Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

 

Salmanov Səxavət İbrahim oğlu - general-mayor

Əliyev Azad Hüseyn oğlu - polkovnik

 

Hərbi xidmətlərə görəmedalı ilə

 

Qarayev Natiq Sahib oğlu - polkovnik

Hüseynov Anar Rövşən oğlu - polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu - polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu - polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu - polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu - mayor

Ağayev Rahim Əlifağa oğlu - mayor

Cəfərov Elməddin Qulu oğlu - mayor

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2018-ci il

 

Azərbaycan.- 2018.-13 fevral.- S.1.