Gözləyən adamın
şeiri
Gəlməyən adamım,
Yağışı saçlarında,
Günəşi gözlərində
Götürüb getdin bu şəhərdən...
O səhərdən
başladı mənimkilər-
Gecələrin adam soyuqluğu,
Gündüzlərin sən yoxluğu.
Yoluxduğum bütün
vərdişlər,
Məsələn, barmaqlarıma
saydığım sənsiz
günlər
bozardı şəkillərdə.
Gəlməyən adamım,
Dənizlərin sahil yoxluğu,
Yuxularımın Tanrı
qorxuluğu,
Sən boyda yalqızlıq oldu kilsələrin zəngində,
Rahiblərin bakirliyində.
Və bir sərçə dimdiyindən
düşdü
Həvvanın
günahı,
Elə o gündən
başladı cənnətin
sükutu,
Allahın tənhalığı
Getdiyin gündən...
Bu necə
getməkdir ki,
Biçənəkdə ayaqyalın
yüyürən
dərvişlər
qaraltını görmədi?
Bu necə getməkdir ki,
Qoca məbədlərin
divarları
səni sayıqlamadı?
Bu necə getməkdir ki,
Göylərdə kitablar yazılsa ayə-ayə,
Surə-surə,
Müjdə verməzlər
gəlməyəndən
peyğəmbərliyimə?
Gəlməyən adamım,
Yağışı saçlarında,
Günəşi gözlərində
Götürüb getdin bu şəhərdən.
Bilirəm,
Gəlməyəcəksən...
Xəbərin oldu...
Xəbərin oldu?
Üç şeir
yazdım,
İki kitab oxudum,
Dörd dəfə pəncərəni
açdım.
İki dəfə
balkona çıxdım,
Yağış yağmırdı.
Qadın yoxluğuna
yazılan bütün
şeirlərdə
yağış yağır
axı?!
Sən yoxsan...
Xəbərin oldu?
Nə işıq
yanan tərəfə
getdim,
Nə it hürdü.
Bir dəfə gözümü açıb-yumdum,
Qızım böyüdü.
Sən yoxsan...
Xəbərin oldu?
Şimali Koreyanın
yumru oğlanı,
Yupyumru dünyanı barmağında
oynatdı.
Dostlarım məni
aldatdı,
Siqaret yerinə
nəsə çəkdirdilər,
Yaman çəkdirdilər...
Gecə küçədə
yatmışam,
İt kimi mırıldamışam,
Pişik kimi miyoldamışam,
Ağlamışam...
Sən yoxsan...
Xəbərin oldu?
Allaha işim düşmüşdü.
Nə Allah eşitdi,
Nə Allahsız yoxluğun.
Oğlum, qızım,
atam, anam, sevdiyim,
Necəsən?
Arada gəlib öpəcəm,
ayrılıq dadan gözlərindən...
Gözləmək
Pəncərənin önündə dayanıb
yağışa baxıram.
Bayırda bir qız,
qatar fitini hər dəfə eşidincə,
Başmaqlarının ucunda dikəlir.
Sonra dabanlarını
yenə basır yerə,
Bağlamış çətrini
də,
Çox guman ki, dəli
olur gözlədikcə.
Gözləmək budur yəqin...
Bir də balaca pişik var,
Qapı önündə
qonşumu səsləyir,
O da gözləyir...
Bu küçənin
o başından bu başına
adam məktub
yazmaq istəyir -
Səni hamı
sevir,
Mən,
Yağış,
küçə,
Hətta o balaca pişik də.
Kirəlik evlərin
şeiri
Hər axşam
sərxoş olmaq üçün içirik,
İntihar etməməkçün gözəl
qadınlar sevirik.
Biz şair
deyilik də, nəyik?
Kapitalizim oyunlarına
qarşıyıq,
Yumruq göstəririk monopolistlərə.
Bir az
da, dodaq büzürük idealistlərə.
Və sarışın
bir qız görən kimi,
unudub hər şeyi deyirik:
- Çox gözəlsiniz…
Biz şair
deyilik də, nəyik?
Bizi bir gecəlik qadınlardan çox anamız sevir,
Bir ömürlük ağrılarımıza
görə Tanrımız
sevir.
İtlərdən öyrəndik
tək qalanda ulamağı,
Pişiklərdən öyrəndik
sığallanmağı,
tumarlanmağı.
Hamı ağlayanda
biz gülərik,
Şair deyilik də, nəyik?
Ən gözəl
şeirlərimizi kirəlik
evlərdə yazdıq,
Ən yaxşı halımız,
halsızlıq.
Ən çox
sevdiyimiz söz -
Azadlıq, azadlıq,
azadlıq!
Hər axşam
sərxoş olmaq üçün içirik,
İntihar etməməkçün gözəl
qadınlar sevirik.
Biz şair
deyilik də, nəyik?
Getməliydik, ağaclar
Getməliydik, ağaclar,
getməliydik,
Söz qınından çıxmadan
getməliydik.
Düşməliydik bir quş dimdiyindən
bir parça
çörək kimi,
Tanklara əl sallayan uşaqların əllərindən.
Dimdiklərini döyməliydilər
yerə,
Dənə gələn göyərçinlər
də.
Sonra qanad açıb uçmalıydılar,
Tər-təzə gülüşlərdən uçmalıydılar.
Getməliydik, sular, getməliydik,
Çəkilməliydik dənizlərdən,
Qupquru olmalıydıq.
Əllərimiz quru,
Gözlərimiz quru,
Nə susuz afrikalı uşağı
görməliydik,
Nə də, qanla suvarılan quru torpaqları.
