Ən acı intizar həsrət
qaldığın vüsaldır
Şeirlər
Bir daha musiqi
Musiqi siqə
dost-sirdaşı deyil,
Ana sinəsindən əmdiyin südtək.
Sümük
iliyində, damarlarında
Axan qan yaradan sirdir, ecazdır.
Musiqi
sehrilə müqayisədə
Başqa möcüzələr naqis, acizdir.
Möhtərəm
xanımlar, sayın cənablar,
Müsaidənizlə,
Musiqi
muskat
Şərabı
kimi
Lap elə
viski tək
Məstedicidir.
Müstəbid
Streslər
müsibətindən
Xilasa
müstəsna
Müstəqim yoldur.
Yəqin
bu füsunkar harmoniyanı
Xoşlayır Allah da, sevir, həzz alır.
Musiqi
üstündə oxunan dua
Mən fikir vermişəm müstəcəb olur.
Döyüşlər
səhnəsi, müstəvisində
Müsiqi müsəlləh əsgərdi bəzən.
Müsəlman,
ya da ki, tərsa birisi
Musiqi
sevmirsə quldur, kölədir,
İnsanlıq
adına yamaq, ləkədir.
Mənim
bu müstəqil, azadlıq dünyam
Müsuqi zəbt etmiş müstəmləkədir.
Musiqi,
musiqi sidqi-ürəkdən
Sevdiyim
munis dost, qəlb həmdəmimdir.
Musiqi
sehrli səslər dünyası,
Rənglər
aləminə seyrə çıxdığım
Qanadlı
uçağım, bəyaz gəmimdir...
May-2017
Muğamla söhbət və təvəqqe
Zəngulə
zilində zirvəliyəm mən,
Sən bəmin qəminə gəl gömmə məni.
Sən
danış kiməm mən, hardan gəlmişəm,
Hövsanlı,
Xiləli, Zirəliyəm mən?!
Haçan
doğulmuşam, haçan ölmüşəm...
Mən ki, öz ömrümü yarı
bölmüşəm.
Yarısı öz ömrüm, yarı yadların.
Kimlərçin
ağlayıb, kimə gülmüşəm,
Nədəndir
bəs indi xatırlamıram
Bir vaxt
doğma olan tanış adları.
Sevdiyim hər
kəsdə bir zərrəm qaldı...
Onlar da mənimtək unutqandırmı?
Kimlər
ki, ağlımı başımdan aldı,
Huşumu
apardı, indi bilmirəm
Gözümdən bu gələn yaşdı,
qandımı?
Tutiya
ömrümün tütək səsində
Alışan odundan, közündən danış.
Bu təşnə
ürəyim şeh həvəsində...
Sənə
zəhlətökən görünsəm əgər,
Keçib
günahımdan, özündən danış
Tütək
köks ötürsün, balaban dinsin...
Kimə
yalan dedim, özüm yanıldım.
Kamanın
dumanı köksümə sinsin,
Yaxşılar-yamanlar
yada düşəndə
Rəhmətlə bəlkə bir mən də
anıldım.
Ömür
uzadandı diriyə rəhmət...
Qalanı yadlarçın təki yaşayım.
Boynumda
yer qalsa günahlarımdan
Razıyam,
Qolqofa özgə günahın
Dözüb yüz zillətə özüm
daşıyım.
Talelər
cağlayan tarix dastanı,
Bir səndə hər bir kəs özünü tapar.
Tək sənsən
haqlayan yeyin, astanı...
Sənlə
qovşuram Qarabağıma,
Məni bu ümidsiz boşluqdan qopar.
...Zəngulə
zilində zirvəliyəm mən,
Könüllü gömülləm bəmin qəminə.
Şuşa,
Ərgünəşin zəliliyəm mən,
Al məni
o bəyaz, sədəf gəminə
Sən
apar Ziyarat ziyarətinə...
Avqust-2017
***
Ən
acı intizar
həsrət qaldığın vüsaldır.
