Sürrealizmin manifesti

 

Bədii əsər fövqəlreal gerçəkliyi yaratmalıdır. Poeziya yalnız bundan ibarətdir. \ İ.Q.

 

Reallıq - istənilən böyük sənətin əsasını təşkil edir. Onsuz həyat var, substansiya. Gerçəklik ayağımızın altındakı torpaq, başımızın üstündəki göydür. İstənilən bədii yaradıcılığın mənbəyi təbiətdir. Kubistlər özlərinin ilk əsərlərində ən sadə, miskin əşyalara tapınaraq o yerə qədər gəldilər ki, rənglənmiş kağızları, oyun kartlarını ya kibrit qutularının etiketlərini heç dəyişiklik etmədən kətan üzərinə yapışdırdılar. Gerçəkliyin bu cür daha yüksək bədii səviyyəyə köçürülməsindən sürrealizm meydana gəldi.

Sürrealizm Qiyom Apolloner tərəfindən irəli sürülümüş bir konsepsiyadır. Onun yaradıcılığına müraciət etsək, orada ilk kubistlərin əsərlərində rast gəldiyimiz elementlərlə qarşılaşırıq. Gündəlik həyatdakı sözlər özündə qəribə bir magiya gizləyir - o bunlarla, dilin ilkin materiyası ilə işləyirdi. Maks Jakobs danışır ki, bir dəfə Apolloner küçədə eşitdiyi cümlələri sözləri yazıya alaraq onlardan şeir düzəltmişdi. Yalnız bu elementar materialla o, poetik obrazlar yaratmışdı. Bu gün obraz yaxşı poeziyanın məhək daşıdır. İlk son təəssürat arasında obrazın ifadəsinin assosiasiya tezliyi onun keyfiyyətini müəyyənləşdirir.

Yer  üzünün ilk şairi bunu müəyyənləşdirib: "Göy mavidir". Daha sonra başqası kəşf edib: "Sənin gözlərin göy kimi mavidir". Çox-çox illər sonra  isə bunu deməyə cəsarət ediblər: "Göy sənin gözlərindədir". Müasir şair isə belə deyərdi: "Göy sənin gözlərindir!" Ən yaxşı obrazlar gerçəkliyin bir-birindən uzaqda yerləşən elementlərini ən kəsə sürətli yolla bir araya gətirənlərdir. Beləliklə, obraz müasir poeziyanın sevilən atributlarından birinə çevrilib...

XX əsrin əvvəllərinə qədər şeirin keyfiyyətini eşitmə müəyyənləşdirirdi: ritm, səslənmə, intonasiya, ölçü - bunun hamısı eşitmək üçün idi. 20-ci illərdən görmə zəfər çaldı. Biz kino əsrində yaşayırıq. Get-gedə daha çox vizual işarələrlə anlaşırıq. Bu gün keyfiyyəti sürət müəyyən edir. Sənət - həyatı insan təbiətini içinə alır. Onun səciyyəvi simptomları bizim zəmanəmizin ifadəsi kimi sürrealizmə xasdır.

Sürrealizm özünü birbaşa, intensiv ifadə edir, ikinci əldən alınmış abstrakt anlayışlara: məntiqə, estetikaya, qrammatik effektlərə, söz oyunlarına əsaslanan vasitələri rədd edir. Sürrealizm hər hansı bir ölkədə hər hansı bir qrupun ifadə vasitəsi olmağa qane deyil: o, beynəlmiləldir. Bizim hamımızı, Avropanı parçalayanları özünə çəkir, hər birimizdən ən mühüm elementləri alır.

Sürrealizm bizim zəmanənin uzağa gedən hərəkətidir. O, sağalma deməkdir yaradıcı prosesin getdiyi hər yanda  özünü göstərən dağıntı xəstəlik təmayüllərinin hamısını əks etdirəcək.

Əyləncə sənəti, əsəbləri qıdıqlayan yüngül balet müzikl, rəsm sənəti eqoistik sənətdir, müharibədən sonra yadırğama axtaran nəsli sərbəst dekadentcəsinə əyləndirməkdən tezliklə qalacaq.

Bir sıra keçmiş dadaistlər tərəfindən bürqerləri çaşdırmaq üçün sürrealizm adına uydurulmuş saxtakarlıq isə üfüqlərdən çəkiləcək. Saxtakarlıq "yuxunun hökmranlığını" elan edir Freydi yeni muza adlandırır. Guya Freydin təlimini poeziya dünyasına gətirmək mümkün imiş! Bu, psixiatriyanı incəsənətlə qarışıq salmaq deyilmi? Psixiatriyanın yuxuya əsaslanan fikirlərin oyununa laqeyd olan psixi mexanizmi bizim psixi orqanizmimizi heç vaxt dağıda bilməz. Ona görə ki, psixi orqanizm bizə gerçəkliyin həmişə düz olduğunu, həyatın fikirdən daha gerçək olduğunu öyrədir. Bizim sürrealizm təbiəti, insanın ilkin duyğularını yenidən kəşf edir onu yeni bədii materialın köməyi ilə yaratmağa can atır.

 

1924

 

İvan Qoll

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.3.