Fobiyalı yazıçılar
Yazı adamlarının
zehni əməklə
məşğul olması
son nəticədə bəzi
fəsadlara yol açır.Beynin yorulması
bəzən onların
həyatını cəhənnəmə
çevirir: ruhi düşgünlük, əsərlərindəki
obrazların yuxularına
girməsi, ömürlərinin
sonunu psixi xəstəxanada keçirmələri.
Əksər yazıçının fobiyası olduğu kimi, müəyyən qəribəlikləri də
olur.
1814-cü ildə
yazıçı, azadlıq
tərənnümçüsü sayılan Markiz de Sad vəfat etdi. 200 ildən çoxdur ki, bu yazıçı
barəsində müzakirələr
səngimir. O vaxtkı
tədqiqatçılar onu
vəhşiliyin tərənnümçüsü
kimi tənqid ediblər. İndikilərin bəziləri isə
onu haqlı çıxarırlar. Markiz de Sad öz
iqamətgahında yüzlərlə
insana əzab verdirib. Bu ziddiyyətli
adam barədə
deyilənlər, yazılanlar
bitib-tükənmir. Sadizmin banisi
Donasyen Alfons Fransua de Sad. Ömrünün 29 ilini müxtəlif həbsxanalarda keçirən
yazıçı və
filosof əsərlərini
əsasən məhbusluq
həyatı yaşayarkən
qələmə alıb.
74 yaşında isə kasıblıq içində dünyasını
dəyişib. "İnsan əzabı" anlayışının yanında
onun soyadı da səslənir. "Sadizm" ifadəsi
məhz onunla bağlıdır. Əzab verməyi
xoşlayan insanın özünün də fobiyası varmış.
Markiz de Sada elə gələrmiş
ki, kliniki ölümü ilə əsl ölümünü
səhv salacaqlar.
"Mənim sonuncu arzum budur
ki, ölən kimi basdırılmayım.
Meyitim məhz öldüyüm otaqda 48 saat saxlanılsın". Arzusuna baxmayaraq,
onu 48 saat saxlamayıblar. Elə həmin
gün dəfn edilib. Bəzən yazıçıların belə arzuları sonradan mistik əhvalatlar şəklində
adamlar arasında yayılır. Məhz bu
nöqteyi-nəzərdən Markiz de Sad haqqında da rəvayətlər danışıldı. Fransada onun
qəbirdə oyandığı
söylənilirdi. Guya qəbirdən
çıxıb harasa
uzaqlara getməsini görənlər də olmuşdu. Belə əfsanələrin yaradılmasında yalançı
şahidlər böyük
rol oynayırlar.
Yeri gəlmişkən, rus yazıçısı Mixail
Vasilyeviç Qoqola da elə gələrmiş
ki, öləndən sonra qəbirdə xortlayacaq. Belə qorxuya elmi dildə "tafofobiya"
deyilir. Ömrünün son illərində adıçəkilən fobiya
onu bütünlüklə
çulğalayıb. Həmişə bu barədə
düşünər və
danışarmış. O, həm də son arzusunu dostları ilə yazışmasında
da əks etdirib: "Bədənimdə
həyat əlaməti
görməyəndən sonra
meyitimi basdırın.
Xatırladıram ki, məndə
ürək döyüntüsü
dəfələrlə yoxa
çıxıb, sonra
yenidən qayıdıb".
1852-ci ildə Qoqol vəfat etdi. Belə ehtimal var ki, yazıçı sadəcə letargiya yuxusuna gedib. Sonra qəbirdə ayılanda hava çatışmazlığından
ürəyi partlayıb.
Yazıçının qəbirdə ayılması
barədə xeyli əfsanə düşünüldü.
Tafofobiyadan əziyyət çəkən
daha bir dahi filosof və
yazıçı Artur
Şopenhauer olub. Müasirləri
xatirələrində qeyd
ediblər ki, Artur gülməcə çıxaran, məzəli
danışığı ilə
çoxlarını darıxmağa
qoymayan adam
olub. Həm də qəribə
hərəkətləri ilə
ətrafdakıları təəccübləndirib.
O, alman romantizmi və mistika ilə maraqlanar, dünyaya Buddizm nəzəriyyəsi ilə
baxarmış. Fikirlərinə görə dünya Buddizm qaydaları ilə idarə olunmalıdır. Artur Şopenhauer
həmişə deyərmiş
ki, öləndə tabutunu qəbiristanlığa
aparıb həmin gün basdırmasınlar.
Əgər Markiz de Sad və Qoqol
meyitlərinin 2 gün
saxlanmasını istəyiblərsə,
Şopenhauer sağlığında
bunu 5 günə çatdırmağı düşünüb.
Təsadüfi deyil ki, dəfnetmə mərasiminə
gələnlər meyitin
qoxusundan çətinliklə
dayanıblar. Hərçənd meyitə çoxsaylı ətirlərin vurulması
da, narazılığın
qarşısını almayıb.
Filosof 1860-cı ildə
epidemiya halına gələn pnevmaniya (ağ ciyər
sətəlcəmindən) dünyasını dəyişib.