Ən
çox qorxduğun
heç
vaxt özünə
vermədiyin sualdır.
Ən
doğma ağrın
hərdən dözməyib bağırdığın,
əlacını tapmadığın bağrındır.
Ən
çox cəkindiyin qaranlıq
içindəki şamın sönməsidir.
Ən
çox hazır olmadığın
köhnə sevgilərin
səni
qəfil yaxalayan
geri
dönməsidir.
Ən
dadlı nemət
əlin
çatmayan,
toxunmağa belə
cürət etmədiyin budaqlardadır.
Ən
titrək öpüş
heç
vaxt
qismətin olmayacaq dodaqlardadır.
İllərlə
səni
göynədən görüş
bəxtinə yazılmayandır.
Ən
hüznlü məzar
vətən torpağında qazılmayandır...
Dekabr-2018
İnsanlıq dincələn yerdə
Burda nə
desən var...
Gəmrilib
atılmış
Qarğıdalı
qalıqları,
Küləyin
qovduğu
Selofan kisələr,
Boş
siqaret,
Kibrit
qutuları,
Qırılmış
eynək qulaqcıqları,
əl
basıb and içdiyimiz,
tikəsini gözümüz
üstünə qoyduğumuz
çörək parçaları...
Çimərlikdi bura.
Mavi
gözlü
Xəzər
sahili
Sönüb
qaralmış
Siqaret
kötükləriylə
Sürmələnibdi.
Dişə
çəkilmiş
Qabırğa
qabığı yerdə,
Begemot əndamlı
birisi
Çox
mədənidi, amma
Ayağının
ucuyla
Qumu
eşib çala düzəldir,
Qabaqdan
qalan
Qarpız-yemiş
qabıqlarını
Orda gizlədir.
Ana
dediyimiz
Doğma torpaq.
Canımız qurbandı sənə.
Keçmərik
bircə qarışından da
Biz ki, əziz
qədrini bilirik
Heç
qoyarıq səni
Yadlar-yağılar
zibilləsin!
Özümüzə
nə gəlib ki,
Özümüz
bu işin
Öhdəsindən
yaxşı gələrik...
İyul-2017
Öz vaxtından qaçan adam
İllərlə öncə
dünyasını dəyişmiş
rəssam dostum
Kamal Əhmədin
xatirəsinə
Öz
vaxtından qaçan adam,
Zamanından
gələcəyə,
Gah
keçmişə üçan adam,
Nə
gördün vaxt keçidində,
Axan zaman
ləngərində,
Ötən anın becidində?!
Durğun
su tək
Durğun
vaxt da
Hərdən bıqdırır adamı.
Hərdən
quruyur sanki
Axmaz zaman kəhrizləri.
Qərinədən-qərinəyə,
əsrlərdən-əsrlərə
dəhmərləyib köhlənini
necə
keçdin dəhlizləri?!
Nə
doğmadır
Ötən
vaxtdan gətirdiyin,
Çox
yandırır
Keçmişlərdə itirdiyin.
Möhtəşəmdir
Gələcəkdən soraqların.
Sirli
işarələrlə dolu
Şifrələnmiş varaqların.
Öz
vaxtından qaçan adam.
Vaxt səyyahı,
Sən ki
dövrün
Sakini ki,
deyilsən...
Səni
duyan, anlayan az,
Üzünə
deməyə cürət tapmayan,
Qarana danışan qoçaqdan olmaz.
İnsanlarçın
tapmacaya,
Dönmüsən bir bilməcəyə.
Ya
keçmişdə qalmalısan,
Ya da
uç get gələcəyə.
Ötənlərin
qasidisən,
Yatırların varisi.
Gələnlərin
müjdəçisi
Qızıl
quşlar süvarisi,
Zamanlarda
sən get yaşa!
Səni
gec-tez anlayarıq,
Peşiman
olub da sonra
Özümüzü
susqun-çaşqın
Kirimişçə
danlayarıq...
