Bax belə
ayrılıqlar
Bax belə ayrılıqlar tez-tez olur həyatda,
Vaxt da elə pis ötmür sən aldığın saatda.
Havalar da
soyudu, qalın geyin əynini,
Məni
tutan xəstəlik sonra tutmasın səni.
Qanım
qaradı onsuz, sən də qara geyinmə,
Qırmızı
paltar geyin, düş yanıma, deyinmə.
Sevdiyimiz
yerləri gedək gəzək son dəfə,
Mən
doyunca küsmədim,
bir də küsək
son dəfə.
Nədənsə
son zamanlar hər şey səni andırır,
Səni
unutmaq belə məni qürurlandırır.
Bilmədim
heç neyniyim, başımı qatmaq üçün,
Bütün
günü yatmadım, səni unutmaq üçün.
Ömrümdən bir il də beləcə
getdi
Ömrümdən
bir il də beləcə getdi,
Boşuna
gözlədim, boşuna səni.
Yüksəklik
qorxunu bilsəydim əgər,
Qoymazdım
qəlbimin başına səni...
O qədər
gözəllər düşdü gözümdən,
Səndən
başqasına gözüm düşmədi.
Ya bu il mənimçün
uğursuz oldu,
Ya da ki,
ayağın mənə düşmədi.
Başıma
nə gəldi, nələr gəlmədi
Sənə
sevdiyimi deyəndən bəri.
Elə
bil, bir az da cana gəlmisən
Ömrümü-günümü
yeyəndən bəri.
İtirdim səni
Mən bu
gün ömürlük itirdim səni,
Bəlkə
də otuz il, bəlkə də qırx il.
Mənə
boş-boşuna təsəlli vermə,
Mənim
itirdiyim on manat deyil.
Mən bu
gün ömürlük itirdim səni,
Bəlkə
sənə görə bu hava xoşdur.
Daha
ürəyini buz kimi saxla,
Aramız
bu qədər soyumamışdı.
Mən bu
gün ömürlük itirdim səni,
Bircə xatirələr
sığınacaqdı.
Düşüb
qapı-qapı min il də gəzsəm,
Gözlərin
sonuncu dayanacaqdı.
Kitab qoxulum
Bura nə
qar yağır, nə yağış yağır,
Sən mənə
oranın qarından danış.
Sənsiz
nə gün çıxır, nə axşam
düşür,
Yerimə
girirəm səkkiz olmamış.
Nə əlim
iş tutur, nə dilim bir söz,
Bilmirəm,
özümə yer tapım harda.
Üç
gündür ölürəm, üstünə sağlıq,
Darıxmaq
pis olur, bu havalarda.
Çölə,
bayıra da çıxa bilmirəm,
Küçələr,
səkilər gəlir üstümə.
Bir
gün eşitsən ki, dəli olmuşam,
"Səni
sevdiyimi demə heç kimə..."
Gözü çıxsın həyatın
Həyat
imtahanından
yenə sinifdə
qaldım,
Siniflərə
böldülər,
sinif-sinif qocaldım.
Gözü
çıxsın həyatın,
yaşamağa qoymadı,
Gözüylə
yedi məni,
yenə gözü
doymadı.
Ölüm
də ehtiyacdır,
bir gün ürək istəyir
Ölümdən
əvvəl hər kəs,
xoş gələcək
istəyir.
Yaşamaq
arzusuyla
ölüb gedir adamlar,
Elə
bil tamaşaya
gəlib-gedir adamlar.
Ölüm
deyil, bəlkə də
yaşamaq intihardı.
Bəlkə
elə bu dünya
özü də bir məzardı.
Onsuz da
mümkün deyil,
qismətdən artıq yemək,
Hər nə
qədər yesən də
qismətin imiş demək.
Allah da
şahidimdir,
mən pis adam olmadım,
Bəlkə
də düz yaşadım,
bəlkə də düz
olmadım.
Həyat
acımasızdır,
dostu, düşməni
saymır,
Mən
günləri sayıram,
bu günlər məni
saymır.
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.11.