Yaşıl
bülbül...
Kinossenari
1-ci epizod
Mərmər pillələrə zəif işıq düşüb.
Səssizliyin arxasından batıq küy duyulur.
Artırma və pillələr zil qaranlıqdır.
Yuxarı mərtəbələrdən birində "şakka-şurukla" qapı açılır.
Bir müddət qaranlıq içində ancaq ayaq səsləri eşidilir.
Kamera statikdir.
Çox keçmir pillələri düşənin yaşlı qadın olduğu görünür.
Yaşlı qadın işığın düşdüyü yerə çatanda dayanıb nəfəsini dərir.
Qadın ağır-ağır nəfəsini alır.
O, bir qədər dincələndən sonra yenə aşağı enir.
Nəhayət, qadın pillələrə düşən zəif işığı adlayıb görünməz olur.
Bir qədər sonra biz onun ancaq ayaq səslərini eşidirik.
2-ci epizod
Dolu bədənli, iri, qorxaq gözlü bibi telefonla danışır.
O, güzgünün önündə dayanıb.
Pırtlaşıq saçları, o qədər də gözəl olmayan üzü gözlərinin ifadəsinə tən deyil.
Bibinin gözlərində qəribə bir qorxu var.
Bibi: - Bibi ad gününə sənin üçün nə alsın, göyçək qızım? Nə alım? Necə quş olsun? Yaşıl bülbül? Yaşıl bülbül olmur axı? Yaxşı, yaxşı ağlama. Tapıb alaram!
Bibi telefonun qapağını qapayır.
Bibi güzgüdə bir müddət dinməzcə özünə baxır.
Sonra bibi qollarını quş qanadları kimi kənarlara açıb uçurmuş kimi yelləyir.
Bibinin gözlərindəki qorxu yerindədir, tərpənməzdir.
3-cü epizod
Bibi "Zoo
dükan"dadır.
O, sıra ilə
düzülmüş bülbül qəfəslərinin
önündən keçir.
Nəhayət, sıranın
sonundakı qapısı açıq dar qəfəsdə
ayaq üstə dayanmış "yaşıl
bülbül"ü görür.
Bülbülün görkəmi
o qədər də ürəkaçan deyil.
Yaşıla çalan
tükləri tökülmüş bülbülün
gözləri də qapalıdır.
Bibi satıcını əliylə
yanına çağırır.
Bibi: - Bu yaşıl əllamə
bülbüldür?
Satıcı: - Görmürsən
ki, qarğa deyil?
Bibi: - Yaşıl bülbül olur
ki?
Satıcı: - Nə rəng desən
bülbül olur, ay bacı!
Bibi: - Bu quş niyə belə əldən
düşmüş görünür? Nədən
belə yorulub?
Satıcı: - Yorğun deyil, yeməyini
də pis yemir. Tipi belədir. Qanı həmişə qaradır. Dişilərlə
cütləşmir, erkəklərlə də vuruşur! Qəfəsin qapısı
bağlı olanda da boğulur! Səndən pul
zad istəmirəm. Ondan xoşun gəlirsə
götür havayı apar!
Bibi: - Bəlkə xiffət eləyir?
Satıcı: - Vallah bilmirəm ay
bacı, bülbül dilini bilsəm, özüm ona o qədər
sual verərəm ki!
4-cü epizod
Bibi şəhərin mərkəzindəki
açıq kafedə tənhaca oturub.
Miz üstündə
üç-dörd adamlıq yemək var.
Bibi kofe içə-içə
əlindəki telefonun "tanış nömrələr
siyahısına" baxır.
Siyahıda cəmi bir
nömrə var.
Bibi həmin nömrəni
yığır.
Xəttin o tayında onun zənginə
cavab verən yoxdur.
Bibi cavabı səbirlə
gözləyir.
Nəhəyət, onun zənginə cavab verirlər.
Bibi danışdığı
adamın uzun monoloqunu dinləyəndən sonra: - Olar sənə
sabah zəng vurum? - deyir.
Bibi telefonu mizin üstünə
atıb ətrafına boylanır.
Kafedə ondan savayı
müştəri yoxdur.
Bibi başını
aşağı əyib mizin üstündəki qamburgerləri
acgözlüklə yeməyə başlayır.
Qəfil Bibinin gözü qəfəsdə
sıxılan yaşıl bülbülə sataşır.
Yaşıl
bülbülün qəfəsi bibinin
qarşısındakı mizin üstündədir.
Bibi əlindəki qamburgeri
tikələyib qəfəsin içinə atır.