May-2017
Yuxusuzluq
Astarı
üzünə çevrilmiş zaman
Pəncərəmin
o üzündə
Qara kaha
qulağını
Dirəyib aynaya.
Ulduzlar
işildaquşlar kimi
Qopub
otağımın tavanından
Yazı masasına tökülüşüb əriyir.
Ulu nənəm
Vaxtın
sapını
Cırıltılı
cəhrəsində əyirir
Çöhrəsində
müqəddəs
Hörümçək
rübənd hörüb, tor hörüb...
Sol
gözünün qapağı
Kəpənək
qanadıdır, səyriyir...
Çağıran
da yoxdur
Axır
ki, gəlsin eşikdən
O
ağlayan uşağı.
Bilmirəm,
niyə gəlib aparmadı
Çocuq İsmayılı ulu İbrahim babası.
Yetirə
bilmədi yəqin
Qapadı
onu da
Afrindən fırladılan raket bombası.
Bir yandan
da bu kirpilər...
Doğalın
zəhərindən
Cəngin
küyündən
Ürküşüb
qaçan
Kirli
kirpilər doluşub
Döşəyimin
altına
İndi
elə kirpi rəngindədir yəqin
Kirpiklərimin
altı
Altı
qat alt qatda
Yatmadığım
yuxular,
Aralıq
dənizində,
İtaliya
sahillərində batan
Lastik təknələrdə
boğulan
Liviyalı qardaş-bacılar, körpələr.
Yem oldular balıqlara.
Qarabağda,
Laçında
Qaytaran
oğlu Aydın
Həkəridən
tutduğu xırdaca göy balıqları
Atıb ağzına diri-diri udurdu.
Maykasının
üstündən
Baxanda belə
Hiss
olunurdu ki,
Mədəsində tərpəşirlər.
Maraq məni
götürdü,
Sahil
çınqılında
Atılıb-düşən
Bir
cınqılısını da
Mən ağzıma atdım.
Bumbuz idi
dipdiri sürüşkən
Gümüşü varlıq.
İkinci
dil kimi
Dolandı ağzımda.
Gülmək
məni tutdu,
Ölmək tutsaydı yaxşıydı amma.
Sürüşüb getdi qarnıma.
Tərpəşirdi
o!
Ətim
ürpəşdi...
O vaxtdan mənə
elə gəlir ki,
İçimdə
böyüyüb o balıq
Neçə
dəfə məni Xəzərdə, Göyçədə,
Yeniseydə,
Kürdə
Batmaqdan xilas edib.
Hətta
bir dəfə
Qara dənizdə,
Göytəpə-Koktebeldə
Körfəzdə
üzərkən
Qəfil
toqquşduğum
İri
delfin də məndən ürküb
Üzüb getmişdi.
Yəqin
hiss etmişdi
İçimdəki
akulanı...
Mən də
çəkinirəm amma
Dünya nəhrində üzən balinalardan.
Di gəl,
onlar da
Kimdənsə, nədənsə, demə, qorxurlar.
Odur ki, bəzən
Sürüylə özlərini sahilə atırlar.
Budur, bax
İndi də
elə
Sübhün
gözü açılmamış
Balina
leşiylə
Doludur
yataq odam...
...Yataqdan
güclə dikəlib
Nəfəsliyi açıram.
Bir udum təmiz
hava
İstəyir
adam...
Yanvar-2018
***
Məni
düşündürən
bu deyil
hələ
nə
odu nə budu
məni
düşündürən
olanlardan
o yana olmayanlardan bəridir
di gəl
olanlar
olmayanlar
önündə
keçilməsi müşkül barıdır
o ilk dəfə
ol deyən
necə
oldu ki ol dedi
bəs
buna qədər nə düşünürdü
axı
düşüncənin də söz libası var
hansı
dildə dedi ol sözünü
yoxsa bu
adicə sədalar idi
bunun bu
qədər bəsit olması
heç
inandırıcı deyil
deməli
dünyada
bütün mövcud dillərin
ulu bir
anası vardır
ondan da
tək bircə
Yaradan xəbərdardır
haçan unutduq biz o dili
bəlkə də bütün bəlalar
o
unutqanlıqdan başladı...