Qupquru olmalıydıq
anaların yanaqlarında,
Külək olmalıydıq,
ağ örpəklərin
eşqinə əsən
külək.
Getməliydik, adamlar,
getməliydik,
Daş atan əllərdən getməliydik.
Daş olmalıydıq
lal-dinməz daş,
Nə qardaş olmalıydıq,
nə bacı.
Nə şirin olmalıydıq, nə acı.
Nə günəşi
görməliydik,
Nə Ayı.
Öldürməliydi Adəmlə
Həvva özünü,
Görməməliydik yer üzünü.
Getməliydik, bilirik,
getməliydik,
Getmədik..
Bu gün
də Ucarı isti apardı...
Bu gün də Ucarı isti apardı,
Məni tər aparan kimi.
Gəlinlər küçəyə
axışdı axşam,
Anan ölsün,
səni yada salan kimdi?!
Bu gün
də Ucarı isti apardı.
Vurha-vurla, çalha-çalla,
Bir gəlin apardılar Ucardan
başı fatalı,
qolunda bilərziyi,
Boynunda boyunbağı.
Elə gözəl
idi ki,
elə gözəl
idi ki...
Anan ölsün,
Səni yada salan kimdi?!
Bilirəm ki,
Bilirəm ki, lap Ucarı isti aparmasa da,
Lap gəlinlər
küçəyə axışmasa
da,
bilirəm ki,
Sən varsan...
Bu gün də Ucarı isti apardı,
Köynəyim islandı kirpiyim kimi.
Köynəyimi yuyan həyat yoldaşım,
Qorxma, Vallah kirpiyimi görmədi.
Bu gün də, Ucarı isti apardı,
Məni tər aparan kimi.
Gəlinlər küçəyə
axışdı axşam,
Anan ölsün,
səni yada salan kimdi?!
Gəl...
Hərdən təyyarə
qanadlarına alıb arzularını
Qaçmaq istəyirsən o ölkədən?
Yeni diş fırçanla,
Dikdaban ayaqqabılarında,
Təp-təzə paltarda,
Bir də, cibində bir şəklimlə
uçmaq istəyirsən İstanbula?
Ayrılıq deyilən
şey başdan başlayar,
Üşüyən əlləri ağrıdar.
Və bir ədəd tənhalıq,
Bir ədəd şair,
Bir neçə uzunluq xatirə ...
Qatarlar köçər
dalğa-dalğa
Bilirəm, qorxma...
Son qağayı səsi də
İşarədirsə yoxluğuma,
Vidalaş Bakının səmalarıyla.
Gəl...
Yağışa
Deyirlər islanıb
o küçə yenə,
Göylərə bənd olub, yolunu azıb.
Şorgöz kişilərə
oxşayan küçə
Bir yağış xanıma meylini salıb.
Uladı küləklər
qulaqlarımda,
Buludlar doluxdu göylər üzündə.
Bax, yenə tozunu almadı yağış,
Döngəsin itirdim küçənizin
də.
Yağışlar uçurtdu
küçəniz boyu,
Qırılmış qanadın döz deməyimin.
Çəkdi qapınıza
kölgəmdən şəklin
Küçə işıqları gözləməyimin.
Bir it hürüb keçdi səssiz gecədən,
Bir işıq da yandı bir uzaq evdə.
Bir Cırtdan nağıl da eşidib yatdı,
Yağəppək istədi nağıl da Div də.
Bir qız əllərini danlayıb yatdı,
Barmağı qandallı gözü yaşlı qız.
Yatdı, yuxusunda
sevdiyi oğlan
Götürüb qaçmadı
qızı, ağılsız..
Əlimin yuxusu qaçandan bəri,
Saçını hörürəm gözüyumulu.
Adını dilimdə
sayıqlamalar,
Keçdiyin küçələr tutur
qolumu.
Bu gecə küsəyən qızcığaz
kimi,
Göylərin gözləri süzüldü
belə.
Gecənin qoynundan
tərləyən yağış,
Bir parça şeirə düzüldü belə.
Şeirimdə saçlarını
öpdüyüm
Şeirimdə saçlarını
öpdüyüm,
Bir ayrılıq gəldi bizə yağışla.
Çətirimiz də olmadı, deyə ki:
- Atam yağış, sevənləri
bağışla.
Sən üzü
göylərə göz
yaşım haqqı,
Bilirsən, nə təhər sevmişəm səni?
Bir öpüb, üç dişləm alandan bəri,
Külbaşlı, birtəhər sevmişəm
səni.
Bir qarğış
tökərəm dilimdən
qadın,
Dilimdən yıxılsan, əlin quruyar.
Qocalıb düşərsən
heydən, amandan,
Yaylığın altında telin quruyar.
Aman yağış,
aman yağış, yamandı,
Bu ayrılıq,
yatağıma dadandı.
Yuxum gözlərindən
tökülən qadın
Bu sabah
yuxudan mənsiz oyandı.
Günəşin altından
baxan gözlərin,
Üfüqə boylanır dənizlər kimi.
Həsrətim jalədir
yanaqlarında,
Uzaqdan baxmağın incidir məni.
Sıxılmış ruhumun viranəsində,
Sahibsiz bir koma, dilsiz
bir ağız.
Qurumuş dodaqda nəmli gözlərim,
Bir yazan qələmim, bir də ağ
kağız...
Gül qızı,
gül qızı sevdiyim əhsən,
Kirpiyim jalələr yükünə
bənddir.
Elçinə öyrətmə
ayrılıqları,
Elçin o zəhərə
çoxdan bələddir...
Elçin Aslangil
Ədəbiyyat
qəzeti.- 2018.- 10 fevral.- S.5.