Markiz de Sad, Mixail
Vasilyeviç Qoqol və Artur Şopenhauerin
sırasına tafofobiyadan
əziyyət çəkən
daha birini - ingilis yazıçısı
Uilki Kollinzi əlavə edək. Dost və qohumlarının
xatirələrində qeyd
edilib ki, yazıçı narkotika
aludəçisinə çevriləndən
sonra əsəbləri
pozulub. Revmatoid artritdən əziyyət
çəkər, gözünün
qarşısında rəngli
hallüsinasiyalar görünərmiş.
Kollinz tafofobiyadan o qədər qorxarmış ki, hətta çarpayısının
yanında xatırlatma
qeydi saxlayarmış.
Ölümünə yaxın isə
qeydlərini artırıb,
əməlli-başlı məktuba
çevirib. Məktubda yazılıb
ki, ürəyinin döyünməsinə tam əmin
olsunlar. Əgər uzun
müddət ayılmasa,
deməli ölümünə
əsas yaranıb, dəfn edilsin. Uilki Kollinz 65 yaşında dünyasını dəyişib.
Vəsiyyətnaməsinə əsasən nasirlikdən
əldə etdiyi gəlir dostları və onların övladları arasında
bölünüb.
Fobiyadan əlavə, əksər yazıçıların nəyəsə
həvəsi olub. Məsələn, görkəmli təmsil ustası İvan Krılov yanğını
sevərmiş. Bəzən
haradasa yanğın baş verdikdə, yanğınsöndürənlərdən
əvvəl hadisə
yerində o, görünərmiş.
Sanki iy bilər
və o qoxunu alıb yoluna davam edərmiş. Bəzən elə hallar olub ki, yanğınsöndürənlər
onu alovdan uzaqlaşdırsalar da, Krılov həyatına yarana biləcək hər hansı təhlükəni nəzərə
almayaraq yenidən irəli atılıb.
Təmsil ustasının
yanğına ehtirasını
görən evin icarədarı hüquq mühafizə orqanlarına
məktub göndərib:
"Əgər Krılov
mənim evimi yandırsa, 60 min rubl cərimə ödəyəcək".
Düzdür, o, heç vaxt
evi yandırmayıb, ancaq alova ehtirasını
azaltmayıb.
Böyük yazıçı Onore de Balzak isə evlənməkdən qorxub. Uzun illər
ailəli qadın - qrafinya Evelina Qanskayanı sevib. Maraqlı burasındadır
ki, onlar 10 il görüşməyiblər.
Evelina dul qalandan sonra
Balzakı onunla evlənməyə razı
salmağa çalışıb.
Yazıçı daha
8 il də
bu izdivacdan qaçıb. Bu müddət
ərzində o, möhkəm
xəstələnib. Evelinaya
məktub da yazıb: "Belə getsə, siz məni qəbiristanlığa
yola salacaqsız".
Qadın
da öz növbəsində ona sevgi dolu məktublar
yazıb. "Mən səni dünyanın ən yaxşı ailə sahibi edəcəyəm.
Sən bu evlilkdən peşman qalmayacaqsan".
Hadisələrin sonrakı gedişatı
isə peşmanlıqla
nəticələnib. Toy
baş tutmağına
tutub. Balzakı nikah mərasiminə
kresloda gətiriblər,
çünki özü
yeriyə bilmirmiş.
Toydan 5
ay sonra isə gözlərini əbədilik
yumub. Evelina anlayıb ki,
evlilik təklifi yazıçıya doğrudan
da pis təsir
edirmiş. Ailə həyatı
Balzakı qəbiristanlığa
yola salıb.
Nəyəsə həvəsi olan yazıçlardan biri də Lev Tolstoy olub. Yox,
o, Krılov kimi od-alovu sevmirmiş, nə
də Markiz de Sad kimi tafofobiyadan
qorxmurmuş. Tolstoyun
həvəsi fiziki hərəkətə olub. O, aktiv
həyat tərzi keçirməsəydi, çox
yaşamazdı. Səhər tezdən oyanıb uşaqları
ilə açıq havada gimnastika
hərəkətləri edərmiş. Qraf
hətta ahıl yaşında da Yasnaya Polyana ətrafında
gəzməkdən usanmazmış. Odun yarar, kəndlilərə təsərrüfat
işlərində kömək edər, velosiped
sürərmiş. Uzun səyahətlərə
çıxmağı da
xoşlayarmış. Bir dəfə yelkənlə
Saratovdan Həştərxana qədər üzüb. Tolstoyun nahardan sonra ən qısa
gəzintisi 3 saat çəkərmiş.
Hətta bir dəfə Yasnaya
Polyanadan Tulaya qədər
piyada yol qət edib. Tolstoy xatirələrində
yazıb ki, piyada gəzməsə,
velosiped sürməsə gecə
gözünə yuxu getməz.
Sızıldayan ayaqları ilə çarpayısına uzanar, dərin röyaya
dalarmış.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.23.