...indi istəyirsən
sən mənə axmaq de,
lap istəsən
tut əlimdən
apar ocaq
başına dolandır
ancaq həqiqət
bu:
olmayanlar
olanlardan
daha
çox olandır.
Dekabr-2017
Payız milyonçusu
Bilmirəm
nə olub bankomatlara,
Pulu xəzinədən xəzəllə verir.
Əskinas
salırsan avtomatlara,
Xırdanı qaytarıb qızılla verir.
Bazarda
üzümə versən xəzəldən,
Satıcı paraya xırdam yox deyir.
Üzülmə,
qonşuda pozduraram mən,
Onda bu mağdurdan xeyli cox deyir.
Məktəbdə
müəllim elə əzəldən
Uşaqdan bayramlıq umur xəzəldən.
Toy-bayram
çağıdır, toyda xanəndə
Xəzəl xışmalayır deyib qəzəldən.
Həkimlər
daş atıb başını tutur,
Pul-para götürməm ət-tövbə deyir.
Xəstəniz
sağalar, inşallah onda
Xəzəl gətirsəniz bir torba deyir.
Qızıla
bürünüb ulduz bürcləri,
Zəif ulduz da var, xəsarətlidir.
Avtobus,
marşrut sürücüləri
Sərnişin yanında xəcalətlidir.-
Qalığı
verməyə çatmayır gücü,
Yüzlük, xəzəl verən şellənib gedir.
Növbədən
evinə dönən sürücü
Bir
xaşal xəzəli şəllənib gedir...
...Avqustdan
xatirə qızıl ton qalıb,
Alışıb-qalanır payız tonqalı.
Xalvar-xalvar
xasa xəzəl yansa da,
Hələ gör yanası neçə ton qalıb.
Biz ki, təbiətə
ərk edənlərik,
Tutaşır tonqalda simurq lələyi.
Payız
milyonçusu, bərk gedənlərik
Payız
başımıza qızıl ələyir...
May-2017
Gizlənqaç
Sən Bəlkə
bölgəsinin Yox ilçəsində
Bilirəm daimi qeydiyyatdasan.
O
Adsız meydanda Sirr küçəsində
Gizli yurd salsan da eyzən yaddasan.
Gəmilər,
bərələr ora yan almır,
O
poçt qatarı da heç getmir ora.
Uçaqlar
yolunu kənardan salır,
At-ulağ yolu da heç yetmir ora.
Məndən
soruşurlar harda o ünvan,
Deyirlər çətində, bəlkə dardadır.
Deyirəm
çordadı, çarda o ünvan,
Yediyim-içdiyim zəhrimardadır.
Odu ki,
yaddasan, daim yaddasan...
O yaddan
bir hovur bəri addasan,
Cəmi
bircə addım...görəcəksən ki,
Könül
kövşənimi sən oddamısan...
...Heç
dönmə, heç dönmə, heç dönmə geri!
Yeri yox olandan yeri var olmaz.
Yeri o
yoxluqda, sonadək yeri...
Dönməsən
bu sirr də heç vaxt car olmaz...
Bir həsrət
çəpəri, bitsin gözümdə,
Günəşim, Ayım da ilğım
görünsün.
Məchulluq
çuxası taxım özüm də,
Ardımca divanə ismim sürünsün.
Səsimin
sədası soraqda sınsa,
Bir quş kölgəsinə sığışar
kölgəm.
Eybi yox
lap sən də divanə sansan,
Onsuz da mənim
də bəlkədir bölgəm...
...Mən
ki, çox axtardım, tapmadım səni!
Niyə bəxt əlindən qapmadım səni?!