Yaşıl bülbül yeməyə
gözünün ucuyla belə baxmır. Dar qəfəsdə
var-gəl edir.
5-ci epizod
Bibi qəfəs satılan
dükanın içindədir.
Bibi yaşıl
bülbül üçün yeni daha iri bir qəfəs
seçib alır.
Bibi əlində qəfəs
dükandan çölə çıxır.
Bibi əlindəki pult ilə
maşınının qapısını açıb arxa
oturacağa oturur.
Bibi arxa oturacaqda yaşıl
bülbülü balaca qəfəsdən əli ilə
götürüb iri, təzə qəfəsin içinə
buraxır.
Təzə və geniş qəfəs
yaşıl bülbülün xoşuna gəlir.
Yaşıl bülbül qəfəsdə
qanadlarını gərir.
Yaşıl bülbül
yeni və geniş qəfəsində cəh-cəhə
yaxın səslər çıxarır.
Bibinin üzü gülür...
6-cı epizod
Bibi maşını idarə
edir.
Artıq qaranlıq
düşüb.
İri qəfəs
maşının arxa oturacağı üstündədir.
Yaşıl bülbül iri
qəfəs içində sağa-sola uçur.
7-ci epizod
Bibi hündür binanın
qapıları ağzında dayanıb.
İçində
yaşıl bülbül olan iri qəfəsi qucağında
tutub. O, qəfəsin
arxasından görünmür.
O, əlində yük olduğu
üçün binanın qapısını aça bilmir.
Nə əlindəki qəfəsi
yerə qoya bilir, nə də qapını aça bilir.
O qəfəsi qarnı ilə divar
arasında sıxıb. Əli qapının qarşısındakı
düyməyə çatmır.
Ona bir cavan oğlan
yaxınlaşır.
O, əlindəki xüsusi keçid
kartı ilə qapını açır.
Oğlan bibiyə içəri
keçməyə kömək edir.
Onun üçün liftin
düyməsini basır.
Oğlan bibidən: - Neçənci
mərtəbəyə qalxacaqsız? - soruşur.
Bibi: - On altıncı!
Oğlan: - Sizə kömək edim?
Bibi: - Zəhmət olmasa!
Oğlan qəfəsi əlinə
götürən kimi yaşıl bülbül
çığırmağa başlayır. Bibi
yaşıl bülbülün bu qəribə
çığırtılarından qorxan kimi olur.
Liftin qapıları
açılır.
Bibi qorxa-qorxa liftə
baxıb qəfəsi oğlanın əlindən zorla
dartıb alır.
Bibinin bu hərəkətindən
şaşırmış oğlan çaşqın halda
liftin içinə keçir.
Oğlan: - Gəlirsiz, xanım?
Bibi: - Mən liftə minmirəm!
Oğlan: - Sizin üçün
çətin olacaq axı!
Bibi: - Sənə dedim ki, get!
Liftin qapıları
bağlanır.
Liftin qapılarına düşən
zəif işıq altında bibi keçmişi əks elətdirən
ağ-qara görüntülərlə on beş
il geriyə dönür.
Onun altı yaşı var.
Kök, yaşıl
bantlı qızcığazdır.
Liftin qapıları
qarşısında dayanıb düyməciyi basır.
Liftin qapıları
açılır.
Liftin içində yaşlı bir kişi dayanıb.
O, şəhvətlə
qızcığıza baxır.
Heç nə başa
düşməyən qızcığaz sevinə-sevinə
liftə daxil olub arxasını kişiyə çevirir.
Liftin qapıları
bağlanır.
Liftin aralı qapıları
arasından içəri düşən zəif
işığa həsrətlə baxan qızcığaz
bibi.
Arxadan yaşlı kişinin
iyrənc nəfəsi duyulur.
Qızcığaz
qapıların açılmasını səbirsizliklə
gözləyir.
Kişinin arxadan ona nə
etdiyini anlamır.
Nəhayət, qapı
açılan kimi qızcığaz
qışqıra-qışqıra çıxışa
doğru qaçır.
Qızcığazın qorxu
dolu gözlərindən pillələri qaça-qaça
yuxarı çıxan bibinin gözlərinə keçirik.
Qəfəs Bibinin əllərindən
pillələrin üstünə düşür.
Bibi qəfəsi
qaldırıb bağrına basır.
Qəfəsdəki
yaşıl bülbül də susub. Bir küncə
qısılıb dayanıb.
Bibi ağır-ağır nəfəs
alır.
