Ədəbiyyat İnstitutunda Gənclər günü

 

2 fevral Gənclər günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açıb.

Akademik çıxışında bildirib ki, Gənclər gününün qeyd olunması ilə bağlı təşəbbüs Azərbaycan xalqının görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev tərəfindən atılıb. O, həmçinin Ulu öndərin uğurlu siyasətinin davamı olaraq ölkə başçısı, cənab prezident İlham Əliyev tərəfindən gəncliyə böyük diqqət qayğı göstərildiyini bildirib. Akademik eyni zamanda AMEA-da aparılan gənclər siyasətindən bəhs edib. Bildirib ki, AMEA-da Gənc alim mütəxəssislər şurası bu istiqamətdə uğurla çalışır. Eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaƏdəbiyyat məcmuəsi”nin xüsusi gənclər sayının çap olunmasını, hər il keçirilənƏdəbi prosesmüşavirələrində gənclərə böyük önəm verilməsini, göstəricilərinə görəİlin gənc alimimükafatının təqdimatını gənclərə verilən dəstəyin nümunələrindən olduğunu qeyd edib.

Daha sonra İnstitutun Gənc alim mütəxəssislər şurasının sədri, dosent Eşqanə Babayeva İnstitut gənclərinin ötən ildəki elmi fəaliyyəti barədə məruzə edib.  AMEA-nın Gənc alim mütəxəssislər şurasının sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ötən il Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənclərinin fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında müstəqillik dövründə Azərbaycan gəncliyinə dövlət tərəfindən böyük diqqət qayğı göstərildiyini bildirib.

Daha sonraİlin gənc alimiadının qaliblərinə akademik İsa Həbibbəyli tərəfindən  diplom mükafatlar təqdim olunub. Filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirova, ölkə üzrə filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevaİlin gənc alimiadına layiq görülüblər.

 

X.Məcidova

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.11.