Sən
ki, hal deyildin, miraj deyildin,
Mən ki, gil-palçıqdan yapmadım səni.
Gizlənqaç
oynardıq, uşaqdıq bir vaxt,
Mən yümsam gizlicə baxıb izlərdim.
Haçan
əzvay çıxdım, görən mən bədbəxt,
Yoxsa sən
qoçaqdın, qaçıb gizləndin?..
Oktaybr-2017
İşğalçı
Bütün
dənziləri zəbt eləmisən,
Körfəzlər sənindir, limanlar sənin.
Bütün
üfüqlərdən keçib getmisən,
Axmazlar sənindir, ümmanlar sənin.
Bütün
zirvələrdə zəfər bayrağın,
Mümkünmü bir azad bucaq qalmasın.
Yer
varmı dəyməsin qalib ayağın,
Yurd varmı müzəffər ordun almasın.
Bəlkə
ormanlardan bir xəbər alım,
Çöllərdə, düzlərdə azır izlərin.
Hökmünlə
göylər də ram olub, zalım,
Bütün ulduzlardan baxır gözlərin.
Total
mühasirə, bir işğaldı bu,
Sən indi hər yerdə, hər məkandasan.
Firoon
zülmünə gərəkmi sübut,
Doğradım
damarı, gördüm qandasan...
Fevral-2017
***
Gəl
danışaq...
İnan
ki, buna bir
ehtiyac
vardır,
mümkünmü bununçün
rüsxət dilənim...
Danışaq,
nə sən
dillən,
nə mən
dillənim.
Gəl
danışaq...
Sözsüz, söhbətsiz.
Bərabər
eşidək
donmuş
sükutu.
Arada
sözlərin,
irad,
hikkənin
təslim,
süqutu.
Danışaq,
danışaq...
Kəlmələr
nə lazım,
sözlər nə lazım.
Mən səni
bunsuz da
başa
düşəcəm.
Sən də
ən azı
anlayacaqsan məni.
Gəl
danışaq...
Kəlmə kəsmədən.
Havanın
xəfifcə titrəyişindən
duyacam qəlbinin
çırpıntısını.
Umaram sən
də
istəsən anışdırarsan
dodaqda
sıxdığım pıçıltıları.
Otur
danışaq....
Kirimiş
yad edək
ötüb keçəni.
O tutqun
sabahı,
qızğın gecəni.
Təkcə
gözümə baxma,
istəməm görəsən
satqın
yaşartını...
Gəl
danışaq...
Tüstülənsin
miz üstdə toxunmadığımız
o iki qəhvə
fincanı
Qablardan
yuxarı
qalxan qəhvə
buxarı
havada bəlkə
də qovuşacaqdır...
Səssiz
oturaq...
Eşikdə
bayılmış
O qara Ay
da
aydınlıq ələsin ayrılıqlara...
Gəl
danışaq...
Noyabr-2017
***
Mən
ağıl istədim səndən, ya Tanrım,
Sən ağrı göndərdin, lütfünə
şükür.
Bü
könül tarımın simləri tarım,
Simləmiş qəlb yaram qızıl qan tökür.
Doğru
sorğusunda düzlük aradım,
Oğruya tuş gəldim, yandı imanım.
Yenə də
tək sənə gəldi gümanım,
Sən sarğı göndərdin yaram sarıdım.
Beləmi
haqq olur, ədalət dedim,
Divana üz tutdum, ətalət gördüm.
Beləmi
insana məhəbbət dedim,
Qələtə rast gəldim, ədavət
gördüm.
Hardadır
mürüvvət, bəs hümmət dedim,
Minnətlə üzləşdim... qismət dedilər.
İsmətdən
söz saldım, bəs qeyrət dedim,
Qazancın qınaqdır, töhmət dedilər.
Tanrım,
sən hər şeyi göndərdin, ancaq
Tək bircə umduğum ağıldan başqa.
Lütf
elə, indi dön bir halıma bax,
De necə
yaşayım bu axmaq başla...