Bibi filmin əvvəlindən
artıq bizə tanış olan zəif
işıq altında gördüyümüz pillələrə
çatıb. Filmin əvvəlində
gördüyümüz yaşlı qadın yenidən kadrda
görünür.
İşıq
qadının üzünə düşüb.
Yaşlı qadın: - Nə gözəl
quşdur? - deyir.
Bibi: - Gözəl gününüz
olsun, ay xala!
Yaşlı qadın: - Ürəyi qəfəsdə
sıxılmır?
Bibi: - Çox sıxılır!
Bibi qəfəsi yerə
qoyub dincini almaq üçün pillələrin üstünə
oturur.
Yaşlı qadın
aşağı enir.
Bibi yaşlı
qadının get-gedə uzaqlaşan ayaq səslərinə
qulaq asır.
Çox keçmir ayaq səsləri
kəsilir.
Bibi yenə keçmiş
görüntülərlə xatirələrə dalır.
Onu liftə zorlamış
yaşlı kişi qaranlıq dəhliz
boyu arxasıyca qaçır.
Onu qovan polislər kişiyə
doğru atəş açırlar.
Bibinin anası həyətdə
dizlərini döyə-döyə ağlayır.
Bibinin bu xatirələrdən
gözləri dolub.
8-ci epizod
Bibi növbəti mərtəbəyə çatanda
liftin qapılarına doğru gedir.
O, çətinliklə nəfəs
alır. Artıq yorulub.
Bibi liftin düyməsini
basır.
Liftin qapıları
açılır.
Bibi istəsə də
içəri keçməyə cürət etmir.
Liftin qapıları yenidən
bağlanır.
Bibi düyməni bir də
basır.
Qapılar yenidən
açılır.
Bibi yenə içəri
keçə bilmir.
Liftin qapıları yenə
bağlanır.
9-cu epizod
Bibi pillələrin
üstündə oturub.
Qəfəs
yanındadır.
Bibinin mobil telefonunun səsi
eşidilir.
Bibi uzun müddət telefona
cavab vermir.
Nəhayət, bibi telefonu
qulağına tutur.
Bibi: - Gəlirəm də! Harda
olacam, pilləkənlərdə! Əlbəttə
almışam! Yamyaşıldır!
Bibi danışan zaman
yuxarıdan açılan qapı səsi eşidilir.
Qardaşının evindən
aşağı enən uşaqların səs-küyü
qaranlıq pilləkənləri işıqlandırır. Kadrın işığı da artıq rəngli
olaraq görüntülənir.
Qardaşının
uşaqları qəfəsi dövrəyə alıblar.
Bibi ayağa qalxır.
Bibi: - Bu da sənin yaşıl
bülbülün, Səmra!
Uşaqlar qəfəsi
qucaqlarına götürüb sevinə-sevinə liftə
minirlər.
Liftin qapıları bibinin
üzünə bağlanır.
Bibi pilləkənlərdə
təkcənə qalıb, bilmir hara getsin. O, qorxa-qopxa ətrafa
boylanır.
Hardansa bizə tanış
olan yaşlı qadının ayaq səsləri eşidilir.
Qəfil yuxarıda
qışqırıq qopur...
Çox keçmir
qışqıra-qışqıra aşağı enən
uşaqların sözlərini seçə bilməyən bibi
qarşısından uçub keçən
yaşıl bülbülü görür.
Yaşıl bülbül qəfəsdən
qurtulub çıxışa doğru uçur.
Uşaqlar da
bülbülün arxasınca qışqırışa-
qışqırışa aşağı enirlər.
Uşaqlardan biri əlində
tutduğu iri qəfəsi bibinin dayandığı daş
pillələrin üstünə qoyur.
Quşun qəfəsdən
xilas olması bibini də ürəkləndirib.
Bibi qorxa-qorxa liftə
yaxınlaşıb düyməsini bir dəfə də
basır.
Liftin qapıları həmin
dəqiqə açılır.
Bibi yenə tərəddüd
edir.
Liftin qapıları
ağzında dayanıb nə edəcəyini bilmir.
Həyatını dəyişmək
istəsə də, buna gücü çatmır.
Liftin qapıları yenidən
bağlanır.
Bibi qorxa-qorxa geri
qayıdıb iri qəfəsin içinə girir.
Bibi qəfəsin içində
dayanıb yuxarı qalxan pillələrə doğru baxır.
O, uzaqdan yaşıl bülbülə
oxşayır.
Bibinin qorxu dolu gözləri
üstündə filmin son titrləri görünür.
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.-
2018.- 10 fevral.- S.18.