Ceyhun Hacıbəylinin "Seçilmiş
əsərləri" kitabının təqdimatı olub
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi "Azərbaycan mühacirət ədəbiyyat
kitabxanası" seriyasından
Ceyhun Hacıbəylinin
"Seçilmiş əsərləri"
kitabının təqdimatı
olub.
Tədbiri giriş
sözü ilə
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru
akademik İsa Həbibbəyli açıb.
Akademik Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi və 2018-ci ilin Azərbaycanda "Azərbaycan
Xalq Cümhuriyyəti
İli" elan edilməsi haqqında sərəncamları işığında
Azərbaycan Milli Elmlər Akademiyasında görülən və görülməsi nəzərdə
tutulan işlər barədə məlumat verib. O bildirib ki, "Azərbaycan mühacirət ədəbiyyat
kitabxanası" seriyasından
Ceyhun Hacıbəylinin
"Seçilmiş əsərləri"
kitabı Cümhuriyyət
irsimizin də öyrənilməsi baxımından
əhəmiyyət daşıyır.
Kitabın tərtibçisi, ön söz və qeydlərin müəllifi,
filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli "Ceyhun Hacıbəylinin əsərlərinin nəşri
tarixindən" adlı
məruzə ilə çıxış edib.
Tədbirdə daha sonra AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu (Mustafayev),
filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhməd, kitabda yer alan
bir çox əsərlərin fransız
dilindən tərcüməçisi
Mirzəbala Əmrahov,
tarix üzrə elmlər doktoru, professor Solmaz Tohidi, mühacirət irsinin gənc tədqiqatçısı
Dilqəm Əhməd,
filologiya üzrə elmlər doktoru Nikpur Cabbarlı, Ceyhun Hacıbəylinin qohumu professor Telman Ağdamski çıxış
edərək yazıçının
həyatı, yaradıcılığı
ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə
bölüşüblər. Mirzəbala Əmrahov ədibin nəvəsi Kleman Hacıbəylinin tədbir
iştirakçılarına ünvanladığı məktubu
səsləndirib.
Xatırladaq ki, kitabda Ceyhun
Hacıbəylinin mühacirətdə
qələmə aldığı
hekayələri, "Bir
il xəyallarda... və bütöv bir ömür" adlı memuarı, elmi araşdırmaları
və publisistik məqalələri toplanıb.
Ədəbiyyat qəzeti.- 2018.- 10 fevral.- S.30.