim)?
-Ortaq ədəbi
dil, əlbəttə,
çox böyük bir düşüncədir,
amma indiki halda bir xəyal
kimi görünür.
İlk növbədə
üzərimizə düşən
vəzifənin necə
məsuliyyətli, vacib
olmasını dərk
etmək, daha sonra yorulmadan çalışmaq var. Əslində
bu iş dövlətlərin iradələrinin
dövriyyəyə girməsi
ilə mümkündür.
Türkiyə ilə Azərbaycan
arasında məncə,
artıq uyğunlaşdırılmış
əsərlərə ehtiyac
yoxdur, çünki hər iki tərəfin
oxucuları bir-birini çox rahat anlaya bilir. Amma digər Türk dünyası dövlətləri
ilə bağlı eyni durumdan bəhs
etmək hələ tezdir.
-Azərbaycan
ədəbiyyatının tanıtımı
üçün nələr
edilməlidir sizcə?
-Azərbaycan ədəbiyyatı çox
böyük və çox zəngin bir ədəbiyyatdır, çox önəmli və gözəl əsərlərə sahibdir,
amma həm Türk dünyasında, həm də bütün dünyada lazım olan qiyməti aldığını düşünmürəm.
Söhbətləşdi: Kəbutər Haqverdi
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.9.