Noyabr-2017
Bitdi
O qədər
ki, yar, yar dedin,
dilində bir yarə bitdi.
Qış
əkdiyin ağ güllər də
yaz gələndə
qarə bitdi.
Ahu-zarın
axır bir gün
o uca
taxt-taca yetdi.
Səda gəldi,
yox əlacı
böylə dərdin, çarə bitdi.
Batil oldu
din-imanın,
ağız açdın ovsunçuya.
Vec vermədi,
heç şaman da
gələmmədi kara, bitdi.
Əlioğlu,
ahu-zarla
gətirdin eli zinhara.
Qeyrət
elə, birdəfəlik
çək özünü dara, bitdi.
Oktyabr-2017
***
Haçandır
hicranın yükü çiynimdə...
Daha mən
dözmürəm, gəl ey yarım, çıx!
Bir
şeir dilimdə, biri beynimdə,
Yuxuya dalıram alayarımçıq.
Azmışam...
özümə gələ bilmirəm...
Bərkdə gərilirəm alayarımcıq.
Ölmək
istəsəm də ölə bilmirəm,
Ölüb-dirilirəm alayarımçıq.
Səhərim
açılır alayarımçıq,
Gecələr şam yanır alayarımçıq.
Bir dərd
ki, birinə deyilən deyil,
Qanan qansa, qanır alayarımçıq.
Vaxt yaman
tez qaçır... yetirəmmirəm,
Bağ əkib bar-bəhər yetirəmmirəm.
Daha
heç sözü də bitirəmmirəm,
Yazı-pozum
qalır alayarımçıq...
Avqust-2017
***
Bu yolun mənbəyi,
sonu hardadı,
Aradım, tənimi tufan daradı.
Bir ucda sən
vardın, biri Daradı,
Arada dəvikən mən avaradı.
Mən
hara gedirdim, döndüm yarıdan,
Başqa bir rəng varmı bu zil qaradan?
Açsın
gözlərimi axır Yaradan,
Kor canım qançırdı zərbə-yaradan.
Bir rəngdə
olurmu bir dünya sərgi,
Dəyişib dünyanın ritmi-ahəngi.
Qarışıq
salmışam şımalı, şərqi,
Başda yüz havadı, dildə bir şərqi.
Kim
yapdı bu tale müsibətini,
Köksümdə
o tanış tüstüsü-tini.
Dolandım
hər dalan, döndüm hər tini,
Tapmadım yolların sənə səmtini.
Bu sirr bir
mücridir, ağzı da qapsam,
O yollar
dardısa, lap nazik sapsa,
Fələyin
əlindən bircə şans qapsam
Səni
tapacağam... özümü tapsam...
Dekabr-2016
***
Sən nə
bilirsən ki, məhəbbət nədir,
Sən hardan biləsən sevmək necədir.
İntizar
bəs nədir, bəs həsrət nədir,
O xiffət,
o möhnət, o zillət nədir.
Aldınmı
heç eşqin uca adını,
Daddınmı ağrılı acı dadını.
Elə
bir bəla ki, mübtəla olan
Dəyişik salır öz doğma-yadını.
Sən
hardan biləsən gözləmək nədir,
Axtarmaq, aramaq, izləmək nədir.
Bir
anlıq, bir günlük çatıb-yetirmək,
Sonra da
ömürlük itirmək nədir...
Zor
işdir hər dərdin dərmanın bilmək,
Biri can
qurtarır boğazda ilmək.
Elə
bir nemətdir yeri var ondan
Bir dəfə dadıb da min dəfə ölmək.
Zərrəsən,
sevdinsə dağ olmaqdır bu,
Aldandın, atıldın boğulmaqdır bu.
Onda bir
ilahi güc-qüdrət də var,
Hər dəfə
yenidən doğulmaqdır bu!...
Sentaybr-2017
Çingiz
ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 10
fevral.- S.20-21.