Almas
İldırımın birinci yüzilliyinə
Bakıda
İldırım çaxdı,
Baxt
ulduzun göydən axdı.
Dövran
yandı, ellər yaxdı,
Bilinməz
güzara kimi.
Yaşamaq
çox ağır işdi,
Ürəyini
həsrət deşdi.
Doqquz cəhənnəmdən
keçdi -
Rəncbərdən
yazara kimi.
Nərd
kimidir bu kainat,
Al
özünü zər kimi at.
Oyun oldu
ömür, həyat
Bu zərdən
o zərə kimi.
Tale əkib,
baxtı biçib,
Göz
yaşların Xəzər içib.
Bu yüz
ili özü keçib
Beşikdən
məzara kimi.
Sən
oldun ellər sürgünü,
Türk
dilli dillər sürgünü.
Haydı
yüzillər sürgünü,
Xəzərdən
Xəzərə kimi.
Elazığ Türkiyə-Xəzər
gölü,
Xəzər dağı
yaxınlığında
2006-cı il
Allah yaradanlarıq
Hamımız
Allah uşağıyıq,
Hamımız
Allahdan aşağıyıq.
Hərəmiz
bir evin işığıyıq,
İşıq
da yanır qurtarır.
Allah
hamıya iştahına görə verir,
Artıq
yeyənlər qaytarır.
01.02.2018
Kiçik şeir
Demə
bu boyda şeir olmaz!
Mənim
gözüm toxdu.
Sənin
sözün yoxdu?
Otur, özün yaz!
Fikrət QOCA
Ədəbiyyat qəzeti.-
2018.- 3 fevral.- S.15.